Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə113/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   109   110   111   112   113   114   115   116   ...   227
AliMuhemmedin sirleri

Kisa
1
 hədisi və “Təthir” ayəsi
Sonra Əli (ə) Əbu Dərdaya, Əbu Hüreyrəyə və ətrafındakılara belə dedi: 
“Ey camaat! Bilmirsinizmi ki, Uca Allah kitabında bu ayəni nazil edib: “Ey 
Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq 
tutmaq və sizi pakdan pak etmək istər!”
2
 Peyğəmbər (s) məni, Fatiməni, Həsən 
və Hüseyni bir kisanın altında yığaraq buyurdu: “İlahi, bunlar mənim itrətim, 
mənə aid olanlar və Əhli-Beytimdirlər. Onlardan bütün pislikləri uzaqlaşdır və 
onları pak-pakizə qərar ver”. (Orada olan) Ümmü Sələmə dedi: “Ya Peyğəmbər, 
bəs mən?” Peyğəmbər (s) ona buyurdu: “Sən xeyir üzərindəsən. Amma bu ayə 
məxsusən yalnız mənim, qardaşım Əlinin, qızım Fatimənin, övladlarım Həsən 
ilə Hüseyn və Hüseynin doqquz övladı haqqında nazil olmuşdur. Bizdən başqa 
kimsə yoxdur”.
Hamı ayağa qalxıb dedilər: “Biz şahidlik edirik ki, Ümmü Sələmə bizə 
bunu belə danışıb. Biz də Peyğəmbərdən (s) soruşduq, o da eynilə bizə Ümmü 
Sələmənin dediyi kimi danışdı.
Qurandakı sadiqlər (doğruçular) imamlardır (ə)
Əli (ə) buyurdu: “Uca Allahın öz kitabında belə buyurduğunu bilmirsiniz: 
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla (sadiqlərlə) birgə 
olun!”
3
Salman dedi: “Ya Peyğəmbər, bunlar ümumi və ya xüsusi insanlar-
dır?”. Peyğəmbər (s) buyurdu: “Əmr olunanlar ümumidir. Çünki möminlər 
buna əmr olunublar. Sadiqlər isə xüsusi olaraq qardaşım Əli ibn Əbu Talib və 
qiyamət gününədək ondan sonrakı vəsilərdirlər”.
Əli (ə) dedi: “Təbuk savaşında Peyğəmbərə (s) dedim: “Ya Peyğəmbər, məni 
niyə burada qoyursan (özünlə döyüşə aparmırsan)?” Buyurdu: “Ey Əli, mən və 
ya sən olmasan Mədinə asayişdə olmaz. Sənin mənə nisbətin Harunun Musaya 
nisbətidir, peyğəmbərlikdən savayı. Çünki məndən sonra peyğəmbər yoxdur”.
1
Kisa – çiyinə atılan bir növ əba.
2
“Əhzab” surəsi, ayə 33.
3
“Tövbə” surəsi, ayə 119.


146
Suleym ibn Qeys Hilali
Ənsar və mühacirlərdən orada olan bir dəstə ayağa qalxıb dedilər: “Təbuk 
savaşında biz bunu həqiqətən də Peyğəmbərdən (s) eşitmişik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin