193 HƏDİS 40
Əmirəl-mömininin (ə) xüsusiyyətləri Aban Süleym ibn Qeysin belə dediyini nəql edir: “Əlinin (ə) belə dediyi-
ni eşitdim: “Peyğəmbərdən (s) mənə keçən on xüsusiyyətim var ki, günəşin
üzərinə doğulduğu və batdığı heç bir şey məni onlar qədər xoşbəxt edə bilməz”.
Deyildi: “Ey Əmirəl-möminin, onları bizim üçün bəyan et!”
Əli (ə) buyurdu: “Peyğəmbər (s) mənə dedi: “Ey Əli, sən qardaş, dost,
vəsi, vəzir, ailəmdə, malda və mənim qaib olduğum hər şeydə xəlifəsən!
Sənin mənim yanımdakı məqamın mənim Rəbbimin yanındakı məqamım
kimidir. Sən ümmətim arasında xəlifəmsən. Dostun dostum və düşmənin
mənim düşmənimdir. Sən Möminlərin əmiri və məndən sonra müsəlmanların
ağasısan”.
İmanında sabitqədəm olmaqda Əhli-Beytə (ə) məhəbbətin təsiri Sonra Əli (ə) üzünü səhabələrinə tərəf tutub dedi: “Ey səhabələr! Allaha and
olsun, yalnız Peyğəmbərin (s) barəsində məndən əhd aldığı işlərə doğru addım
atdım. Biz Əhli-Beytin sevgisi qəlbində kök salmış şəxs nə xoşbəxtdir! İman
onun qəlbində Uhud dağının dayandığı yerdən daha sabitdir. Kimin qəlbinə
məhəbbətimiz daxil olmasa, duz suda əridiyi kimi imanı onun qəlbindən əriyib
gedər.
Allaha and olsun və yenə də and olsun! Aləmlərdə Peyğəmbər üçün məndən
daha sevimli bir xatirə yoxdur. Heç kim mənim kimi iki qibləyə (yönələrək) na-
maz qılmamışdır. Namazı uşaq yaşlarımdan, hələ həddi-buluğa çatmamışdan
qılmışam.
Fatimə, Peyğəmbərin (s) bir parçası və mənim yoldaşımdır. O öz
zəmanəsində İmran qızı Məryəm kimidir.
Sizə üçüncüsünü də söyləyim: Həsən və Hüseyn bu ümmətin iki nəvəsidir.
O ikisi Muhəmmədə nisbətlə başdakı iki göz kimidirlər. Mən bədəndəki iki əl
kimiyəm. Fatimə isə ə bədəndəki qəlb kimidir.
Bizim misalımız Nuhun gəmisinin misalıdır. Ona minən xilas oldu, ondan
üz çevirən suda boğuldu.