171
HƏDİS 30
Elmin açarları Əmirəl-möminindədir (ə)
Aban nəql edir ki, Süleym İbn Abbasın belə dediyini eşidib: “Əlidən (ə)
bir söz eşitmişəm ki, onu nə anlaya, nə də inkar edə bilirəm. İmam Əli (ə) de-
yir: “Peyğəmbər (s) xəstələndikdə mən onunla yalnız qaldım, mənə elmin min
fəslini öyrətdi ki, hər fəsildən də min fəsil açılır”.
Mən Əli (ə) ilə bir xeymədə oturmuşdum. O, Həsəni (ə) və Əmmarı Kufəyə
göndərib onun üçün ordu toplamalarını istədi. Bu zaman mənə yaxınlaşıb dedi:
“Ey İbn Abbas, Həsən gəldikdə onunla birlikdə on bir mindən bir və ya iki
nəfər
1
az adam olacaq”. Özüm-özümə dedim: “Əgər onun dediyi kimi olsa,
demək ki bu, həmin min fəsil elmdən bir fəsildir”.
Həsən (ə) gəldikdə onu qarşılamağa çıxdım. Ordu katibini tapıb əsgərlərin
sayı ilə maraqlandım. O, bir və ya iki nəfər az olmaqla əsgərlərin sayının on bir
min olduğunu dedi.
1
Tərəddüd ravinindir. Çünki “Bihar”da nəql olunan bu rəvayətdə “bir nəfər az” kəlməsi keçir.
172
Suleym ibn Qeys Hilali
HƏDİS 31
Məni itirməzdən əvvəl soruşun
Aban ibn Əbu Əyyaş Süleymdən rəvayət edir: “Kufədə, məsciddə Əli (ə)
ilə birgə oturmuşdum. Camaat da ətrafında idi. Əli (ə) dedi: “Məni itirməzdən
əvvəl soruşun. Allahın kitabı barədə soruşun. Allaha and olsun ki, Allahın kita-
bında elə bir ayə nazil olmayıb ki, Peyğəmbər (s) onu mənə oxuyub və təvilini
öyrətməsin”.
İbn Kəvva dedi: “Bəs sən yanında olmadığın zaman nazil olan ayələr
barədə necə?”
Əli (ə) dedi: “Bəli, yanında olmadığım zaman nazil olanları saxlayır və
mən gəldikdə “Ey Əli, Uca Allah səndən sonra fi lan, fi lan ayələrini endirmiş-
dir. Həmin ayəni mənə oxuyur, təvilinin fi lan-fi lan şeylər olduğunu deyir, məni
öyrədirdi”.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |