Ali-Muhammedin sirleri indd


Müaviyənin dililə bidətlər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə106/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   102   103   104   105   106   107   108   109   ...   227
AliMuhemmedin sirleri

Müaviyənin dililə bidətlər
Bu ümmət içində Səhhakın oğlunun Peyğəmbərin (s) sünnəsinin əksinə et-
diyi və camaatın da onları mənimsəyib icra etdikləri nə qədər məsələlər vardır. 
Bu da onlardan biri olacaqdı.
Məqami İbrahimin Peyğəmbərin (s) qoyduğu yerini dəyişməsi, Peyğəm -
bərin (s) sa` və mudd ölçü vahidlərinin çəkisini artırması, qüsulsuz şəxsi təyəm-
mümdən çəkindirməsi bunlardan bir neçəsidir. Səhhakın oğlunun sünnə qoydu-
gu şeylər sayılmayacaq qədər çoxdur. Onların ən böyüyü və bizim yanımızda 
ən sevimlisi ki, bu gözümüzə nur verir, xəlifəliyi Bəni-Haşimin əlindən alması 
idi. Halbuki xəlifəliyin əhli və mədənləri məhz onlar idilər. Xilafət onlardan 
başqasına layiq deyil və yer üzü yalnız onlarla sakitləşər. 


Ali-Muhəmmədin sirləri
135
Süleym məktubun surətini köçürür
Bu məktubu oxuduqdan həmən sonra cır və yazdıqlarımı gizlət”.
Süleym deyir: “Ziyadın katibi mənə dedi: “Ziyad məktubu oxuduğu zaman 
onu yerə çırpdı və üzünü mənə tutub dedi: “Vay olsun mənə, çıxdığım və daxil 
olduğum yerlərə! Allaha and olsun, Ali-Muhəmmədin tərəfdarlarından idim. 
Onlardan ayrıldım və şeytanın tərəfdarı oldum. Nəticədə belə bir məktub yazan 
bu adamın tərəfdarı oldum. Mənim misalım İblisin misalına bənzəyir, təkəbbür, 
həsəd və inkar səbəbindən Adəmə səcdə etmədi”.
Süleym deyir: “Axşam olmadan məktubun bir surətini çıxardım. Gecə 
düşdükdə Ziyad məktubu istədi, onu cırdı və dedi: “Heç zaman heç kim bu 
məktubda yazılanlardan xəbərdar olmamalıdır!” Amma mənim məktubu yaz-
dığımı bilmirdi”.


136
Suleym ibn Qeys Hilali
HƏDİS 24
Peyğəmbər (s) İmam Əli (ə) barəsində Humeyranın 
qarşısında höccət qoyur
Aban Süleymdən Salman, Əbu Zərr və Miqdadın belə dediklərini eşitdiyini 
söyləyir və bu barədə imam Əlidən (ə) soruşduğunu, onun da “Düz deyirlər” 
söylədiyini bildirir. Onlar mənə dedilər: “İmam Əli (ə) Peyğəmbərin (s) yanına 
gəldi, Aişə arxa tərəfi ndə oturmuşdu və Humeyranın üzərində bir əba (kisa) 
vardı. Ev adamla dolu idi. Onlardan beşi “kitab” əshabı, beşi isə şura əhli idi. 
Oturmağa yer tapmadıqda Peyğəmbər (s) işarə edərək: (arxa tərəfi ni göstərib) 
“Burada otur” dedi.
İmam Əli (ə) gəlib Peyğəmbərlə (ə) Humeyranın arasında ərəblərin 
əyləşdiyi kimi oturdu. Humeyra onu itələyib qəzəblə dedi: “Oturmağa quca-
ğımdan başqa yer tapmadın?!”.
Peyğəmbər (s) qəzəblənib dedi: “Sus, ey Hümeyrə! Qardaşım Əli barədə 
mənə əziyyət eləmə, Həqiqətən də o, möminlərin əmiri, müsəlmanların ağası, 
həmd bayrağının sahibi, qiyamət günü üzüağların rəhbəridir. Allah onu Sirat 
üzərində oturdub cənnətlə odu böləcək. Dostlarını cənnətə, düşmənlərini isə 
oda daxil edəcək.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin