Ali-Muhammedin sirleri indd


sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə112/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   108   109   110   111   112   113   114   115   ...   227
AliMuhemmedin sirleri

sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din 
olaraq islamı bəyənib seçdim”.
4
Salman dedi: “Ya Peyğəmbər! Bu ayələr xüsusi olaraq Əli haqqında nazil 
olub?” Peyğəmbər (s) buyurdu: “Onun və qiyamətə qədər onun vəsilərinin haq-
qında nazil olub”. 
1
“Nisa” surəsi, ayə 59.
2
“Maidə” surəsi, ayə 55.
3
“Tövbə” surəsi, ayə 16.
4
“Maidə” surəsi, ayə 3.


144
Suleym ibn Qeys Hilali
Sonra buyurdu: “Ey Salman, sən də və burada olanlar da şahid olun, bunu 
burada olmayanlara çatdırın”.
Salman Farsi dedi: “Ya Peyğəmbər! Onların kim olduğunu bizə açıqla”. 
Buyurdu: “Qardaşım, vəzirim, varisim və ümmətim arasında xəlifəm, 
məndən sonra hər möminin vəlisi olan Əli və onun övladlarından gələcək on 
bir imam. Onlardan (on bir imamdan) birincisi oğulum Həsəndir, sonra oğulum 
Hüseyn, sonra Hüseynin övladlarından bir-birindən sonra doqquz imam. Onlar 
Quranla və Quran onlarladır. Hovuzda mənə çatana qədər onlar Qurandan, Qu-
ran da onlardan əsla ayrılmayacaq”.
Bədr əhlindən on iki nəfər ayağa qalxıb dedilər: “(Ey Əli,) Biz şəhadət 
veririk ki, sənin söylədiklərini bir hərf artırıb və azaltmadan Peyğəmbərdən (s) 
eynilə eşitmişik. Peyğəmbər (s) bizi buna şahid tutmuşdur”. Yetmiş nəfərdən qa-
lanları dedilər: “Biz bunu eşitmişik, yalnız hamısını yadda saxlaya bilməmişik. 
Bu on iki nəfər bizim yaxşılarımız və fəzilətlilərimizdir”. İmam Əli (ə) bu-
yurdu: “Düz dediniz, hər kəs əzbər yadda saxlaya bilməz, insanlardan birinin 
yaddaşı digərindən daha güclü olur”.
Bədr əhlindən olan on iki nəfərdən dördü: Əbu Heysəm ibn Teyhan, Əbu 
Əyyub Ənsari, Əmmar ibn Yasir və (iki şəhadət sahibi) Xuzeymə ibn Sabit aya-
ğa qalxaraq dedilər: “Biz şahidlik edirik ki, Peyğəmbərin (s) o gün söylədiklərini 
eşidib eynilə əzbərlədik. O, həmin vaxt ayaq üstə dayanmış və Əli də yanında 
durmuşdu. Sonra Peyğəmbər (s) buyurdu: “Ey camaat! Allah mənə sizin üçün 
bir imam və vəsi təyin etməyimi əmr edib ki, sizin aranızda peyğəmbərinizin 
vəsisi, məndən sonra ümmətimə və Əhli-Beytimə xəlifəm olsun. O, Allahın 
Öz kitabında itaətini möminlərə vacib buyurduğu və vilayətlərini əmr etdiyi 
şəxsdir. Mən Rəbbimə müraciət edib dedim: “Ey Rəbbim! Nifaq əhlinin in-
karından və atacaqları böhtanlarından qorxuram”. Allah da mənə ya təbliğ 
etməmi, ya da əzab göndərəcəyini vəd etdi. Ey camaat! Uca Allah kitabında 
sizə namazı əmr etdi. Mən də sizə açıqladım və tətbiq etdim. Zəkatı, orucu və 
həcci əmr etdi. Onları da sizə açıqlayıb təfsir etdim. Kitabında sizə vilayəti əmr 
etdi. Ey camaat, sizi şahid tuturam ki, bu vilayət yalnız Əli ibn Əbu Talibə, 
mənim və vəsim olan qardaşımın övladlarından olan vəsilərə məxsusdur. On-
ların birincisi Əli, sonra Həsən, sonra Hüseyn, sonra oğlum Hüseynin övladla-
rından doqquz nəfər. Hovuzun başında mənə qovuşana qədər onlar Qurandan, 
Quran da onlardan ayrılmazlar. 
Ey camaat! Məndən sonra sığınacağınız şəxsi, imamınızı, vəlinizi və 
hidayətçinizi sizə tanıtdım. Bu, qardaşım Əli ibn Əbu Talibdir. O, aranızda 
mənim kimidir. Dininizdə ona boyun əyin və bütün işlərinizdə ona itaət edin. 


Ali-Muhəmmədin sirləri
145
Uca Allahın mənə öyrətdiyi hər bir şey ondadır. Uca Allah bunları yalnız ona 
öyrətməyimi, sizə də bunların onun yanında olduğunu bildirməyimi əmr etdi. 
Ondan soruşun, ondan və ondan sonrakı vəsilərindən öyrənin. Onlara bir şey 
öyrətməyə və ya onlardan önə keçməyə cəhd göstərməyin, onlardan ayrılmayın. 
Onlar haqq ilə, haqq da onlarladır. Onlar haqqı, haqq da onları zay etməzlər”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin