134
Suleym ibn Qeys Hilali
Qardaşım! Səhhakın oğlunu fi krindən daşındırdığın zaman Əbu Süfyan
nəslində səndən daha bədbəxt bir kəsin doğulmadığını anladım!
Səhhakın oğlu mənə onları öldürmək qərarından əl çəkməsinin Əli ibn Əbu
Talibdən eşitdiyin bir sözün səbəb olduğunu söylədi. O mənə dedi: “İlk vaxtlarda siz
bu dinlə əcəmiləri məğlub edəcəksiniz, sonra da onlar sizi məğlub edə cəklər”. Və
belə demişdi: “Allah sizin əllərinizi əcəmilərlə dolduracaq, sonra onlar qarşınızdan
qaçmayacaq dərəcədə güc əldə edəcək, boyunlarınızı vuracaq və qənimətlərinizi
alacaqlar”. Səhhakın oğlu sənə dedi: “Mən bunları Peyğəm bərdən eşitmişdim.
Elə məhz bunlar məni sənin yoldaşına (Əbu Musaya) onların öldürülməsi barədə
məktub yazmağa məcbur etdi. Digər şəhərlərdəki nümayəndələrimə də belə məktub
yazmağa qərar vermişdim”. Sən isə Səhhakın oğluna dedin: “Ey Möminlərin
əmiri! Bunu etmə! Çünki Əlinin onları köməyə çağırmasından amanda deyilsən,
onların sayı olduqca çoxdur. Sən Əlinin və Əhli-Beytinin şücaətindən, səninlə və
yoldaşınla olan düşmənçiliyindən xəbərdarsan”. Səhhakın oğlunu bu fi krindən
yayındırdın və mənə onu bu işdən çəkindirdiyini bildirdin. Bunu (kölələrə olan)
təəssübünə görə etdin, nəinki Əlinin rəvayətinin qorxusundan.
Həmçinin bunu Osmanın xəlifəliyi zamanında Əli ibn Əbu Talibə də
söylədiyini mənə dedin. O sənə belə demişdi: “Əcəmilər - Xorasan tərəfi ndən
gələcək qara bayraq sahibləridir. Onlar Bəni-Üməyyənin səltənətinə son qoya-
caq və onları gördükləri hər yerdə öldürəcəklər”.
Ey qardaşım! Əgər sən Səhhakın oğlunu bu işdən çəkindirməsəydin bu
adətə çevrilərdi. Onları məhv edib köklərini qurudardı. Ondan sonrakı xəlifələr
bir nümunə olaraq onu tətbiq edərdilər. Belə ki, onlardan geriyə nə bir tük, nə
dırnaq və nə də bir od qığılcımı qalmazdı. Onlar dinin fəlakətidirlər!
Dostları ilə paylaş: