140
Suleym ibn Qeys Hilali
iş görməməli, əllərini və ayaqlarını uzatmamalıdırlar. Həmin rəhbər, əgər keç-
miş rəhbərləri məzlum olaraq qətlə yetirilibsə, onun qanının haqqını vəlilərinə
təqdim edəcək, əgər zalım olaraq qətlə yetirilibsə, bu barədə necə hökm
edəcəyini özü seçəcək.
Bu, onların etməli olduqlarının birincisidir: rəhbər seçməli, onlar üçün xe-
yirli olanda müttəfi q olmalı, ona beyət və itaət etməlidirlər.
Yox, əgər rəhbəri seçmək Allahın və Peyğəmbərinin ixtiyarındadırsa, o za-
man Allah onları bu seçkidən azad etmişdir. Peyğəmbər (s) onlar üçün bir imam
seçmiş, ondan razı olmuş, ona itaəti vacib bilmişdir.
Osman öldürüldükdən son-
ra camaat mənə beyət etdi. Mühacir və ənsar barəmdə üç gün məşvərət etdikdən
sonra beyət etdilər. Bunlar elə onlara beyət edənlər, onların rəhbərliyini qəbul
edənlərdir. Bu işdə Bədr əhli, mühacirlər və ənsar öndə idilər. Halbuki onlar
məndən əvvəl heç bir məşvərət keçirmədən beyət etmiş, lakin mənə beyətlərində
bir yerə toplaşıb üç gün məşvərət etdilər.
Əgər Uca Allah bu işi ümətin öhdəsinə buraxmışdısa,
onlar da özləri
üçün baxıb münasib olanı seçmişlərsə və bu seçimlər Allahın və Rəsulunun
seçimindən xeyirlidirsə, o zaman seçimləri, beyətləri hidayət beyətidir,
rəhbərlərinə itaətləri və yardımları vacibdir. Eləcə mənim barəmdə müşavirə
keçirib icma ilə mənə beyət etdilər. Əgər seçən Allahdırsa, o zaman nazil etdiyi
kitabda və peyğəmbərinin sünnəsində məni ümmət üçün seçmiş,
onlara xəlifə
təyin etmiş, mənə itaəti və yardımı onlara əmr eləmişdir. Bu isə mənim höccət
və haqlı olduğuma ən güclü dəlildir.
Əgər o üçünün zamanında öldürülsəydi, Müaviyə onlarla da savaşa qalxıb
qanını tələb edəcəkdi?
Əbu Hüreyrə və Əbu Dərda “Xeyr” cavabını verdilər.
Əli (ə) dedi: “Mən də onlar kimi! Əgər Müaviyə “Bəli, savaşardım” desə,
ona deyin: O zaman demək, bir zalım tərəfi ndən zülm edilən, yaxud qatil
tərəfi ndən qətlə yetirilən hər bir şəxsə görə müsəlmanlar bir dəstənin tərəfi ni
tutub savaşmalı, parça-parça olmalı, hər kəs özünə tərəf çağırmalıdır. Hal-
buki Əffanın oğlunun övladları atalarının qanlarının qisasını tələb etməkdə
Müaviyədən daha çox haqq sahibidirlər.
Əbu
Dərda və Əbu Hüreyrə susdular, sonra dedilər: “Sən insafl ı danışdın”.
İmam Əli (ə) dedi: “Ömrümə and olsun ki, əgər Müaviyə dediklərini
etsə və mənə verdiyi sözü tutsa, o da mənim insafl ı rəftar etdiyimi görəcək.
Əffanın oğlunun övladları hamısı həddi-buluğa çatmış şəxslərdir, uşaq deyillər
ki, onların vəliyə ehtiyacları olsun. Gəlsinlər onlarla atalarının qatillərini bir
yerə toplayım. Əgər onlar köməksiz və dəlil gətirməkdə acizdirlərsə, o zaman
Ali-Muhəmmədin sirləri
141
Müaviyənin onların vəlisi, vəkili və davalarında
savaşan tərəf kimi olduğuna
şəhadət gətirsinlər.
Onlar və cavabdehlər gəlib bu məsələdə hökm verəcək hakimin qarşısında
üz-üzə otursunlar, onlar və cavabdehlərin dəlillərinə qulaq asım. Əgər ataları za-
lım və qanı halal idisə, o zaman qisas tələbi batil olar. Yox, əgər ataları məzlum
halda qətlə yetirilibsə və qanı haram idisə, qatillərini onlara verim, əgər istəsələr
onu öldürsünlər, istəsələr əfv eləsinlər və yaxud da ondan diyəsini alsınlar.
Osmanın qatilləri mənim əsgərlərimin arasındadırlar, onu qətlə yetirdiklərini
etiraf edir, mənim onlarla övladları arasında hakim olmağıma razıdırlar.
Əffanın oğlunun övladları, yaxud vəliləridirsə və vəkilləridirsə Müaviyə ilə
yanıma gəlsinlər, onun qətli barəsində müzakirə aparsınlar, Allahın kitabı və
Peyğəmbərinin (s) sünnəsinə əsasən aralarında hökm verim.
Əgər Müaviyə etmədiyimiz bir işdə bizə böhtan atıb cinayətkar sayırsa, o
zaman qoy nə danışır danışsın, Allah mənə ona qarşı yardımçı olacaq!
Əbu Dərda və Əbu Hüreyrə dedilər: “Allaha and olsun ki,
sən doğru da-
nışdın və tam insafl a söylədin, onun səbəblərini puç edib dəlillərini batil çı-
xardın. Özün güclü dəlillər ortaya qoydun, üzərinə heç bir söz deyilməyəcək
həqiqətləri dedin”.
Bu zaman qarşılarında iyirmi minə yaxın insanın əllərində qılınclarla da-
yanıb “Əffanın oğlunun qatilləri bizik, biz Əlinin (ə) aramızda hökm etməsinə
razıyıq. Əffanın oğlunun vəlilərini gətirin, atalarının qanı barəsində Əli (ə) ara-
mızda hökm versin. Əgər üzərimizə qisas və ya diyə düşsə,
o zaman hökmə
səbr edib təslim olacağıq”.
O ikisi dedi: “Doğru deyirsiniz, sizinlə Əffanın oğlunun vəliləri arasında
üz-üzə görüş keçirib aranızda Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə
uyğun hökm vermədikcə, Əlinin (ə) sizi təslim etməsi və ya qətlə yetirməsi əsla
halal olmaz.
Dostları ilə paylaş: