Ali-Muhəmmədin sirləri
129
HƏDİS 22
1. Əmr ibn Asın Şamda İmam Əlinin (ə) əleyhinə xütbə
söyləməsi
Aban Süleymdən nəql edir ki, Əmirəl-mömininə (ə) Şamda Əmr ibn Asın
belə bir xütbə söylədiyi xəbəri çatdı:
“Peyğəmbər (s) məni ordusuna başçı təyin etdi. Həmin orduda yaşlı səhabə
və Səhhakın oğlu vardı. Məni onun nəzdindəki hörmətimə görə başçı təyin et-
diyini zənn etdim. Qayıtdıqdan sonra dedim: “Ya Peyğəmbər! Ən çox sevdiyin
insan kimdir?” Buyurdu: “Aişə”. “Bəs kişilərdən kimdir?” deyə soruşduğumda
isə: “Onun atası” deyə cavab verdi.
“Ey camaat! Bu Əli yaşlı səhabə, Səhhakın oğlu və Əffanin oğlu haqqında
pis sözlər danışır. Halbuki mən Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Allah
haqqı Səhhakın oğlunun dilinə və ürəyinə yazmışdır”. Əffanın oğlu haqqında da
belə buyurub: “Mələklər Əffanın oğlundan həya edirlər (utanırlar)!”. Əgər yalan
danışıramsa qulaqlarım kar olsun, Səhhakın oğlunun zamanında Əlinin özündən
belə dediyini eşitmişəm: “Yaşlı səhabə və Səhhakın oğlu gələrkən Peyğəmbər
(s) onlara baxdı və buyurdu: “Ey Əli! Bu ikisi nəbi və rəsullardan sonra Cənnət
yaşlılarının ağalarıdırlar. Bunu onlara demə! Yoxsa həlak olarlar!!”.
Dostları ilə paylaş: