qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuş-
duran, sizi yer üzünün xəlifələri edən kimsə?”
1
Buradakı xəlifələr biz Əhli-
Beytik.
Müaviyə ilə yazışmaqda İmam Əlinin (ə) hədəfi
Ancaq, ey Müaviyə, bu məktublarımın sənə faydasının olmayacağı-
nı bilirəm. Bəlkə də məndən sonra sənin və oğlunun ümmətə başçı olacağı
xəbərinə sevinirsən. Axirətdən sənin heç bir payın yoxdur. Çünki sən axirəti
inkar edənlərdənsən. Amma yaxın zamanda sənin üçün bu işin təməlini hazır-
layanlar peşman olduğu kimi sən də peşman olacaqsan. Sonrakı peşmançılığın
isə faydası yoxdur.
Məni sənə məktub yazmağa vadar edən amilə gəldikdə isə: mən katiblərimə
şiələrim və səhabələrimin başçıları üçün bu məktubların nüsxələrini çıxarmaq
göstərişini vermişəm. Ola bilsin ki, bu onlara fayda verər, yaxud da sənin
tərəfi ndə olanlardan biri oxuyar, bunun vasitəsilə Allah onu zəlalətdən, sənin
və əshabının zülm və fi tnələrindən hidayətə yönəldər. Məqsədim sənə höccəti
tamamlamaq idi.
7. Müaviyənin Əmirəl-möminin Əliyə (ə) son sözü
Müaviyə cavabında yazdı: “Ey Əbəl-Həsən, axirətə malik olacağına görə
sənin, dünyaya sahib olacağımızı görə də xoş bizim halımıza!”
1
“Nəml” surəsi, ayə 62.
156
Suleym ibn Qeys Hilali
HƏDİS 26
1. Qeys ibn Səd ibn Übadənin Müaviyə ilə mübahisəsi
Aban Süleymdən və Ömər ibn Əbu Sələmədən (hər ikisi də eyni hədisi
söyləyiblər) nəql edir:
“Müaviyə Möminlərin əmiri (ə) şəhid olduqdan və İmam Həsənlə (ə)
sülh bağladıqdan sonra öz xəlifəliyi dövründə Həcc ziyarəti üçün Mədinəyə
gəldi. Mədinəlilər onu qarşılamağa çıxdılar
1
. Müaviyə onu qarşılamağa gələn
qüreyşlilərin sayının ənsardan çox olduğunu gördü və bunun səbəbini soruşdu.
Ona deyildi: “Onlar kasıbdırlar və minikləri yoxdur”.
Müaviyə Qeys ibn Səd ibn Übadə tərəf üzünü tutub dedi: “Ey Ənsarlar! Siz
niyə Qüreyşdən olan qardaşlarınızla məni qarşılamağa gəlmədiniz?” Ənsarın
başçısı və başçılarının oğlu olan Qeys dedi: “Ey möminlərin əmiri, miniyimiz
olmadığı üçün yerimizdə oturduq!” Müaviyə dedi: “Bəs dəvələriniz harada-
dır?” Qeys dedi: “Onları Bədrdə, Ühüddə və Ühüddən sonrakı Peyğəmbərlə (s)
getdiyimiz döyüşlərdə, sizin xoşunuza gəlməsə belə Allahın əmri zahir olana
qədər İslam uğrunda sənə və atana qarşı qılınc yellədiyimiz vaxtlarda itirdik”.
Müaviyə dedi: “İlahi, bağışla!” Qeys dedi: “Peyğəmbər (s) belə buyurub:
“Məndən sonra bölgüdə başqalarını sizdən önə keçirəcəklərini görəcəksiniz”.
Müaviyə dedi: “Bəs bununla bağlı sizə nəyi əmr etdi?” Qeys dedi: “Ona qovuşana
qədər səbr etməyi əmr etdi”. Müaviyə dedi: “Elə isə ona qovuşana qədər səbr edin!”
Sonra Qeys dedi: “Ey Müaviyə! Dəvələrimizə görə bizi qınayırsan? Allaha
and olsun ki, Bədr günü onlara minib sizinlə qarşılaşdıq, siz həmin vaxt Allahın
nurunu söndürməyə və Şeytanın sözlərini ucaltmağa çalışırdınız. Sonra sən və
atan istəmədiyiniz halda qarşı çıxdığınız İslama daxil oldunuz”.
Müaviyə dedi: “Sanki sən bizə bu yardımına görə minnət qoyursan! Allaha
and olsun, bu barədə Qüreyşin minnəti və üstünlüyü daha çoxdur. Ey Ənsarlar!
Siz Peyğəmbərə də yardım etmisiniz, o, Qüreyşdən idi, o bizim əmioğlumuz və
bizdən biri idi. Ona da minnət qoyursunuz?” Minnət və üstünlük bizdədir ki,
Allah sizi bizim yardımçımız və tabeçilərimiz etmiş, siz də bizim vasitəmizlə
doğru yolu tapmısız”.
1
İbn Şəhr Aşubun “Məsalib”də yazdığına görə Qüreyş Qura vadisində, Ənsar isə Mədinədə
onu qarşıladılar.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |