148
Suleym ibn Qeys Hilali
Sənin etimad etdiyin şəxslərdən biri mənə çatdırıb ki, sən öz azmış və pisliklə
dolu tərəfdarlarına belə deyirsən: “Mən
üç oğluma Əbu Bəkr, Ömər və Osman
adlarını qoydum. Nə zaman bu üç şəxsin adına rəhmət dilədiyimi eşitsəniz,
bilin ki, məhz oğullarıma rəhmət diləyirəm”.
Səqifədə Müaviyənin müşahidələri
Mənə verilən xəbərlərin və xəbəri gətirənlərin doğruluğunun dəlili bunları
səni öz gözlərimizlə görməmizdir. Bu məsələdə başqasından soruşmağa ehti-
yacımız yoxdur. Əbu Bəkrə beyət olunduğu günlərdə səni öz xanımın Fatiməni
ulaq
üzərində, iki oğlun Həsən və Hüseynin əllərindən tutmuş vəziyyətdə Bədr
əhlini və ilk iman gətirən şəxsləri yardıma çağırdığını, dörd nəfərdən: Sal-
man, Əbu Zərr, Miqdad və Zübeyrdən başqa heç kəsi tapmadığını görmüşük.
Ömrümə and olsun ki, əgər haqlı olsaydın onlar
sənə müsbət cavab verər və
yardım edərdilər. Lakin onların da təsdiq etmədiyi batil bir şeyi iddia edirdin.
Əbu Süfyanın sənə “Ey Əbu Talibin oğlu, səltənət məsələsində əmin oğ-
luna məğlub oldun. Sənə qalib gələnlər Qüreyşin ən rəzil Təmim (Teym) və
Üdey qəbilələrindən olanlardır” deyib yardım təklif etdiyini öz qulaqlarımla
eşitmişəm. Sən isə: “Əgər mühacir və ənsardan qırx nəfər mənə yardım edən
tapsaydım buna (Yaşlı səhabəyə) qarşı çıxardım” deyə cavab verdin.
Bu dörd
nəfərdən başqa köməkçin olmadığını görüb məcbur edilərək beyət etdin.
Dostları ilə paylaş: