Ali-Muhammedin sirleri indd


Həssanın Qədir Xumda Peyğəmbərin (s) hüzurunda



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə149/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   145   146   147   148   149   150   151   152   ...   227
AliMuhemmedin sirleri

Həssanın Qədir Xumda Peyğəmbərin (s) hüzurunda 
söylədiyi şeir
Həssan ibn Sabit dedi: “Ya Peyğəmbər! İzn ver Əli haqqında şeir söyləyim!” 
Peyğəmbər (s) buyurdu: “Allahın bərəkətilə, söylə!”
Həssan dedi: “Ey Qüreyş şeyxləri! Peyğəmbərin (s) şahidliyində sözlərimi 
dinləyin:
«Bilmirsinizmi ki, Muhəmməd peyğəmbər
Xum ağaclarının altında qalxıb nida elədi
Cəbrayıl Rəbbinin yanından gəlib 
Sən qorunmusan, elə isə zəifl ik göstərmə.
Allahın endirdiyini onlara təbliğ et.
Əgər bunu etməsən və zülmlərindən çəkinsən
Allahlarının risalətini onlara təbliğ etməmişsən. 
Əgər düşmənlərdən qorxsan
1
“Maidə” surəsi, ayə 3.


192
Suleym ibn Qeys Hilali
O an da qalxıb ayağa, əlini yüksəltdiyində 
(Əlinin) əli sağ əlində ikən uca bir səslə:
“Mən sizdən kimin mövlasıyamsa dedi, 
Və hər kim sözümü qoruyub unutmursa
Əli də məndən sonra onun mövlasıdır. 
Başqasına deyil, mən sizin üçün ona razıyam 
Ey Rəbbim Əlini sevəni Sən də sev
Ona düşmən olana Sən də düşmən ol!
Ey Rəbbim - on dörd gecəlik ay zülmətlərə nur saldığı kimi
Hidayətə işıq saçana yardım edənə yardım et!
Və ey Rəbbim, onu alçaldanı alçalt, 
Hesab günü həbs edildikdə Sən onlara kafi sən!”
Kitabın 69-cu nüsxəsinin əlyazmasından nəql olunur. Bu hədislə uyğunlu-
ğu olduğu üçün burada qeyd edirik:
Qədir Xumda etiraz
Peyğəmbər (s) günorta vaxtı ayağa qalxdı, bir çadır qurulmasına göstəriş 
verdi və Əliyə (ə) həmin çadıra daxil olmasını buyurdu. Peyğəmbərin (s) beyət 
etmək əmrini verdiyi ilk kəslər Əbu Bəkr və Ömər idi. O ikisi ayağa qalx-
mazdan əvvəl Peyğəmbərə (s) bu sualı verdilər: “Bu beyət Allahın əmridir?” 
Peyğəmbər (s) o ikisinə belə cavab verdi: “Bəli Uca Allahın əmridir. Bilin ki
kim bu beyəti pozsa, kafi rdir. Kim Əliyə (ə) itaət etməzsə kafi rdir. Əlinin sözü 
mənim sözüm, əmri mənim əmrimdir. Əlinin əmrinə və sözünə qarşı çıxan kəs 
mənə qarşı çıxmışdır”.
Bu sözü onlara təkidlə söylədikdən sonra cəld beyət etmələrini əmr etdi. 
Onlar qalxıb Əlinin yanına getdilər və “Möminlərin əmiri” ünvanı ilə beyət 
etdilər. Ömər beyət edərkən dedi: “Nə xoş sənin üçün, ya Əli! Mənim, bütün 
kişi və qadın möminlərin mövlası oldun”. Sonra Peyğəmbər (s) Salman və Əbu 
Zərrə beyət etmələrini buyurdu. Onlar bir söz söyləmədən qalxdılar...”


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin