Ali-Muhammedin sirleri indd


Müaviyə Şam əhlini Əffanın oğlunun qanının intiqamı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə102/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   98   99   100   101   102   103   104   105   ...   227
AliMuhemmedin sirleri

3. Müaviyə Şam əhlini Əffanın oğlunun qanının intiqamı 
üçün necə topladı
Süleym deyir: “Müaviyə şamlı qariləri (Quran hafi zlərini) və hakimləri dəvət 
etdi. Onlara bir miqdar pul verib Şamın qəsəbə və şəhərlərinə göndərdi. Onlar 
da uydurma rəvayətləri nəql etdilər və batil əqidələrin təməllərini atdılar. Onlar 
insanlara belə deyirdilər: «Əli Osmanı öldürdü və o ikisindən uzaq olduğunu bil-
dirir. Müaviyə isə Osmanın qanını tələb edir və Osmanın oğlu Aban və Osmanın 
digər qohumları da onunla birlikdədirlər. Beləcə şamlılar Müaviyəyə meyl etdilər 
və bütün Şam əhli bir sözdə birləşdilər”.
Müaviyə bu planını iyirmi il davam etdirdi və hakimiyyəti altında olan böl-
gə lərdə tətbiq elədi. Şamın zalımları və batil yardımçıları gəlib onun süfrəsinə 
və şə rabına ortaq olana qədər beləcə davam etdi. Müaviyə onlara pul və mal ve-
rir, aralarında əraziləri paylaşdırır və onları yedirib içirirdi. Uşaqlar bu planlarla 
böyüdülər və böyüklər də bu planlarla qocaldılar. Bədəvi çöl ərəbləri bu etiqadla 
şəhərlərə köç dü lər. Şamlılar Şeytanı lənətləməyi tərk edib, Əliyə və Osmanın 
qatillərinə lənət edir dilər. Ümmətin cahilləri, zəlalət imamlarına tabe olanlar və 
atəşə dəvət edənlər bunun üzərində qərar tutdular. Allah bizə kifayət edər və O, nə 
gözəl vəkildir. Əgər Allah istəsəydi, onların hamısını doğru yola hidayət edərdi. 
Amma O, nəyi diləsə, onu da edər”. 
1
“Kovsər” surəsi, ayə 3.
2
Belə bir sözü söyləmədiyini, Əmr ibn Asın növbəti yalanının olduğunu bildirir.


Ali-Muhəmmədin sirləri
131
HƏDİS 23
Müaviyədən Ziyad ibn Əbihə (atasının oğlu) məktub
Aban Süleymdən nəql edir ki, Ziyad ibn Süməyyənin
1
bir katibi vardı. Şiə 
olmuşdu və mənimlə dost idi. O Müaviyənin Ziyada cavab olaraq yazdığı bir 
məktubu mənə göstərdi:

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin