Ali-Muhammedin sirleri indd


 İmam Əlinin (ə) Bəsrədə Əmr ibn Asın söylədiklərini



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə101/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   97   98   99   100   101   102   103   104   ...   227
AliMuhemmedin sirleri

2. İmam Əlinin (ə) Bəsrədə Əmr ibn Asın söylədiklərini 
təkzib edən xütbəsi
Əli (ə) qalxıb dedi: “Əmr ibn Asın sözlərini qəbul edib təsdiqləmələrinə görə 
Şamın tağutlarına təəccüb edilir. Onun uydurmaları, yalanları və təqvasızlığı elə 
bir həddə çatıb ki, Peyğəmbərə (s) də yalan isnad edir. Halbuki Peyğəmbər (s) onu 
yetmiş dəfə lənətləmişdir. Həmçinin Əmr ibn Asın insanları dəvət etdiyi yoldaşını 
(Müaviyəni) da bir neçə yerdə lənətləmişdir. Bu hadisə Əmrin yetmiş beytlik qəsi-
dəsilə Peyğəmbəri (s) təhqir etdiyi zaman baş vermişdi. Peyğəmbər (s) buyurmuşdu: 
“İlahi, mən şeir söyləmirəm və (bu cür) şeiri halal bilmirəm. İlahi, Sən və mələklərin 
onun oxuduğu qəsidənin hər beyti qədər qiyamətədək onun üzərinə lənət elə”.
Peyğəmbərin oğlu İbrahim vəfat etdikdə (Əmr ibn As) belə dedi: 
“Muhəmmədin nəsli kəsildi. Nəslinin davamı olmayacaq. Mən onu hamıdan 
çox qınayacağam və haqqında ən pis sözləri danışacağam”. Həmin vaxt Uca 


130
Suleym ibn Qeys Hilali
Allah Əmr haqqında bu ayəni nazil elədi: “Sənin düşməninin özünün nəsli 
kəsikdir”.
1
Yəni iman və hər cür xeyir baxımından davamsızdır.
Bu ümmətin yalançılarından və münafi qlərindən nələr gördüm! Sanki 
imanı zəif və çox çalışqan Quran oxuyanların Əmr ibn Asın “hədisini” nəql 
etdiklərini və təsdiqlədiklərini görürəm. Biz Əhli-Beytin qarşısında onun ya-
lanlarını dəlil göstərirlər. Məgər biz bu ümmətin ən yaxşıları o ikisinin oldu-
gunu deyirik?!
2
Əgər istəsəm üçüncüsünün də adını çəkərəm. Allaha and olsun 
ki, Aişə və atası haqqındakı sözlərilə Müaviyənin razılığını qazanmaq istəyib. 
Onun razılığını Allahın qəzəbi qarşılığında qazanıb.
Onun məndən eşitdiyini iddia etdiyi hadisəyə gəlincə: Toxumu yaran və 
məxluqları yaradana and olsun ki, xeyr! O, həqiqətən də bilir ki, mənə yalan isnad edə 
bilməz. Uca Allah nə gizlində və nə də aşkarda məndən belə bir sözü eşitməmişdir.
İlahi, Sənin yolunu bağlamalarına, Kitabına və peyğəmbərinə yalan isnad 
etmələrinə, Peyğəmbərini hörmətdən salmalarına, ona və mənə nisbət verdikləri 
yalanlarına görə Əmr ibn Asa və Müaviyəyə lənət et!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin