Ali-Muhammedin sirleri indd


lah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən,..”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə117/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   113   114   115   116   117   118   119   120   ...   227
AliMuhemmedin sirleri

lah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən,..”
1
Sonra bu-
yurdu: “...lakin möminləri də (cihada) təşviq et!”
2
. Savaşanlar mən və sən 
idik. Məkkədə qaldığım müddətdə savaşmağa əmr olunmamışdım. Sonra Allah 
mənə vuruşmağı əmr elədi. Çünki din, şəriət, sünnə, əhkam, hədd, halal və ha-
ramlar yalnız mənimlə tanınacaqdı.
Məndən sonra camaat Allahı və mənim sənin barəndə onlara əmr 
etdiklərimizi, vilayətini və höccətini cəhalət üzündən deyil, heç bir şübhəyə 
düşmədən və bilərəkdən tərk edəcəklər. Xüsusilə də Allahın sənin barəndə nazil 
etdiklərinə əvvəllər göstərdikləri müxalifəti göstərəcəklər. Əgər onlara qarşı 
yardım tapsan, onlarla savaş, əgər yardımın olmasa canını qoru. Belə ki, əgər 
onlara qarşı çıxsan səni öldürəcəklər. Əgər sənə tabe olub itaət etsələr, onları 
haqqa tərəf çək, əks təqdirdə onları tərk et. Sənə müsbət cavab versələr və (son-
ra onlardan kimsə) sənə qarşı çıxsalar, onlara qarşı ayağa qalx və savaş. (Yenə 
də) yardımın olmazsa, əlini dinc saxlayıb qanını qoru. Bil ki, sən dəvət etdikdə 
onlar müsbət cavab verməyəcəklər. Amma sən bunu (dəvəti) tərk etmə ki, on-
lara qarşı höccətin tamamlansın.
Həqiqətən də, ey qardaşım, sən mənim kimi deyilsən. Mən onlara sənin 
barəndə olan dəlilləri təqdim etdim, Allahın sənin barəndə endirdiklərini bəyan 
etdim. Heç kimin mənim haqqı və itaəti vacib olan bir Allah elçisi olduğumu 
bilmədiyi vaxtda bunu sənə bildirdim. Eləcə də sənin dəlillərini və məsələni onla-
ra bəyan etdim. Əgər onların barəsində sussan, günah etmiş olmazsan, əgər hökm 
verib haqqa dəvət etsən, yenə də günah etməmiş olacaqsan. Ancaq onlar qəbul 
etməsələr və sənə müsbət cavab verməsələr belə onları dəvət etməyini istəyirəm.
1
“Nisa” surəsi, ayə 84.
2
Həmin ayə.


150
Suleym ibn Qeys Hilali
Qüreyşin zalımları sənin üzərinə qalxacaqlar. Sənə yardım edəcək və qolu-
nu qüvvətləndirəcək bir dəstən olmadan onlarla savaşsan səni öldürəcəklərindən 
qorxuram. Bununla da Allahın nurunu söndürərlər və yer üzündə Allaha ibadət 
edən bir nəfər belə qalmaz. Təqiyyə Allahın dinindəndir, təqiyyəsi olmayanın 
dini də olmaz. 
Uca Allah bu ümmət arasında təfriqə və ixtilafl arın olacağına hökm verib. 
Əgər Allah istəsəydi onları hidayət üzərinə cəm edərdi, ta ki, məxluqlarından 
iki nəfər bir-birilə əsla ixtilaf eləməz, onun əmrləri barədə heç vaxt münaqişəyə 
düşməz və rəyət əhli əsla fəzilət sahibinin öz üzərindəki fəzilətini danmaz-
dı. Əgər Allah istəsə intiqamını tezləşdirər və bu da Ondan Öz hökmünə bir 
dəyişiklik olar və nəticədə zalım inkar olunar, haqq bilinər və haqqın harada 
olduğu əyan olar. Lakin dünyanı əməl evi, axirəti isə savab yeri etmişdir. Belə 
ki, “Allah pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin