Ali-Muhammedin sirleri indd


HƏDİS 32 Ümmətlərin parçalanması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə135/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   131   132   133   134   135   136   137   138   ...   227
AliMuhemmedin sirleri

173
HƏDİS 32
Ümmətlərin parçalanması
Aban nəql edir ki, Süleym Əlinin (ə) yəhudilərin başçısına belə dediyini 
eşitdi: “Neçə yerə parçalanmısınız?” Yəhudi dedi: “Filan, fi lan fi rqələrə bölün-
müşük”. Əli (ə) dedi: “Yalan söylədin!”.
Sonra camaata tərəf gəlib dedi: Allaha and olsun ki, əgər mənim üçün bir 
balış bükülsəydi,
1
Tövrat əhlinə Tövratla, İncil əhlinə İncillə, Quran əhlinə də 
Quranla hökm edərdim.
Yəhudilər yetmiş bir fi rqəyə ayrıldılar, onlardan yetmişi od, biri isə cənnət 
əhlidir. Həmin o tək fi rqə Musanın (ə) vəsisi Yuşa ibn Nuna tabe olanlardır. 
Xristianlar yetmiş iki fi rqəyə ayrıldılar, onlardan yetmiş ikisi od, biri isə cənnət 
fi rqəsidir. O tək fi rqə İsanın (ə) vəsisi Şəmuna tabe olanlardır. Bu ümmət isə 
yetmiş üç fi rqəyə bölünəcək, onlardan yetmiş ikisi od, biri isə cənnət fi rqəsidir. 
Həmin tək fi rqə isə (əlini sinəsinə vuraraq) Muhəmmədin (s) vəsisinə tabe olan-
lardır.
Sonra buyurdu: Yetmiş üç fi rqədən on üçü mənə sevgi və məhəbbətlərinin 
olduğunu iddia edəcəklər. Onlardan da biri cənnətdə, on ikisi isə oddadır.
1
“...əgər mənim üçün bir balış bükülsəydi” sözü kinayədir. Bunu sözü ilə “mənə xoşluqla müti 
olub itaət edəcək camaat tapsaydım rahatlıqla .... hökm edərdim” mənasını ifadə edir (Tərc).


174
Suleym ibn Qeys Hilali
HƏDİS 33
Xoşbəxtlik və bədbəxtlik əhlinin adları
Aban Süleymin İbn Abbasa belə dediyini nəql edir: “Əli ibn Əbu Talibdən 
(ə) eşitdiyin ən əzəmətli söz nədir?”
Mənə Əlinin (ə) özündən də eşitdiyim sözləri söylədi. Dedi: “Peyğəmbər (s) 
məni (Əlini (ə)) çağırdı, əlində bir kitab da vardı. Buyurdu: “Ey Əli, Bu kitabı 
götür”. Dedim: “Ey Allahın peyğəmbəri! Bu kitab nədir?”. Buyurdu: “Allahın 
yazdığı bir kitabdır, orada qiyamət günündək ümmətimdən olan xoşbəxtlərin 
və bədbəxtlərin adları yazılıb. Rəbbim onu sənə verməyi mənə əmr edib”. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin