Ali-Muhammedin sirleri indd


uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə145/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   141   142   143   144   145   146   147   148   ...   227
AliMuhemmedin sirleri

uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda 
verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!” (“Zuxruf” surəsi, ayə 
36-39).


Ali-Muhəmmədin sirləri
187
yerə qoy!” Yanağını yerə qoydum. Mən gözlərini bağlayana qədər “Vay olsun 
mənə!” deyə bağırdı. 
Sonra Ömər içəri girdi. Həmin vaxt artıq atamın gözlərini yummuşdu. 
Dedi: “Məndən sonra bir şey söylədi?” Dediklərini ona danışdım. Dedi: “Allah 
Peyğəmbərin xəlifəsinə rəhm eləsin! Bu sözləri gizli saxla. Şübhə yoxdur ki, 
bu sözlər sayıqlamadır. Sizin ailə xəstəlik vaxtı sayıqlamaqla məşhurdur”. Aişə 
dedi: “Düz deyirsən”. Sonra mənə dedilər: “Heç kim sizdən bu olanlar barədə 
bir söz eşitməməlidir, yoxsa Əli ibn Əbu Talib və Əhli-Beyti bu sözlərinizlə 
sizi ələ salarlar”.
Süleym deyir ki, Məhəmməddən soruşdum: “Əmirəl-mömininə (ə) bu beş 
nəfərin dediklərini kimin söylədiyi barədə fi krin nədir?” Dedi: “Peyğəmbər (s). 
O, hər gecə yuxuda Peyğəmbəri (s) görür. Onun Peyğəmbərlə (s) yuxuda danış-
ması, onunla həyatda və oyaq ikən danışması kimidir. Peyğəmbər (s) buyurub: 
“Kim məni yuxuda görsə, həqiqətən məni görmüşdür. Çünki Şeytan qiyamət 
gününə qədər nə yuxuda və nə də həqiqətdə mənim və vəsilərimdən heç birinin 
surətinə girə bilməz”.
Süleym Məhəmməd ibn Əbu Bəkrə dedi: “Sənə bu hədisi kim nəql edib?” 
Dedi: “Əli (ə) söyləyib”. Dedim: “Mən də sənin eşitdiklərinin eynisini ondan 
eşitmişəm”.
Məhəmmədə dedim: “Ola bilər ki, bir mələk ona bunları desin?” Dedi: 
“Bəlkə də”. Dedim: “Məgər mələklər yalnız peyğəmbərlərlə danışırmırlar?” 
Dedi: “Məgər Quran oxumursan? ““Biz səndən əvvəl elə bir rəsul, elə bir nəbi, 
(mühəddəs
1
) göndərmədik ki...”
2
Ona dedim: “Mələklər Əmirəl-mömininlə 
(ə) danışırdılar?” Dedi: “Bəli. Fatimə (s.ə.) mələklərlə danışırdı. Amma ki, 
peyğəmbər deyildi. Həmçinin Məryəm mələklərlə danışırdı, amma o da 
peyğəmbər deyildi. Musanın anası da mələklərlə danışırdı. O da peyğəmbər 
deyildi. İbrahimin zövcəsi Sara mələkləri görürdü. Onu İshaq ilə və ardından 
da Yaqubla müjdələdilər. Halbuki o da peyğəmbər deyildi”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin