Əbu Übeydə ibn Cərrahın və Əbu Hüzeyfənin azad edilmiş köləsi Salimin ölüm vaxtı dedikləri Süleym deyir: “İbn Ğanəm mənə dedi: “Allaha and olsun ki, ondan
eşitdiklərimi səndən əvvəl iki nəfərdən başqa heç kimə söyləməmişəm. Mu-
azdan eşitdiklərim məni qorxutdu. Bir müddət sonra Həccə getmişdim. Ora-
da Əbu Übeydə ibn Cərrah və Əbu Hüzeyfənin azad edilmiş köləsi Salimin
1
ölümünə şahid olan şəxslərlə qarşılaşdım. Dedim: Salim məgər Yəmamə
döyüşündə öldürülmədi?” Dedilər: “Bəli, amma son nəfəsində onu döyüş mey-
danından çıxardıq”. Hər ikisi də mənə Muazın dediklərinin eynini söylədilər.
Nə artıq, nə də əskik. Həqiqətən də Əbu Übeydə və Salim Muazın dediklərinin
eynisini demişlər.
Yaşlı səhabənin ölüm vaxtı dedikləri Aban Süleymin belə dediyini söyləyir: “İbn Ğanəmin mənə dediklərinin
hamısını Əbu Bəkrin oğlu Məhəmmədə danışdım. Məhəmməd dedi: “Sirrimi
qoru! Mən şahidlik edirəm ki, atam da ölüm anında bu sözləri söylədi. Aişə isə:
“Atam sayıqlayır!” dedi”.
Ölüm zamanı Səhhakın oğlunun sözləri Məhəmməd deyir: “Osmanın xəlifəliyi dövründə Abdullah ibn Ömərlə
görüşdüm. Atamın ölüm anında söylədiklərini ona danışdım. Kimsəyə
söyləməməsi barədə ona and içdirdim və vəd aldım. Ömərin oğlu mənə dedi:
“Sən də sirrimi qoru! Allaha and olsun, mənim atam da ölüm yatağında sənin
atanın dediklərini söylədi. Nə artıq, nə də əskik”. Sonra Abdullah ibn Səhhakın
oğlu sözlərini yarımçıq kəsdi, bunları Əli ibn Əbu Talibə (ə) danışmağımdan
qorxdu. Çünki mənim Əliyə olan sevgimi və bağlılığımı bilirdi. Buna görə də
“Atam bunları söylərkən sayıqlayırdı” dedi.
dü. Üseyd ibn Hüzeyr ibn Səmmak ibn Ətik əl-Övsi əl-Ənsari əl-Əşhəli isə Övs qəbiləsinin
başçısı idi. Hicrətin 20-ci ilində öldü. O, Fatimənin (s.ə.) evini yandırmaq üçün odun daşıyan-
lardan idi. “Səhifə əhli” ənsarın başçılarından olan Səd ibn İbadədən ümidlərini üzdükdə hər
biri ənsar camaatının böyük bir hissəsinin başçısı olan bu iki nəfərlə əhd bağladırlar.
1
Əbu Übeydə hicrətin 18-ci ilində Şamın Homs şəhərində öldü. Salim isə hicrətin 12-ci ilində
Yəmamə döyüşündə öldürüldü.