Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 41 Peyğəmbərin (s) şiələr haqqında son sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə151/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   147   148   149   150   151   152   153   154   ...   227
AliMuhemmedin sirleri

194
Suleym ibn Qeys Hilali
HƏDİS 41
Peyğəmbərin (s) şiələr haqqında son sözləri
Aban Süleymdən Əlinin (ə) belə dediyini nəql edir: “Peyğəmbər (s) vəfat 
etdiyi gün mənə tapşırıq verdi. Onu qucaqlamış, başı qulaqlarıma yaxın idi. İki 
xanım
1
da diqqətlə qulaq asır, nə deyəcəyini eşitmək istəyirdilər.
Peyğəmbər (s) bu zaman belə dua elədi: “İlahi, o ikisinin qulaqlarını ört”.
Sonra mənə dedi: “Ey Əli, Allahın “Həqiqətən də iman gətirənlər və 
saleh işlər görənlər yaradılmışların ən yaxşılarıdır”
2
ayəsinin kimlər oldu-
ğunu bilirsənmi?” Dedim: “Allah və rəsulu daha yaxşı bilir”. Buyurdu: “On-
lar sənin şiələrin və yardımçılarındır, qiyamət günü hovuzun başında onlarla 
görüşəcəyəm, Bu, ümmətlər diz üstə çökmüş, məxluqları Uca Allaha tərəf ça-
ğırılan və heç kim bundan yaxa qurtara bilməyən zaman mənə və onlara vəd 
edilən hovuzdur. Həmin gün Uca Allah səni və şiələrini çağıracaq, siz alınları-
nızdan nur parlayan halda, suya doymuş vəziyyətdə gələcəksiniz.
Ey Əli, “Həqiqətən, kitab əhlin dən kafi r olanların və müşriklərin yeri 
cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən 
pisləridir”
3
. Onlar yəhudilər, Bəni-Üməyyə və onların tərəfdarlarıdır. Onlar 
qiyamət günü bədbəxt, ac və susuz, üzü qara vəziyyətə həşr ediləcəklər”.
Bu kitabın qədim “b” və “d” nüsxələrində bu kəlmələr də var:
Haqq zahir olanadək kitabı qorumaq barədə əmr
Ey Cabir
4
, bu kitabı (Süleymin kitabını) qoru! Bəni-Abbasdan sonuncusu 
“Zül-eyn” olan Allah bəndəsidir. Hicazdan bir münadi (başqa nüsxədə - “od”) 
çıxacaq, Kufə məscidini və ikincinin Fəratda tikdiyini dağıdacaq. Türk padşahı 
həlak olduqda Şamın dili titrəyəcək, padşahlar çoxlacaq, (sonda) Allaha həmd 
olsun ki, haqq zahir olacaq. 
1
Yəni: Aişə və Həfsə.
2
“Bəyyinə” surəsi, ayə 7.
3
“Bəyyinə” surəsi, ayə 6.
4
Ehtimal ki, xitab Məsumdandır (ə). Müraciət olunan şəxs isə ya Cabir ibn Abdullah Ənsari, 
ya da Cabir ibn Yezid Cofi dir.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin