137 HƏDİS 25
Siffi n savaşı əsnasında Əmirəl-möminin Əli (ə) ilə Müaviyənin məktublaşması Aban Süleymdən nəql edir ki, Əbu Harun Ədbi
1
ehtimal ki, Ömər ibn Əbu
Sələmədən belə eşitdiyini deyir:
1. Müaviyənin Əliyə (ə) məktubu Biz Siffi ndə İmam Əlinin (ə) yanında ikən Müaviyə Əbu Dərdanı və Əbu
Hüreyrəni çağırıb dedi: “Əlinin yanına gedib ona məndən salam söyləyin, son-
ra deyin:
Allaha and olsun ki, insanlar arasında sənin xilafətə ən layiqli şəxs və
məndən daha çox haqq sahibi olduğunu hamıdan yaxşı bilirəm. Çünki sən ilk
mühacirələrdənsən, mən isə Tüləqalardanam
2
. İslamda sənin malik olduqların
və Peyğəmbərə olan yaxınlığın, Allahın kitabının və Peyğəmbərin sünnətinin
elmi məndə yoxdur.
Mühacirlər və ənsar sənə beyət etməzdən üç günə əvvəl məşvərət etdilər,
sonra heç bir şeyə məcbur edilmədən, müti vəziyyətdə gəlib beyət elədilər. Sənə
beyət edənlərin ilki Təlhə və Zübeyrdir, lakin sonra beyətlərini pozdular, sənə
zülm etdilər və haqları olmayan şeyləri tələb elədilər. Mən Əffanın oğlunun
əmisinin oğluyam və onun qanının intiqamını tələb edirəm. Eşitmişəm ki, sən
Əffanın oğlunun qatillərini üzrlü bilib qanının qisasını almaqdan çəkinmisən.
Düşünürsən ki, o qətlə yetirilən vaxt sən evində olmusan (qətllə heç bir əlaqən
yoxdur). O qətlə yetirilərkən sən: “Həqiqətən də biz Allahdanıq və Ona qayıda-
cağıq” deyib “İlahi, mən razı deyiləm, onlara kömək də etməmişəm” söyləmisən.
Həmçinin Cəməl günündə də onlar “Ey Əffanın oğlu qatillər!” deyib nida etdikdə
sən dedin: “Bu gün Əffanın oğlunun qatilləri üzüstə oda getdilər! Onu bizmi öl-
dürmüşdük?! Onu həmin iki nəfər və qadın yoldaşları (Humeyra) öldürmüş, onun
qətlinə fərman vermişdilər, mən isə həmin vaxt evimdə otururdum”.
Mən Osmanın əmisi oğluyam, onun vəlisiyəm və onun qanının qisası-
nı tələb edirəm. Əgər iş sənin dediyin kimidirsə, o zaman Əffanın oğlunun
1
Bu, İmarə ibn Cüveyrədir (yaxud Cəvin).
2
Məkkə fəth olunan vaxtı azad edilib iman gətirənlər.
138 Suleym ibn Qeys Hilali qatillərini bizə verib onlardan əmimin qisasını almağıma imkan yarat. Sonra
sənə beyət edib işi öhdənə buraxaq.