Ali-Muhammedin sirleri indd


Hərir gecəsindən sonra Əmirəl-mömininin (ə) xütbəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə137/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   133   134   135   136   137   138   139   140   ...   227
AliMuhemmedin sirleri

Hərir gecəsindən sonra Əmirəl-mömininin (ə) xütbəsi
Süleym deyir: “Sonra Əli (ə) ayağa qalxıb bir xütbə söylədi. Buyurdu: “Ey 
insanlar! Gördüyünüz şeylər həm sizə və eyni şəkildə düşmənlərinizə də ye-
tişmişdir. Geridə yalnız son bir nəfəs qalmışdır. hadisələrin sonu başlanğıcı ilə 
ölçülər. Bu qövm çata biləcəklərinə çatana qədər sizin qarşınızda dinsiz olaraq 
dayanmışdır. İnşallah, sabah səhər onların üzərinə gedəcək və Allahın hüzurun-
da onları mühakimə edəcəyəm”.
Quranların nizələrdə qaldırılması
Bu xəbər Müaviyəyə çatdı. Şiddətli qorxuya düşdü. O, əshabı və şamlı-
lar bundan sarsıldılar. Əmr ibn Ası yanına çağırıb dedi: “Ey Əmr! Üzərimizə 
gəlmələrinədək əvvəl yalnız bir gecəmiz var. Nə fi kirləşirsən?” Əmr dedi: 
“Adamların azaldığını görürəm. Yerdə qalanlar da onun əsgərləri qarşısında 
dözə bilməzlər və sən də onun kimi deyilsən. O səninlə bir şey üçün və sən də 
onunla tam başqa bir şey üçün döyüşürsən. Sən (burada, dünyada) qalmağı və 
O fənanı (axirəti) istəyir. İraqlıların sənin onlara qalib gəlməyindən qorxduqları 
qədər, şamlılar Əlinin onlara qalib gəlməsindən qorxmurlar. Sən gəl, onların 
arasına bir məsələ at, onu rədd etsələr də ixtilafa düşsünlər, qəbul etsələr də. 
Onları Allahın kitabına dəvət et və Quranları mizraqların uclarına keçir. Beləcə 
istədiyinə çatacaqsan. Bunu sənin üçün sona saxlayırdım”.
Müaviyənin Əliyə (ə) məktubu bir yayındırma idi
Müaviyə bunu başa düşdü və dedi: “Doğru söylədin. Lakin ağılıma bir fi -
kir də gəldi. Onunla Əlini aldatmağa çalışacağam. Şamı mənə həvalə etməsini 
tələb edəcəyəm. Bu mənim əlimdən aldığı ilk şey idi”.
1
Onların namazları qorxu halındakı namazlar idi. Şeyx Səduqun “Əmali”də İmam Baqirdən (ə) 
nəql etdiyinə əsasən “Döyüşdə onların namazları azan vaxtlarında təkbirlər söyləməklə idi...”.


Ali-Muhəmmədin sirləri
177
Əmr gülərək dedi: “Sən kimsən ki, Əlini aldada biləsən?! Lakin, yazmaq 
istəyirsənsə, yaz”.
Süleym deyir: “Müaviyə Əliyə (ə) bir məktub yazdı və Səkasək əhlindən 
Abdullah ibn Uqbə adlı bir nəfərlə onu göndərdi: “Həqiqətən döyüşün bizi və 
səni bu vəziyyətə gətirəcəyini bilsəydin və biz də bunu bilsəydik, heç bir zaman 
bir-birimizə bu zərərləri yetirməzdik. Əgər ağıllarımız bizə qalib gəlirsə, yerdə 
qalanlarla keçmişi bərpa edib gələcəyi islah edərik.
Məni itaət və beyətə məcbur etməmək şərti ilə səndən Şamı istəmişdim. 
Sən bunu rədd etdin və Allah məhrum etdiyin şeyi mənə bəxş elədi. Mən səni 
dünən dəvət etdiyim şeyə bu gündə dəvət edirəm. Sən bəqanı (dünyada qalma-
ğı) mənim istədiyim qədər istəmirsən və fənadan (ölümdən) mənim qorxduğum 
qədər qorxmursan. Allaha and olsun, ciyərlər üzüldü və kişilər getdilər. Biz 
(hamımız) Əbdu-Manaf övladlarıyıq. Bizim bir-birimiz üzərində bir üstünlüyü-
müz yoxdur ki, izzətli onunla alçalsın və zəlil onunla kölə olsun. Vəs-salam!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin