Ali-Muhəmmədin sirləri
21
nunla onu Əli ibn Əbu Talibin yanında olmaqdan çəkindirəsiniz. Əgər Abbas
ibn Əbdül-müttəlib sizinlə birgə olsa, bu, insanlara bir dəlil olacaq, işiniz asan-
laşacaq və Əli ibn Əbu Talib tək qalacaq”.
Peyğəmbərin (s) vəfatının ikinci gecəsində onların dördü də Abbas ibn
Əbdül-müttəlibin yanına gəldilər.
Yaşlı səhabə sözə başlayıb Allaha həmd-sənalar söylədi. Sonra dedi: “Al-
lah Muhəmmədi sizə peyğəmbər və möminlərə də mövla göndərmişdir. Onla-
rın arasında olmaqla Allah ehsan etmişdir. Sonra da Allah onu öz yanına ça-
ğırmış, insanlara isə özləri üçün məsləhətli, barəsində müttəfi q olub, ixtilafa
düşməyəcəkləri bir şəxsi seçməyi tapşırmışdır. Onlar da məni vəli və öz işləri
üçün başçı seçmişlər. Mən də bunu üzərimə götürməyə razılıq vermişəm. Alla-
hın yardımı ilə nə zəifl iyim, nə acizliyim və nə də ki, qorxaqlığım var. Bu işdəki
uğurum yalnız Allahdan asılıdır.
Lakin hələ də bir narazı var ki, camaatın sözünün əksinə danışır, sizi özünə
sığınacaq bilir, siz də ona və onun bu sözlərinə bir qoruyucu qala olursunuz.
İndi siz, camaatın üzərinə müttəfi q olduqlarını qəbul edirsiniz, ya da onla-
rın meyl etdiklərinə arxa çevirirsiniz? Biz yanına gəlməklə bu işdə sənin və
səndən sonra gələnlərin də bir payının olmasını istəyirik. Sən Peyğəmbərin (s)
əmisisən. İnsanlar sənin və yoldaşlarının məqamını bildikləri üçün bu məsələni
sənə ərz etməyi məsləhət bildilər”.
Səhhakın oğlu: “Allaha and olsun, ey Bəni-Haşim, bu, ciddi məsələdir.
Həqiqətən də Peyğəmbər bizdən və sizdəndir. Biz öz hacətimiz üçün sizin yanını-
za gəlmədik. Lakin müsəlmanların barəsində icma etdikləri bir şəxs haqda nara-
zılıq yaradılması bizi məcbur elədi. Sizin və onların üzərini alacaq bədbəxtlikdən
çəkinsin. Özünüzü və camaatı düşünüb nəzər yürüdün” -deyib susdu.
Dostları ilə paylaş: