Ali-Muhammedin sirleri indd


Əhli-Beytinin barəsində uydurulmuş çirkin sözləri söyləməyə və onlara lənət  etməyə başladılar.  3. İbn Abbasın Müaviyə ilə mübahisəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə127/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   123   124   125   126   127   128   129   130   ...   227
AliMuhemmedin sirleri

159
Əhli-Beytinin barəsində uydurulmuş çirkin sözləri söyləməyə və onlara lənət 
etməyə başladılar. 
3. İbn Abbasın Müaviyə ilə mübahisəsi
Müaviyə dairə şəklində toplanmış bir dəstə qüreyşlinin yanından keçirdi. 
Onu gördükdə Abdullah ibn Abbasdan başqa hamı ayağa qalxdı. Müaviyə dedi: 
“Ey İbn Abbas! O birilər kimi ayağa qalxmağına əlbət ki, sizinlə Siffi n günü 
savaşmağımız mane oldu. Ey İbn Abbas! Həqiqətən də əmim oğlu, möminlərin 
əmiri Osman məzlum olaraq öldürülmüşdü”.
İbn Abbas dedi: “Elə isə Səhhakın oğlu da məzlum olaraq öldürüldü. Bu za-
man xəlifəliyi onun oğluna niyə vermədiniz?! Onun oğlu buradadır”. Müaviyə 
dedi: “Səhhakın oğlu qatili müşrik idi”. İbn Abbas dedi: “Osmanı öldürən bəs 
kim idi?” Müaviyə dedi: “Onu müsəlmanlar öldürdü!” İbn Abbas dedi: “Bu 
sənin dəlilini daha da batil edir və onun qanının tökməsinə haqq qazandırır. 
Əgər onu müsəlmanlar öldürüb alçaldıblarsa, bu haqdan başqa bir şey deyil”.
Müaviyə dedi: “Biz uzaqlara (şəhərlərə) məktub yazdıq. Əli və Əhli-
Beytinin fəzilətləri barədə danışmağı qadağan elədik. Ey İbn Abbas! Dilini 
dinc saxla və özünə hakim ol!”
İbn Abbas ona dedi: “Bizə Quran oxumağı da qadağan edirsən?” Müaviyə 
dedi: “Xeyr”.
İbn Abbas dedi: “Bizə Quranın təvilini (təfsirini) qadağan edirsən?” 
Müaviyə: “Bəli” dedi.
İbn Abbas dedi: “Quranı oxuyaq, amma Allahın nə demək istədiyini soruş-
mayaq, eləmi?!” Müaviyə dedi: “Bəli, elə”.
İbn Abbas dedi: “Bu ikisindən hansı bizə daha vacibdir: Quran oxumaq, 
yoxsa ona əməl etmək?” Müaviyə dedi: “Onda yazılanlara əməl etmək”.
İbn Abbas dedi: “Allahın bizə nazil etdiyində məqsədin nə olduğunu 
bilmədən ona necə əməl edək?” Müaviyə dedi: “Bu barədə səndən və Əhli-
Beytdən başqa şəxslərin Quranı necə təvil etdiklərini soruş”.
İbn Abbas dedi: “Quran mənim Əhli-Beytimə nazil olduğu halda onu Əbu 
Süfyanın və ya Əbu Muitin ailəsindən, ya yəhudi, xristian və məcusilərdən so-
ruşum?!” Müaviyə ona dedi: “Bizi yəhudi, xristian və məcusilərlə eyni tutdun. 
Bizi onlardan hesab elədin?!”
İbn Abbas dedi: “Ömrümə and olsun ki, səni onlarla bir tutmadım. Ancaq 
sən bizim Quranla və ondakı əmr və qadağa, halal və haram, nasix və mənsux, 
xas və ümumi, möhkəm və mütəşabih olanlarla Allaha ibadət etməyimizi qa-


160
Suleym ibn Qeys Hilali
dağan edirsən. Əgər ümmət bunlar barədə soruşmasa həlak olar, parçalanar və 
çaşqın vəziyyətə düşər”.
Müaviyə dedi: “Quranı oxuyun və onu təfsir edin, ancaq Allahın Quranda 
sizin haqqınızda nazil etdiyi ayələrin təfsirindən və Peyğəmbərin sizin haq-
qınızda söylədiyi hədislərdən heç birini deməyin. Bundan başqa nə istəsəniz 
danışın”.
İbn Abbas dedi: “Allah Quranda buyurur: “Onlar Allahın nurunu 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin