Ali-Muhəmmədin sirləri
143
Teyhan, Xalid ibn Zeyd, Əbu Əyyub Ənsari, mühacirlərdən Əmmar ibn Yasir və
digərləri vardı. Dedilər: “Şəhadət veririk ki, Peyğəmbər (s) bunu söyləmişdir!”.
Qədir Xumda vilayətin elanı
Dedi: “Bu ayələr haqqında Allahı sizə şahid tuturam:
“Ey iman gətirənlər!
Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
1
, “Sizin
haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, na-
maz qılır və rükuda olduqları halda zəkat verirlər”
2
, “Yoxsa elə güman edir-
siniz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən
və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst
buraxılacaqsınız?”
3
Səhabələr bu ayələr nazil olduqda dedilər: “Ya Peyğəmbər,
bunlar bir neçə şəxsə aiddir, yoxsa bütün möminlərə şamildir?”
Uca Allah bu ayələrin kim barəsində nazil olduğunu, namaz, oruc, zəkat
və həcci onlar üçün izah etdiyi kimi vilayəti də izah etməsini Peyğəmbərinə (s)
əmr etdi.
Peyğəmbər (s) məni xəlifə təyin edərək belə buyurdu: “Allah məni elə bir
vəzifə ilə (risalətlə) göndərdi ki, buna görə sinəm daraldı və camaatın mə ni inkar
edəcəyini zənn etdim. Bunu təbliğ etməyəcəyim təqdirdə məni cəzalandıracağını
buyurdu”. “Qalx, ey Əli!” deyə əmr edib yüksək səslə cama at namazının qılın-
masına səslədi. Onlarla günorta namazı qıldıqdan sonra buyurdu: “Ey camaat!
Allah mənim mövlamdır. Mən möminlərin mövlasıyam və onlara öz nəfslərindən
daha övlayam (ixtiyar sahibiyəm). Agah olun ki, mən kimin mövlasıyamsa, Əli
də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol, ona yar-
dım edənə yardım et, onu yalnız buraxanı Sən də tərk et”.
Salman Farisi ayağa qalxaraq dedi: “Ya Peyğəmbər! Onun bu vəlayəti
nədir?” Buyurdu: Onun vilayəti mənim vilayətim kimidir. Mən kimə öz canın-
dan daha övlayamsa (üstün, ixtiyar sahibiyəmsə), Əli də onun canına ondan
daha çox ixtiyar sahibidir. Uca Allah da bu ayəni nazil etdi:
“Bu gün dininizi
Dostları ilə paylaş: