ALİ İXTİsas təHSİLİNİN



Yüklə 262,74 Kb.
səhifə2/2
tarix17.01.2017
ölçüsü262,74 Kb.
#516
1   2

* Azərbaycan bölməsində təhsil alanlar, öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və Nitq mədəniyyəti fənlərini seçə bilərlər.

** I bölüm üzrə seçmə fənlərə ali məktəb tərəfindən Fəlsəfə, Politologiya, Sosiologiya, İqtisadiyyat, Mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn əsasları və s. humanitar, sosial-iqtisadi fənlər daxil oluna bilər.

Bütün bölümlərdə seçmə fənlər bir neçə blokdan (ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir bloka seçmə fənlər üçün nəzərdə tutulmuş saat həcmini aşmamaq şərti ilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn: fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənlər (cəmi 90 saat) üzrə 2 blok müəyyənləşdirilmişdir. Birinci bloka seçmə fənlərdən «Fəlsəfə», «İqtisadiyyat», «Politologiya», ikinci bloka «Mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «Sosiologiya» fənləri daxil edilmişdir. I bloka daxil olan fənlərin tədrisinə 60, II bloka daxil olan fənlərə isə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə I blokda «Fəlsəfə»ni, II blokda isə «Sosiologiya»nı seçibsə onda ona həmin fənlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.

İstiqamət (ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı normalara uyğun tərtib edilmişdir.

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim üçün ayrılan həftələr – 115

Təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq) – 8**-18

İmtahan sessiyası üçün ayrılan həftələr – 32

Tətillər üçün ayrılan həftələr – 36

Buraxılış ihinin hazırlanması üçün – 5

Dövlət yekun attestasiyası üçün ayrılan həftələr – 2

________________

* Mülki Müdafiə fənni tibbi biliklərin əsasları ilə birgə tədris olunduqda 150 saatı aşmamalıdır.



** Təcrübənin müddəti 8 həftədən çox olduqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin hesabına keçririlə bilər.

  1. Ali baza təhsili proqramınA DAXİL OLAN FƏNLƏRİN QISA MƏZMUNU




Fənnin kodu




Auditoriya saatlarının miqdarı

3385

HF-B00

Humanitar fənlər

450

HF-B01

Azərbaycan tarixi

105




Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti; e.ə. III-I minilliklərdə Azərbaycanın etno-siyasi xəritəsi, qədim dövlətlər; feodal münasibətlərinin yaranması və inkişafı; III-VII əsrlərdə Azərbaycanın siyasi tarixi; Azərbaycan xilafətin tərkibində, Babəkin başçılığı ilə azadlıq müharibəsi; Azərbaycan feodal dövlətləri (X-XII əsrlər); Azərbaycanda monqol ağalığı; XIV-XV əsrlərdə feodal dövlətləri; Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri; Azərbaycan Səfəvi dövləti, Azərbaycan XVIII əsrin birinci yarısında; Azərbaycan xanlıqları; Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsi, çarizmin müstəmləkə siyasəti əleyhinə çıxışlar; Cənubi Azərbaycan XIX əsrin birinci yarısında; Babilər hərəkatı; Azərbaycanda kapitalist münasibətlərinin inkişafı; XIX əsr mədəniyyəti; Azərbaycan XX əsrin əvvəllərində, Cənubi Azərbaycanda demokratik və milli hərəkat (1905-1911); Azərbaycan Birinci dünya müharibəsi və feodal inqilabı günlərində; Azərbaycan cümhuriyyəti (may 1918- aprel 1920-ci illər); bolşevik çevrilişi; ADR-in süqutu; Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti, mədəniyyəti (1921 iyun-1941-ci illər); Azərbaycan İkinci dünya müharibəsi dövründə; Azərbaycan müharibədən sonrakı illərdə (1941-1980)-cı illər) Azərbaycan 90-cı illərdə, ərazi bütövlüyü üğründa mübarizə; Cənubi Azərbaycan XX əsrdə; 1991-2005-ci illərdə Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti.





HF-B02

Xarici dil

165




Oxu, yazı, eşitmə, anlama və danışma vərdiş və bacarıqlarının inkişaf etdirilməsi; gündəlik ünsiyyət üçün zəruri olan yeni fonetik, leksik və qrammatik biliklərin öyrənilməsi; danışıq fəaliyyətinin və danışıq formalarının müxtəlif növlərinin (şifahi, yazılı, monoloci və dialoci) inkişaf etdirilməsi; fonetik, leksik və qrammatik minimumun öyrənilməsi; dili öyrənilən ölkənin real vəziyyəti ilə tanışlıq; elmi-texniki və digər ədəbiyyatların tərcüməsi; ixtisas üzrə elmi-nəzəri ədəbiyyatın tənqidi təhlili; kurs və buraxılış işlərinin yazılmasında və müdafiəsində elmi-metodik ədəbiyyatdan istifadə vərdişlərinin aşılanması.



HF-B03


Azərbaycan dili

90



Azərbaycan dilində orta məktəbdə yaradılan vərdişləri möhkəmləndirmək və inkişaf etdirmək; sərbəst danışıq dilinə yiyələnmək; Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağı bacarmaq; fikrini yazılı şəkildə ifadə etmək, yazıda orfoqorafiya normasına yiyələnmək; öz ixtisası ilə bağlı elmi ədəbiyyətdan istifadə imkanı əldə etmək; müxtəlif üslublarda yazılmış materialı mənimsəmək, həmin üslubların yazılı və şifahi formalarında fikrini ifadə etməyi bacarmaq; gündəlik ünsiyyətdə zəruri olan leksik-qrammatik materialların öyrənilməsi, nitq fəaliyyətinin mövcud formalarının mənimsənilməsi; fənn üzrə leksik-qrammatik minimumun öyrədilməsi; Azərbaycan dilində elmi əsərlərin oxunub dərk olunması, onların referatlaşdırılması, ixtisas üzrə lazımi əsərlərin tərcümə olunması, nitq mədəniyyətinin lazımi səviyyədə inkişaf etdirilməsi, elmi, ədəbi və adi ünsiyyətdə fikirlərin izah edilə bilməsi.








CÜHF-B00

İSTİQAMƏTİN (İXTİSASIN) ÜMUMPEŞƏ HAZIRLIĞI FƏNLƏRİ


1945

CÜHF-B01

Pedaqogika

120




Pedaqogika elminin predmeti, vəzifələri və mənbələri; tərbiyə, təlim, təhsil, formalaşma və inkişafın məqsədləri; şəxsiyyətin inkişafına və formalaşmasına bioloci və sosial amillərin, o cümlədən ailənin təsiri; didaktikanın əsas kateqoriyaları, prinsipləri, metodları və təşkili formalarının gerçək həyatda reallaşdırmasının yolları və tərtibi xüsusiyyətləri; şəxsiyyətin kollektivdə tərbiyəsi və şəxsiyyətlərarası münasibətlər; ünsiyyətin növləri; pedaqoci ustalıq və müəllimin peşə və şəxsi keyfiyyətlərinə verilən tələblər; pedaqoci takt ustalığın göstəricisi kimi və onun təlim-tərbiyə prosesində rolu.





CÜHF-B02

Psixologiya

90




Psixologiyanın mövzusu, vəzifələri və tədqiqat üsulları, psixologiyanın obyekti; inikas nəzəriyyəsi, psixikanın fizioloci əsasları; fəaliyyətin xüsusiyyətləri, insan fəallığının mənbəyi, məqsəd və motivasiyalar, psixologiyanın vəzifələri; şəxsiyyətin formalaşmasına təsir edən amillər, subyekt və obyekt münasibətləri; cəmiyyətdə psixoloci xidmətin səpgiləri; psixi proseslər və fərdi psixi xassələr; idmançıların hazırlığında psixoloci tələblər; idmanda təlim və təkmilləşmənin, idman yarışlarının psixoloci xüsusiyyətləri.





CÜHF-B03

Ali riyaziyyat

60




Diferensial və inteqral hesabının əsasları; ehtimal nəzəriyyəsinin əsas elementləri; təsadüfi kəmiyyətlər və onların ədədi xarakteristikaları; empirik paylanma və onun həndəsi təsviri; seçmənin ədədi xarakteristikaları; normal paylanma qanunu; funksional və statistik asılılıq; korrelyasiya analizi; reqressiya analizi; parametrlərin qiymətləndirilməsi; əhəmiyyət kriteriyaları; statistik hipotezlərin yoxlanması; dispersiya analizinin əsas anlayışları.





CÜHF-B04
İnformatika

30




Kompyuter texnologiyasını , onun funksional quruluşu və əsas iş prinsipini; müasir əməliyyat sistemlərini (WINDOWS, MS DOS); ümumi təyinatlı ofis proqramlarını (Ms Word, Ms Excel, Ms Access); beynəlxalq kompyuter şəbəkələrində (İnternet) işləməyi.





CÜHF-B05

Bədən tərbiyəsi və idmanın texniki vasitələri

30




Hərəkətin optik və optik-elektron qeydəalma üsullarının müxtəlifliyi; idman hərəkətlərinin çəkiliş qaydaları; foto və kinoçəkiliş (stroboqramma, tsikloqramma və s.); telemetriya haqqda anlayış; telemetrik sistemlərin müxtəlifliyi və onların tədqiqi; idmançı haqqında informasiya toplamağın mexano-elektrik və telemetrik üsulları; biomexanika göstəricilərinin ötürücüləri; dinamika və kinematika göstəriciləri; idmançının fəaliyyətində bioelektrik proseslərin tədqiqi; elektrokardioqramma və elektromioqramma;

Trenacorlar, idmancıların fiziki, texniki, taktiki hazırlığında və idmançının iş qabiliyyətinin bərpasında trenacorların rolu; idmançılarn xüsusi hazırlığının qiymətləndirilməsi və nəzarət üçün texniki vasitələr; trenacorların tətbiqi metodikası.

Yarış fəaliyyəti üzərində nəzarətin üsulları; yarış fəaliyyətinin stenoqrafiyası; dövri və qeyri-dövri idman növlərində, idman oyunlarında yarış fəaliyyətinin qeydə alınması; təkmübarizlikdə və mürəkkəb koordinasiyalı idman növlərində yarış fəaliyyəti üzərində nəzarət.

İdmançıların texniki hazırlığı üzərində nəzarət; texnikanın həcmi və hərtərəfliyi üzərində nəzarət; texnikanın effektliyi üzərində nəzarət; mütləq, nisbi və həqiqi effektliyin təyini; idmançıların taktiki hazırlığının qiymətləndirilməsi; taktiki təfəkkür və taktiki hərəkətlər üzərində nəzarət;



İdmançının bədən quruluşu və fiziki hazırlığı üzərində nəzarət; sürət və güc göstəriciləri üzərində nəzarət; çeviklik və cəldlik üzərində nəzarət; dözümlülük üzərində nəzarət.





CÜHF-B06

İdman metrologiyası

45




İdman metrologiyasının predmeti; idman məşqi idarəetmə prosesi kimi; ölçmə şkalaları; ölçü vahidləri; ölçmələrin dəqiqliyi; testlər nəzəriyyəsinin əsas anlayışları; testlərin etibarlılığı; testlərin məlumatlılığı; qiymətləndirmə problemi; qiymətləndirmə şkalaları; idman normaları; kvalimetriyanın əsas anlayışları; ekspert qiymətləndirməsi üsulu; anketləşdirmə üsulu; cari, operativ və mərhələli nəzarətin məzmunu və təşkili.





CÜHF-B07

İnsan Anatomiya

105




Skeletin quruluşu, onun vəzifəsi və fiziki uyğunlaşması; skeletin ayrı- ayrı bölmələri; onların topoqrafiyası (kəllə, gövdə, ətraflar), oynaqlar, onlardan keçən oxlar və hərəkətlər, əzələlər, onların proyeksiyası, onların harada yerləşməsi, daxili üzvlər-həzm, tənəffüs, sidik-cinsiyyət üzvlərinin quruluşu, topoqrafiyası, qan-damar və limfa sisteminin quruluşu, topoqrafiyası, baş-beyin şöbələri, duyğu üzvləri, fiziki yükdən asılı olaraq bütün orqanlarda və sistemlərdə gedən dəyişkənliklər; antropometrik ölçüləri - boy, çəki, en dairələr, əzələ kütləsi, sümük, dərialtı piy qatını ölçmək, əzələlərin qüvvəsini dinamometr vasitəsilə ölçmək; ağ ciyərlərin həyat tutumunu spirotmetrlə ölçməyi; tələbatı öyrənmək məqsədilə anatomik modullar, tablolar, mulyaclar, diapozitivlər, atlas, elektrikləşdirilmiş anatomik stendlərdən istifadə etmək.





CÜHF-B08

Biomexanika

45




İnsan bədəni və onun hərəkətlərinin kinematik (məkan, zaman,məkan-zaman), dinamik (ətalət, qüvvə, enerci), statik xüsusiyyətləri; əzələlərin bioloci və mexaniki xassələri, əzələ təqəllüsünün böyüklüyü, işi, enercisi və növləri, əzələlərin biodinamikası, lokomotor hərəkətlər (yeriş, qaçış, tullanma), hərəkətedici keyfiyyətlər (dözümlülük, cəldlilik, qüvvəlilik), yerini dəyişən və yerini dəyişməyən hərəkətlərin mexanizmi, insan bədəninin statikası və onun pozulduğu halda bərpası, bədənin ümumi ağırlıq mərkəzi; idman texniki ustalığının göstəriciləri, hərəkət əməliyyatlarının müxtəlifliyi, həcmi, rasionallığı, effektliyi, texnikanın mənimsənilməsi məsələləri;





CÜHF-B09

Ümumi fiziologiya





90




Maddələr və enerci mübadiləsi; qan və ürək-damar sistemi; tənəffüs və əzələ fəaliyyəti zamanı onun dəyişməsi; həzmin fiziologiyası və əzələ fəaliyyəti zamanı qidalanmanın tənzimlənməsi; ifrazat sisteminin fiziologiyası; daxili sekresiya və əzələ fəaliyyəti zamanı hormonların rolu; mərkəzi sinir sisteminin fiziologiyası; ali sinir fəaliyyəti; sensor sistem və əzələ fəaliyyətində onun rolu; qanın göstəriciləri, orqanizmin normal funksiyasını təyin etmək; ürək damar sisteminin fəaliyyətini elektron cihazlar vasitəsilə müəyyənləşdirmək; tənəffüs sisetmini göstəriciləri, analizatorlar, mərkəzi sinir sisteminin fəaliyyətini təyin etmək;





CÜHF-B10

İdman fiziologiyası





90




Fiziki və idman hərəkətlərinin fizioloci təsnifatı; idman fəaliyyəti zamanı orqanizmin fizioloci vəziyyətinin dinamikası; fiziki keyfiyyətlərin fizioloci əsasları; hərəkət texnikasının öyrədilməsi zamanı hərəki bacarıq və vərdişlərin formalaşdırılmasının fizioloci əsasları; ekstremal şəraitdə orqanizmin iş qabiliyyətinin dinamikası; müxtəlif yaşdan və cinsdən olan insanlarla aparılan idman məşğələlərinin fizioloci əsasları; idman məşqləri zamanı istifadə edilən metod və vasitələr; hərəkətlərin intensivlik dərəcəsinə görə təsnifat qrupunu müəyyən etmək; fiziki yükün təsiri ilə orqanizmdə baş verən dəyişiklikləri fizioloci metod və vasitələrlə müəyyən etmək; fiziki keyfiyyətlərin məşqi zamanı onların inkişafının yüksəldilməsində qanunauyğunluqlarından düzgün istifadə etmək; hərəki bacarıq və vərdişlərin təlimi zamanı qanunauyğunluqları tətbiq etmək; orqanizmin məşq yükünə adaptasiya olunmasının qanunauyğunluqlarından təcrübədə istifadə etmək; müxtəlif yaş qrupundan olan insanlarla keçirilən idman məşğələləri zamanı fizioloci metodlardan istifadə etməklə orqanizmin funksional imkanlarının yüksəldilməsinə nəzarət etmək;





CÜHF-B11

Biokimya


75




Biokimya fənninin bədən tərbiyəsi və idman müttəxəsisləri üçün əhəmiyyəti; insan orqanizminin kimyəvi tərkibi; maddələr mübadiləsinin ümumi qanunauyğunluqları; zülalların, yağların, karbohidratların, mineral maddələrin, vitaminlərin mübadiləsi və maddələr mübadiləsinin qarşılıqlı əlaqəsi; bioloci oksidləşmə, bioloci kataliz, bioenergetika fermentləri; əzələ toxumasının fiziki-kimyəvi xüsusiyyətləri, əzələ fəaliyyətinin enerci ilə təmin olunması və bu zaman baş verən bioenergetik proseslər; fiziki iş zamanı idmançı orqanizimində baş verən biokimyəvi dəyişikliklərin qanunauyğunluqları; yorulma və bərpa dövründə baş verən biokimyəvi dəyişikliklərin xarakteri; fiziki iş qabiliyyətinin biokimyəvi amilləri; idmançıların fiziki keyfiyyətlərinin (qüvvə-sürət və dövriliyin) biokimyəvi əsasları və onların inkişaf metodları; hormonların fiziki iş qabiliyyətinə təsiri; müxtəlif idman növləri ilə məşğul olan idmançıların orqanizmdə baş verən biokimyəvi dəyişikliklər; müxtəlif yaşdan və cinsdən olan idmançıların orqanizmində baş verən dəyişikliklər, sağlamlaşdırıcı bədən tərbiyəsinin insan orqanizminə göstərdiyi təsirlərin xüsusiyyətləri; idmançı qidasının biokimyəvi əsasları; bədən tərbiyəsi və idmanda biokimyəvi nəzarətin aparılması qaydaları; biokimya laboratoriyalarında istifadə olunan müxtəlif cihaz və avadanlıqla davranış qaydaları; laboratoriya və çöl şəraitində təcrübələrin təşkili və aparılması; orqanizmin üzvi maddələrinin tərkibinə daxil olan müxtəlif funksional qrupların təyin olunması üçün onların xarakter reaksiyaları; müxtəlif biokimyəvi metodlar və bunun üçün lazım olan məhlulların və reaktivlərin hazırlanması; orqanizmin daxili mühit mayelərində olan zülal, yağ və karbohidratların təyin olunması; müxtəlif intensivli və şiddətli fiziki yüklərin icrasından sonra orqanizimdə baş verən maddələr mübadiləsinin aralıq və son məhsullarını təyin etmək; qanın, sidiyin, tüpürcəyin, tərin biokimyəvi analizini sərbəst aparmaq;






CÜHF-B12

Adaptiv bədən tərbiyəsi





30




ABT-nin məqsəd və vəziyələri, əsas növlərin məzmunu; ABT-nin elmi, tədris və hüquqi coğrafiyası; ABT-nin funksiya və metodoloci prinsiplərinin istinad konsepsiyaları; xüsusi (korreksion) tədris müəssisələrində adaptiv fiziki tərbiyə; tədris müəssisələrində xüsusi tibb qrupu kontinqentlərilə aparılan adaptiv fiziki tərbiyə; adaptiv idman sağlamlığında qüsur olan şəxslərin sosial inteqrasiya yolları; adaptiv fiziki bərpa və sağlam həyat tərzi komponentləri; ABT-nin quruluşu, funksiyaları, prinsipləri; kompensator, korreksion, profilaktik vasitə və metodlar.





CÜHF-B13

«Bədən Tərbiyəsi Nəzəriyyəsi və Metodikası


130




«Bədən Tərbiyəsi Nəzəriyyəsi və Metodikası» kursunda işlənilən anlayış və tədqiqat metodları, bu fənnin digər fənlərlə əlaqəsi; fiziki tərbiyə sisteminin mahiyyəti və quruluşu, fiziki tərbiyənin forma və funksiyaları, məqsədi, vəzifələri və ümumi prinsipləri, bədən tərbiyəsinin elmi biliklər sistemində yeri; fiziki tərbiyə sisteminin əsasları və istiqamətləri, hərəki bacarıq, vərdiş və qabiliyyətlər, bədən tərbiyəsi müəllimlərinin peşə fəaliyyətinin mahiyyəti və xüsusiyyətləri; məktəbəqədər tərbiyə müəssisələrində, yaşlıların və ahıl yaşlı əhalinin fiziki tərbiyəsi; təlim mərhələləri, sinifdənxaric bədən tərbiyəsi məşğələlərinin, tədbirlərinin və kütləvi bədən tərbiyəsi və idman işlərinin təşkili formaları.





CÜHF-B14
İxtisasa giriş




30




Bədən tərbiyəsi akademiyasının strukturu, məzmunu və iş recimi ilə tanışlıq; yeni həyat fəaliyyətinə, şəraitinə ictimai və didaktik cəhətdən uyğunlaşmanın müvəffəqiyyətlə tə'min olunması; tədris-tədqiqat əməyi üzrə bacarıq və vərdişlərin formalaşması.





CÜHF-B15

İdman nəzəriyyəsi





45




İdmanda işlənilən terminlər haqqında anlayış, idmanın mahiyyəti, onun cəmiyyətdə rolu, sosial funksiyaları, idman növlərinin təsnifatı; İdmançının hazırlıq növlərinin nəzəriyyəsi: fiziki, texniki, taktiki, psixoloci, intellektual, inteqral; onları tərbiyə etmə formaları, metod və vəzifələri; idman məşqi; idmana seçmə və proqnoz, məşqin planlaşdırılması, prinsipləri, metodları; idmançının hazırlığına nəzarət və bərpa olma vasitə və metodları.





CÜHF-B16

Orduda fiziki hazırlığın təşkilinin nəzəri əsasları





60




Orduda fiziki hazırlıq sisteminin mahiyyəti və quruluşunun konseptual əsasları; orduda fiziki hazırlığın təşkili; ümumi xarakteristikası, vəzifələri, məzmunu, forma və metodları; xüsusi şəraitdə fiziki hazırlıq, səhər fiziki hərəkətləri; kütləvi idman işləri; hərbi qulluqçuların fiziki hazırlığının nəzəri əsasları; fiziki hazırlığın yoxlanması və qiymətləndirilməsi; hərbi-idman qurğuları və onların istismar edilməsi; orduda kütləvi idman işlərinin təşkili və sağlam həyat tərzinin nəzəri əsasları; hərbiçilərin fiziki tərbiyəsi prosesində həkim nəzarətinin təşkili; hərbi-tətbiqi fiziki hazırlığın nəzəri əsasları; fiziki hazırlığın hərbiçilərin döyüş qabiliyyətinə təsiri; çağrışaqədər və çağrışçı gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması yolları.





CÜHF-B17

Bədən tərbiyəsi və idmanın tarixi


60




Bədən tərbiyəsi və idmanın tarixi elminin nəzəri və metodoloci əsasları; fiziki hərəkətlərin sosial, sağlamlıq, tərbiyəvi və fəlsəfi dünyası, onun mahiyyəti; tarixi dövrlərdə ictimai hadisələrlə bağlı müxtəlif fiziki hərəkət, milli ümumbəşəri idman növləri; hadisələrin mahiyyəti və tarixi baxımdan açıqlanması; beynəlxalq idman hərəkatı, qədim və müasir Olimpiya oyunları; Azərbaycan idmanının Olimpiya, Dünya, Avropa və s. miqyaslı yarışlarda yeri, inkişaf dinamikası; xalqımızını milli idman oyunları; Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafının sosial – iqtisadi əsasları.





CÜHF-B18

Bədən tərbiyəsi və idmanın idarə edilməsi


60




Bədən tərbiyəsi və idman sahəsi üzrə idarəetmənin elmi əsasları; idarəetmə fəaliyyətinin müasir forma və metodları, təşkilatçılıq, idarə etmə, iqtisadiyyat və digər bilik, bacarıqlara yiyələnmək, sərbəst iş aparmaq; beynəlxalq miqyasda və ölkədə bədən tərbiyəsi və idmanın idarə edilməsi; rayon, şəhər, muxtar respublika bədən tərbiyəsi və idmanının idarə edilməsi;. bədən tərbiyəsi və idmanın ictimai təşkilatlar tərəfindən idarə edilməsi; bədən tərbiyəsi kadrlarının hazırlanması; bədən tərbiyəsi və idmanın təbliği; bədən tərbiyəsi və idman işlərinə nəzarət və icranın yoxlanması, idmançıların və idman mütəxəssislərinin hüquqları, bədən tərbiyəsi və idmanın iqtisadi əsasları; beynəlxalq idman hərəkatının və milli idman oyunlarının təşkili; idarəetmədə pedaqoci-psixoloci biliklərin formalaşması; idarəetmənin kommersiya formaları və biznes siyasəti; tədris müəssisələrində və idman klublarında işlərin idarə edilməsi, idarəetmədə qeydiyyat (uçot) və hesabat işlərinin aparılması;





CÜHF-B19

İdman təbabəti


45




Xəstəlik və sağlamlıq haqqında anlayış, fiziki inkişafa təsir edən amillər, sinir sisteminin, ürək – qandamar sisteminin, xarici tənəffüs apparatının, qan, endokrin, həzm və ifrazat sisteminin funksional vəziyyəti, məşqçilik haqqında anlayış, funksional sınaqlar (Harvard step-test sınağı, Pwc170 sınağı və s.),. məşq prosesində həkim-pedaqoci müşahidələr, yarışlar zamanı həkim nəzarətinin təşkili, «Transmeridian» adaptasiya, dopinq, fiziki iş qabiliyyətinin bərpa edilməsində tibbi vasitələr, idman travmatizmi, patoloci vəziyyətlər və onların profilaktikası, həddən artıq gərginlik və həddən artıq məşqlilik vəziyyətləri; idmançılarda huşun itməsinin mexanizmi, hipogligemik şok, suda boğulma, zədələnmələr və patoloci vəziyyətlərdə ilk yardım və onun profilaktikası haqda məlumat;





CÜHF-B20

Bədən tərbiyəsi və idmanın gigiyenası


45




Gigiyenanın inkişaf tarixi, məqsəd və vəzifələri, xarici mühit amillərinin (fiziki, kimyəvi, bioloci və sosioloci), ekoloci şəraitin idmançıların orqanizminə olan təsiri; şəxsi və ictimai gigiyena qaydaları (bədənə, ağız boşluğuna, əllərə, ayaqlara, saçlara qulluğu), idmançıların geyiminin gigiyenası, zərərli adətlər (alkoqolizm, narkomaniya, toksikomaniya), onların orqanizmə mənfi təsiri, idman qurğularının gigiyenası, təbii amillərdən (hava, su, günəş) istifadə edərək bədənin möhkəmləndirilməsi, səmərəli və düzgün qidalanma, qidanın tərkib hissələrinin (zulallar, yağlar, sulu karbonlar, vitaminlər, mineral maddələr) orqanizmə təsirini, uşaq və yeniyetmələrin gigiyenası, istehsalatda təsadüf edilən zərərverici amillər (fiziki, kimyəvi, bioloci, mexaniki), onların işçilərin orqanizminə təsiri, orta və ahıl yaşlarda bədən tərbiyəsinin gigiyenası, idmançıların fiziki hazırlığında gigiyeniki amillər sisteminin tətbiqi, məşqlərin və yarışların keçirilməsinə, təlim-məşq prosesinə gigiyeniki təminat, ayrı-ayrı idman növləri ( boks, atletika, ağır atletika, güləş, gimnastika, idman oyun növləri və s.) üzrə yarışlar keçirilən yerlərə olan sanitar - gigiyeniki tələbat.





CÜHF-B21


İdman növləri üzrə ümumi kurslar

Gimnastika


660




Fiziki tərbiyə sistemində gimnastikanın yeri, məqsədi və vəzifəsi, metodiki xüsusiyyəti, əsas vasitələri və növləri; gimnastika terminologiyasının əhəmiyyəti, qaydaları, hərəkətlərin (sıra, əşyasız və əşya ilə ÜİH və azadə hərəkətlər, alətlərdə, akrobatika və bədii gimnastika) terminləri, hərəkətlərin yazılış forması və qaydası; sıra hərəkətlərinin səciyyəsi, sıra fəndləri, düzülüş və yenidən düzülüşlər, irəliləmələr və onların növ müxtəlifliyi, seyrəlmələr və sıxlaşmalar və onlara aid olan metodiki göstərişlər; ÜİH-nin təsnifatı və səciyyəsi, cinsinə, yaşına, fiziki hazırlığına görə komplekslərin tərtibi, icra etmə metodikası (ayrı-ayrılıqda, axın, keçid), fiziki yükün nizama salma üsulları; tətbiqi hərəkətlərin səciyyəsi (yeriş, qaçış, dırmanma, yenidən dırmanma, atma və tutma, yükü qaldırıb aparma, sürünmə, qarışıq sallanmada və dayaqda dırmanmalar, iki və üç üsulla dırmanmalar və s.) və öyrətmə metodikası; gimnastika tullanmalarının təsnifatı və səciyyəsi, dayaqsız (sadə) və dayaqlı tullanmaların ayrı-ayrı fazalarının texnikasının təhlili və öyrətmə metodikası; gimnastikada öyrətmənin məqsədi və vəzifəsi, onların səciyyəsi, öyrətmə şəraiti, öyrətmə metodikası və üsulları, qrup halında hərəkətlərin öyrədilməsi xüsusiyyətləri; gimnastika dərsi ilə bağlı ümumi metodiki göstərişlər, dərsin sıxlığı, quruluşu (hazırlayıcı, əsas, tamamlayıcı), dərsin hissəsinə olan ümumi tələblər, öyrətmənin təşkili metodikası, dərsin musiqi müşayəti (musiqi təlimi elementləri: vurğu, takt və s); ginmnastikanın əsas vasitələri, onun ayrı-ayrı qrupları və növlərini tətbiq etmək; tədris prosesində tətbiq edilən hərəkətlərin terminologiya üzrə (sıra, ümuminkişaf, azadə hərəkətlər, alətlərdə, alətlərlə, əşyalarla, tullanmalar, akrobatika, bədii gimnastika) düzgün deyilişi, yazılışı, əsas və əlavə terminlər, qolların, ayaqların, bədənin vəziyyətlərini icra etmək; sıra hərəkətləri zamanı komandalar vermək üzrə metodiki göstərişlər; cinsinə, yaşına və fiziki hazırlığına görə ÜİH kompleksinin tərtibi və keçirilməsi, ayrı-ayrılıqda, axın və keçid üsulları ilə hərəktlərin keçirilməsi; tətbiqi hərəkətlərin öyrədilməsi və icrası; dayaqsız (sadə), düzünə və çəpinə tullarnmaları icra etmək və öyrətmək; tədris prosesində öyrətmənin üsullarından istifadə edilməsi; müxtəlif siniflərdə gimnastika dərsi, dərsin icmalı, sıxlığı, xronometracın tərtibi;








Yüngül Atletika








Atletika növlərinin biomexaniki quruluşu; atletika növlərinin tədrisinin pedaqoci, metodiki prinsipləri; atletika növlərinin ümumtəhsil məktəblərində tədrisinin planlaşdırılması; ayrı-ayrı atletika növlərinin tədrisi zamanı ideal hərəkət texnikası; fiziki yükün orqanizmə təsirinin fizioloci əsasları; müxtəlif yaş qrupları ilə aparılan atletika məşğələlərinin xüsusiyyətləri; fiziki yükün yeniyetmələrin orqanizminə təsirini müəyyən etmək üçün metod və üsullar; ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı dinamikasını müəyyən etməyə imkan verən pedaqoci testlər; atletika növlərini düzgün icra etmək üçün zəruri olan hərəki qabiliyyətlərin inkişaf etdirilməsi metodikası; yeniyetmələrdə hərəki qabiliyyətlərin inkişaf etdiriməsi xüsusiyyətləri; atletika növlərinin müxtəlif kontingentlərə öyrədilməsi; növlərin ideal hərəkət texnikasını icra etmək; növlərin tədrisi zamanı texniki qüsurları aşkar etmək və onları aradan qaldırmaq; növlərin tədrisinin pedaqoci və metodiki prisiplərini öz peşə fəaliyyətində tətbiq etmək; atletika növlərinin tədrisini planlaşdırlmaq və onu həyata keçirmək; fiziki yükü yeniyetmələrin yaş, fiziki hazırlıq, cinsi xüsusiyyətlərinə uyğun müəyyən etmək; fiziki yükün orqanizmə təsirini müəyyən edən üsulları yeniyetmələrə öyrətmək; ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı səviyyəsini müəyyən etmək; yeniyetmələrin zəruri fiziki hazırlıq səviyyəsini təmin etmək üçün çatışmayan hərəki qabiliyyətləri müəyyən etmək; sağlam həyat və nümunəvi davranış tərzini təbliğ etmək.







Üzgüçülük











Üzgüçülüyün nəzəri və metodiki əsasları; onun ümumtəhsil məktəblərində planlaşdırılması, üzgüçülüyün tədrisinin ümumi pedaqoci, metodiki prinsipləri, zəruri fiziki keyfiyyətlərin inkişaf etdirilməsi metodikası, hərəkət quruluşunun təhlili; «zəif həlqələri» müəyyənləşdirmək; hərəkətin icra üsulunu təkmilləşdirməyin metodikası; üzgüçülüyü müxtəlif kontingentlərdə tədris etmək; yaş, hazırlıq səviyyəsi və s. Xüsusiyyətlərə müvafiq öyrətmə üsullarını seçmək; texniki qüsurları aşkar etmək; onları aradan qaldırmaq; zəruri fiziki keyfiyyətlərin inkişafı metodikasını təcrübi fəaliyyətdə tətbiq etmək; texniki elementlərin mənimsənilməsi və fiziki keyfiyyətlərin inkişafı üzərində nəzarəti həyata keçirmək, qiymətləndirmək.






Voleybol











Voleybolun nəzəri və metodiki əsasları; onun ümumtəhsil məktəblərində planlaşdırılması, voleybolun tədrisinin ümumi pedaqoci, metodiki prinsipləri, zəruri fiziki keyfiyyətlərin inkişaf etdirilməsi metodikası, hərəkət quruluşunun təhlili; «zəif həlqələri» müəyyənləşdirmək; hərəkətin icra üsulunu təkmilləşdirməyin metodikası; voleybolu müxtəlif kontingentlərdə tədris etmək; yaş, hazırlıq səviyyəsi və s. xüsusiyyətlərə müvafiq öyrətmə üsullarını seçmək; texniki qüsurları aşkar etmək; onları aradan qaldırmaq; zəruri fiziki keyfiyyətlərin inkişafı metodikasını təcrübi fəaliyyətdə tətbiq etmək; texniki elementlərin mənimsənilməsi və fiziki keyfiyyətlərin inkişafı üzərində nəzarəti həyata keçirmək, qiymətləndirmək.







Vətənin müdafiəsinə hazırlıq











VMH kompleksinin elmi əsasları, onun inkişaf tarixi; quruluşu, məzmunu; tələb və normativləri, kompleksə daxil olan ayrı-ayrı hərəkətlərin texnikası, taktikası, onların tə'limi metodikası; VMH kompleksi üzrə yarışların keçirilməsi; məşğələ yeri, avadanlıq və idman silahının quruluşu və ondan istifadə edilməsi.







Atıcılıq











Atıcılığın yaranması və inkişafı tarixi; onun tədrisi metodikası; atıcılığın icra texnikası; onun təhlili, təkmilləşdirməsi yolları; atıcılıq üzrə yarış qaydaları; onun hərəkət texnikasının müxtəlif metod və üsullarla öyrədilməsi; hərəkət texnikasının model göstəricilər səviyyəsində icrası, texnikanın öyrədilməsi zamanı qüsurları aşkar etmək, onları aradan qaldırmaq; hərəkət texnikasını təkmilləşdirmək; bu idman üçün zəruri olan fiziki keyfiyyətləri inkişaf etdirmək; qaydalara müvafiq yarışları təşkil etmək və keçirmək.







Şahmat











Şahmatın yaranması və inkişafı tarixi; şahmatın tədrisi metodikası; şahmat oyunlarının təhlili, təkmilləşdirilməsi yolları; şahmatçı üçün zəruri olan ümumi, psixoloci və xüsusi hazırlığın metodikası; şahmat yarış sistemləri; şahmat yarış qaydaları; şahmat debüt nəzəriyyəsi; şahmat strategiyası elementləri; şahmat oyununun taktiki elementləri; mövqeli və kombinasiyalı oyun üsullarının aşılanması; şahmatçının fiziki, psixoloci və xüsusi hazırlığını inkişaf etdirmək; müvafiq yarış qaydaları əsasında yarışlar təşkil etmək və keçirmək.








Turizm








Turizmin yaranması və inkişafı tarixi; Azərbaycan Respublikasında turizmin potensial imkanları; turizmdə işlədilən əsas anlayışlar və terminalogiyalar; beynəlxalq, regional və milli turizm təşkilatları haqqında məlumat; idman turist səyahətlərinin təşkili və keçirilməsinin metodikası; idman turizmində ümumi və xüsusi fiziki hazırlığın metodikası; idman turizmi üzrə toplanış və yarışların təşkili və keçirilməsinin metodikası; yarışların qaydaları; Azərbaycan idman turisit marşrutlarının xüsusiyyətləri; səyahət zamanı hərəkətin texnikasının və taktikasının müxtəlif metod və üsullarla öyrədilməsi; marşrutda müxtəlif təbii maneələri dəf etmə metodikası; topoqrafik hazırlığa nail olmaq; xəritə və kompasdan istifadə edərək səmti təyin etmə metodları; idman yürüşlərində dayanacaqların və düşərgələrin təşkili; təhlükələr; səyahətin təhlükəsizliyini təmin etmək metodikası; səyahət zamanı həkimə qədər ilk tibbi yardımın göstərilməsi üsulları; idman turizm tədbirlərinə aid sənədlərin işlənməsi və hazırlanması.






Basketbol











Basketbolun nəzəri və metodiki əsasları; onun ümumtəhsil məktəblərində planlaşdırılması, basketbolun tədrisinin ümumi pedaqoci, metodiki prinsipləri, zəruri fiziki keyfiyyətlərin inkişaf etdirilməsi metodikası, hərəkət quruluşunun təhlili; «zəif həlqələri» müəyyənləşdirmək; hərəkətin icra üsulunu təkmilləşdirməyin metodikası; basketbolu müxtəlif kontingentlərdə tədris etmək; yaş, hazırlıq səviyyəsi və s. xüsusiyyətlərə müvafiq öyrətmə üsullarını seçmək; texniki qüsurları aşkar etmək; onları aradan qaldırmaq; zəruri fiziki keyfiyyətlərin inkişafı metodikasını təcrübi fəaliyyətdə tətbiq etmək; texniki elementlərin mənimsənilməsi və fiziki keyfiyyətlərin inkişafı üzərində nəzarəti həyata keçirmək, qiymətləndirmək.








Həndbol











Həndbolun yaranması və inkişafı tarixi; onun tədrisi metodikası; həndbolun icra texnikası; onun təhlili, təkmilləşdirməsi yolları; həndbol üzrə yarış qaydaları; onun hərəkət texnikasının müxtəlif metod və üsullarla öyrədilməsi; hərəkət texnikasının model göstəricilər səviyyəsində icrası, texnikanın öyrədilməsi zamanı qüsurları aşkar etmək, onları aradan qaldırmaq; hərəkət texnikasını təkmilləşdirmək; bu idman üçün zəruri olan fiziki keyfiyyətləri inkişaf etdirmək; qaydalara müvafiq yarışları təşkil etmək və keçirmək.







Mütəhərrik oyunlar











Mütəhərrik oyunların nəzəriyyəsi, təşkili və aparılması, dərs və dərsdənkənar vaxtlarda aparılan pedaqoci və təşkilati işlərdə lazın olan bacarıq və qabiliyyətlərin formalaşdırılması; mütəhərrik oyunların nəzəri məsələləri; oyunların təşkili və aparılması üsulları; tədris materialı üzrə nümunəvi oyunların keçirilməsi; tədris-təcrübəsi üzrə məşğələlərdə tapşırıq üzrə tələbələrə sərbəst dərs aparmağın yollarını öyrətmək;






Futbol











Futbolun nəzəri və metodiki əsasları; onun ümumtəhsil məktəblərində planlaşdırılması; futbolun tədrisinin ümumi pedaqoci, metodiki prinsipləri; zəruri fiziki keyfiyyətlərin inkişaf etdirilməsi metodikası; hərəkət quruluşunun təhlili - «zəif həlqələri» müəyyənləşdirmək; hərəkətin icra üsulunu təkmilləşdirməyin metodikası; futbolu müxtəlif kontingentlrədə tədris etmək; yaş, hazırlıq səviyyəsi və s. xüsusiyyətlə müvafiq öyrətmə üsullarını seçmək; texniki qüsurları aşkar etmək; onları aradan qaldırmaq; zəruri fiziki keyfiyyətlərin inkişafı metodikasını təcrübi fəaliyyətdə tətbiq etmək; texniki elementlərin mənimsənilməsi və fiziki keyfiyyətlərin inkişafı üzərində nəzarəti həyata keçirmək, qiymətləndirmək.







Milli güləş











Milli güləşin yaranması və inkişafı tarixi; onun tədrisi metodikası; milli güləşin icra texnikası; onun təhlili, təkmilləşdirməsi yolları; milli güləş üzrə yarış qaydaları; onun hərəkət texnikasının müxtəlif metod və üsullarla öyrədilməsi; hərəkət texnikasının model göstəricilər səviyyəsində icrası, texnikanın öyrədilməsi zamanı qüsurları aşkar etmək, onları aradan qaldırmaq; hərəkət texnikasını təkmilləşdirmək; bu idman üçün zəruri olan fiziki keyfiyyətləri inkişaf etdirmək; qaydalara müvafiq yarışları təşkil etmək və keçirmək.








Ağırlıq qaldırma








Ağırlıq qaldırmanın yaranması və inkişafı tarixi; onun tədrisi metodikası; ağırlıq qaldırmanın icra texnikası; onun təhlili, təkmilləşdirməsi yolları; ağırlıq qaldırma üzrə yarış qaydaları; onun hərəkət texnikasının müxtəlif metod və üsullarla öyrədilməsi; hərəkət texnikasının model göstəricilər səviyyəsində icrası, texnikanın öyrədilməsi zamanı qüsurları aşkar etmək, onları aradan qaldırmaq; hərəkət texnikasını təkmilləşdirmək; bu idman üçün zəruri olan fiziki keyfiyyətləri inkişaf etdirmək; qaydalara müvafiq yarışları təşkil etmək və keçirmək.







Boks











Boksun yaranması və inkişafı tarixi; onun tədrisi metodikası; boksun icra texnikası; onun təhlili, təkmilləşdirməsi yolları; boks üzrə yarış qaydaları; onun hərəkət texnikasının müxtəlif metod və üsullarla öyrədilməsi; hərəkət texnikasının model göstəricilər səviyyəsində icrası, texnikanın öyrədilməsi zamanı qüsurları aşkar etmək, onları aradan qaldırmaq; hərəkət texnikasını təkmilləşdirmək; bu idman üçün zəruri olan fiziki keyfiyyətləri inkişaf etdirmək; qaydalara müvafiq yarışları təşkil etmək və keçirmək.





CÜHF-B22

Bədən tərbiyəsi və idmanın iqtisadiyyatı








Xalq təsərrüfatı sahə strukturunda bədən tərbiyəsi və idmanın yeri; bədən tərbiyəsi və idmanın iqtisadiyyatının predmeti bir elm və tədris fənni kimi; sosial-mədəni xidmətlər bədən tərbiyəsi və idman sahəsinin əsas məhsulu kimi; bədən tərbiyəsi və idman sahəsində sosial-mədəni xidmətlərin təsnifatı; bədən tərbiyəsi və idmanın iqtisadi aspektləri haqqında beynəlxalq hüquqi və normativ aktlar; xarici ölkələrin və Azərbaycanın qanunvericiliyində bədən tərbiyəsi və idmanın iqtisadi aspektləri haqqında; həmin sahədə çalışanların əməyinin spesfik xüsusiyyətləri, kadr hazırlığı; bədən tərbiyəsi və idman sahəsinin əsas fondlarının ümumi xarakteristikası; idman qurğuları şəbəkəsinin müasir vəziyyəti; Azərbaycan əhalisinin bədən tərbiyəsi və idman qurğularına olan tələbatı; bədən tərbiyəsi və idmanın büdcə və büdcədənkənar maliyyələşməsi; xarici ölkələrdə bədən tərbiyəsi və idmanın maliyyə mənbələri (qaynaqları); idmana çəkilən xərclərin dəyərinin mikroiqtisadi təhlili; bədən tərbiyəsi və idman təşkilatlarının büdcəsi və maliyyə-təsərrüfat fəaliyyətinin təhlili; bədən tərbiyəsi və idman tədbirlərinin aparılması üçün smetanın tərtib edilməsi; bədən tərbiyəsi və idman xidmətləri üzrə qiymətqoymanın strategiyası və taktikası, qiymətqoymanın xüsusiyyətləri; böyük beynəlxalq idman yarışlarının keçirilməsində əldə edilən iqtisadi səmərəllik göstəriciləri və ona təsir edən amillər; olimpiya oyunlarının keçirilməsindən əldə edilən iqtisadi səmərəliliyin ümumi xarakteristikası; futbol üzrə dünya çempionatında əldə edilən iqtisadi səmərəliliyin kompleks xarakteristikası.





İÜHF-B23

Seçmə fənlər

300

İF-B00

İxtisas fənləri

510

İF-B01

Seçmə fənlər

Bu bölməyə ali məktəbin (fakultənin) Elmi şurası tərəfindən təyin edilən və eləcə də tələbənin seçdiyi fənlər daxildir.



90

XF-B00

XÜSUSİ FƏNLƏR

195

XF-B01

Tibbi biliklərin əsasları


Xəstələrə ümumi qulluq. Yataq yaraları. Nəbz, arterial təzyiq; ölçmə qaydaları.Qan dövranına təsir edən amillər. Dərman maddələrinin orqanizmə yeridilməsi. Zəhərlənmə zamanı ilk tibbi yardım. Aseptika və antiaseptika . Reanimasiya; kliniki ölüm zamanı yardımın göstərilməsi. Qanaxmalar : müvəqqəti və daimi dayandırma üsulları. Qapalı zədələr (əzilmələr, çıxıqlar) zamanı yardım. Açıq zədələr (yaralar, yanıqlar) zamanı ilk tibbi yardım. Suda boğulma, elektrozədələr, donmalar. Sınıqlar (qapalı və açıq) zamanı ilk tibbi yardım.


150

XF-B02

Mülki müdafiə





45




Sülh və müharibə dövründə yaranmış fövqəladə hallar haqqında məlumat; Ətraf mühitə təhlükəli maddələrin tullanması, iri miqyaslı neft, qaz xəttlərində, hava və su yollarında və istehsalatda baş vermiş qəzalar; təbii fəlakətlər, kütləvi yanğınlar və partlayışlar nəticəsində baş vermiş qəzalar, hərbi kimyəvi xarakterli fövqəladə hallar; müasir qırğın silahlarının tətbiqi zamanı baş vermiş xəsarətlər; kimyəvi silahlardan, bakterioloci silahlardan qorunmağın yolları; fövqəladə hallar baş vermiş ərazidən əhalinin köçürülməsi, xilasetmə işlərinin aparılması, tibbi xidmət dərslərinin təşkili, onlara xüsusi hazırlığı olan tibb bacılarının cəlb olunması, ilk tibbi yardım göstərməsi haqda məlumatlar; müasir şəraitdə MM rolu və vəzifələri;sülh və müharibə dövründə yaranan fövqəladə hallar; qırğın silahları və onlardan mühafizə qaydaları; kimyəvi silahlar və onlardan mühafizə qaydaları; bioloci, bakterioloci silahlardan əhalinin mühafizəsi; fövqəladə hallarda əhalinin köçürülməsi; fərdi mühafizə vasitələri; əhalinin mə’nəvi-psixoloci hazırlığı; x/t obyektlərində X və DTİ keçirilməsi və təşkilinin əsasları; MM-də tibbi xidmətin təşkili.







QEYDLƏR


  1. Bakalavr təhsil proqramını həyata keçirərkən ali təhsil müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

    1. Tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin faktiki minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatları fənn bölümləri arasında 5%, fənn bölümləri daxilində isə 20%-ə qədər dəyişmək;

    2. Bölümlərə ayrılan auditoriya saatlarının hüdudları çərçivəsində bölümə daxil olan ayrı-ayrı fənlərin saatlarını müəyyəınləşdirmək;

    3. Uyğun magistr ixtisaslaşmalarını və istehsalat sahələrini nəzərə almaqla ixtisas fənləri bölümünə daxil olan fənlərin siyahısını, onların tədrisi ardıcıllığını, mühazirə, məşğələr və laboratoriya saatlarının miqdarını müəyyən etmək.

  2. İxtisas fənləri bölümü istiqamət (ixtisas) üzrə nisbətən dar peşə hazırlığı məqsədini daşıyır. Ali məktəb bu bölümün müxtəlif variantlarını təklif edə bilər. Lakin, ixtisas fənləri bölümündə tələbələrin yalnız bir ixtisas üzrə hazırlanmasına yol verilmir. Bu bölümə daxil edilmiş fənlərin uyğun istiqamətin (ixtisasın) mümkün qədər bütün magistr ixtisaslaşmalarını əhatə etməsi təmin olunur.

Müəyyən ixtisaslaşmalara xüsusi meyl göstərən bakalavr-tələbələr üçün tədris planlarının ixtisas fənləri bölümündə müvafiq seçmə ixtisas fənləri (və ya fənlər bloku) daxil edilir və tələbələrin həmin seçmə fənləri (və ya fənlər blokunu) mənimsəyə bilmələri üçün lazımi şərait təmin edilir.

  1. Hər semestrin müddəti (sonuncu semestr istisna olmaqla) 15 həftədir.

  2. Tələbələrin tədris yükünün ümumi həcmi onun bütün növ auditoriya və auditoriyadan kənar tədris işləri nəzərə alınmaqla həftədə 54 saatdan çox ola bilməz.

Nəzəri təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri həftədə orta hesabla 30 saatdan çox olmamalıdır. Həmin həcmə xüsusi fənlər üzrə praktiki məşğələlər də daxil edilir.

5. Qış dövründə tətil 2 həftədən az olmamalıdır.






Yüklə 262,74 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin