Bəzilərinin adının ucaldılmasına Müaviyənin göstərdiyi səy
Bundan sonra Müaviyə məmurlara yazdı: “Əffan oğlu barədə hədislər artıq
yetərincə çoxalıb, hər bir şəhər, kənd və bölgələrdə də yayılmışdır. Məktubum
sizə çatdıqda camaatı yaşlı səhabə və Səhhakın oğlu haqqında hədis danışmağa
dəvət edin. Çünki onların fəzilət və üstünlükləri mənim daha çox xoşuma gəlir və
gözümü nurlandırır. Həmçinin bu Əhli-Beytin dəlillərini etibardan daha yaxşı sa-
lar, onlar üçün Osmanın fəzilət və üstünlüklərini inkar etməkdən daha çətin olar”.
Müaviyənin məmurlarından hər bir hakim və vali bu məktubu camaata
oxudu. Camaat o ikisinin, onların fəzilətləri haqqında rəvayətlər danışmağa
başladılar.
Müaviyə uydurulmuş fəzilətləri uşaq və qadınlara da
öyrətməyi əmr edir
Sonra Müaviyə onlar haqqında uydurma fəzilət və üstünlüklərin toplan-
dı ğı bir kitabı məmurlarına göndərdi. Onlara şəhərdə və məsciddə hər bir
minbərdən bu kitabın oxudulmasını əmr etdi. Həmçinin bunları uşaqlara
öyrətmələrini, uşaqların Quranı öyrənib söylədikləri kimi bunları da öyrənib
yaymaları üçün məktəblərdəki müəllimlərə göndərmələrini tapşırdı. Qızlar, qa-
dınlar, xidmətçilər və yaxınlar bunları əzbərlədi. Allahın dilədiyi vaxta qədər
bu davam elədi.
Şiənin kökünü kəsmək üçün Müaviyənin proqramı
Sonra Müaviyə şəhərlərdəki məmurlarına məktub yazdı: “Baxın ki, Əlini
və Əhli-Beytini kimin sevdiyi dəlillə sübut olunsa, onun adını dövlət divanın-
dan silin və şahidliyini əsla qəbul etməyin”.
162
Suleym ibn Qeys Hilali
Sonra başqa bir məktubda belə yazdı: “Hər kimi Əli şiəsi olmaqda ittiham
edib, ancaq əleyhinə dəliliniz olmasa, onu öldürün”.
Beləliklə də yalnız zənn və şübhəyə əsaslanaraq şiələri gördükləri yerdə
öldürürdülər. Belə ki, bəzən bir kəs səhvən bir söz söylədikdə belə buna
görə boynunu vururdular. Bu bəla heç bir şəhərdə İraqdakı, xüsusilə də Kufə
şəhərindənki qədər genişmiqyaslı və daha şiddətli deyildi. Hətta Mədinədə və
digər şəhərlərdə yaşayan Əli şiələri güvəndiyi bir şəxsin evinə gedib və sir-
rini ona açarkən evin xidmətçisindən və köləsindən çəkinirdi. Beləliklə də
dediklərini gizli saxlaması barədə çox ağır andlar vermədən heç kəsə hədis
nəql etmirdilər.
Bu minvalla yalanlar getdikcə şiddətləndi və ətrafl arındakı düşmənlər ço-
xaldı. Müaviyə tərəfdarları isə yalan və böhtanla uydurduqları hədisləri dostları
arasında aşkar söyləyir, camaata öyrədildilər. Camaat bunlardan başqa bir şey
öyrənmirdilər. Hakimlər, valilər və fəqihlər də bunlara əsasən hökm verirdilər.
Bu fi tnə və bəlalardan ən çox riyakar və xain Quran qariləri qazanc əldə
elədilər. Onlar camaatın qarşısında hüznlü, çəkingən, ibadət və itaət əhli kəslər
kimi görünür, sonra da yalan danışır və hədis uydururdular. Bunu valilərin
yanında mənsəb əldə etmək, onların məclislərində iştirak etmək, mal, ev və
ərazi əldə eləmək üçün edirdilər. Onların bu hədis və rəvayətləri camaatın əlinə
düşdükdə onları həqiqi və doğru zənn edirdilər. Ona görə də camaat bunları
rahatlıqla qəbul və rəvayət edir, öyrənir və başqalarına öyrədirdilər. Bunlara
görə bir-birlərini sevir və nifrət bəsləyirdilər. Onların məclisləri bu hədislərə
əsasən toplanır və camaatın həqiqətən dindar, yalana şahidlik etməyən və ya-
lançılara nifrət bəsləyən şəxslərin əlinə düşürdü. Onlar bu uydurma hədisləri
həqiqi bilib qəbul və nəql edirdilər. Əgər batil olduğunu bilsəydilər bunları
əsla nəql etməz, dinin hökmü kimi qəbul etməz və ona qarşı çıxanları təqsirkar
bilməzdilər. Həmin vaxt haqq batilə, batil isə haqqa çevrilmişdi! Doğru yalan
və yalan isə doğru sayılmışdı! Peyğəmbər (s) buyurmuşdu: “Sizi elə bir fi tnə
əhatə edəcək ki, o fi tnə içində uşaqlar böyüyəcək və böyüklər qocalacaq. İn-
sanlar ona əməl edəcək və onu sünnəyə çevirəcəklər. Nə vaxt ondan bir şey
dəyişilsə deyəcəklər: “Camaat pis iş gördülər və sünnəni dəyişdirdilər!””.
Həsən ibn Əli (ə) öldükdən bəri fi tnələr və bəlalar günbəgün artdı və
şiddətləndi. Elə bir Allah dostu yox idi ki, qanının tökülməsindən qorxmasın,
ya öldürülməsin, ya sürgün edilməsin, ya da qaçmasın. Bütün Allah düşmənləri
isə sözlərini açıq deyir, dinə gətirdikləri bidətləri və azğınlıqları aşkarda icra
edirdilər.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |