Ali-Muhammedin sirleri indd


Müaviyənin İmam Əlinin (ə) məktubuna əməl etmək



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə110/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   106   107   108   109   110   111   112   113   ...   227
AliMuhemmedin sirleri

3. Müaviyənin İmam Əlinin (ə) məktubuna əməl etmək 
imtinası
Onlar Müaviyənin yanına gəlib Əlinin (ə), Əffanın oğlunun qatillərinin və 
Əbu Numan ibn Zimanın
1
dediklərini ona çatdırdılar.
Müaviyə onlara dedi: “O iki səhabəyə aşkarda rəhmət diləyib, amma 
Əffanın oğlunun barəsində bunu etməməsi, ancaq gizlində onların hamısın-
1
Bu şəxsin kimliyi barədə məlumat yoxdur. Ola bilsin ki, bu şəxs iyirmi minlik ordunun adın-
dan danışıb. 


142
Suleym ibn Qeys Hilali
dan uzaq olduğunu söyləməsi, həmiçinin Peyğəmbərin (s) vəfatından bəri bu 
günədək məzlum olduğunu iddia etməsi barədə suala necə cavab verdi?
Dedilər: “O üçü bizim yanımızda rəhmət diləyib və biz də bunu eşitmişik. 
Sənin söylədiklərin barədə dedi: “Əgər seçməyi Allah ümmətin ixtiyarına qo-
yubsa, onlar üçün məsləhətli olanı əgər öz rəy və nəzərlərinə görə seçirlərsə 
(beləliklə, onların öz seçimləri Allahın və Peyğəmbərinin (s) seçimindən 
daha doğrudursa), o zaman məni seçib və beyət ediblər. Beləliklə mənə beyət 
hidayətdir, insanlar arasında itaəti və yardımı vacib rəhbərəm. Çünki onlar 
mənim barəmdə məşvərət edib və seçiblər.
Əgər Allahın və Peyğəmbərinin (s) seçimi onların özləri üçün seçimlərindən 
daha xeyirlidirsə, həqiqətən də Allah və Peyğəmbəri (s) məni seçmiş, bu 
ümmətə xəlifə təyin eləmiş, Allahın Peyğəmbərinə (s) nazil etdiyi kitabında 
da mənə itaəti və yardımı onlara əmr etmişdir. Bu isə mənim dəlilim və haqlı 
olmama ən güclü sübutdur. 
4. Əmirəl-möminin Əlinin (ə) Siffi ndə müsəlmanlara 
müraciəti
Sonra əskərləri arasında minbərə qalxdı, ətrafdan gələnlər, mühacirlər və 
ənsarlar da orada hazır idilər. Allaha həmd və səna deyib buyurdu:
“Ey camaat, həqiqətən də mənim fəzilətlərim sayılmaqdan və hesablamaq-
dan daha çoxdur. Bu fəzilətlərimə Allahın kitabı və Peyğəmbərinin (s) sözləri 
kifayət edər. 
Məgər bilmirsiniz ki, Allah öz kitabında müsəlman olmaqda ilk şəxslərin 
digərlərindən üstün olduğunu bildirir? Bilmirsinizmi, İslamı qəbul etməkdə 
Peyğəmbərdən (s) savayı bir kəs məndən önə keçməyib?!”
Dedilər: “İlahi, elədir”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin