Ali-Muhammedin sirleri indd


HƏDİS 42 Abdullah ibn Cəfərin Müaviyəyə qarşı dəlillər gətirməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə152/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   148   149   150   151   152   153   154   155   ...   227
AliMuhemmedin sirleri

195
HƏDİS 42
Abdullah ibn Cəfərin Müaviyəyə qarşı dəlillər gətirməsi
Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən Adbullah ibn Cəfər ibn Əbu Ta-
libin ona belə dediyini nəql edir: Həsən (ə) və Hüseynlə (ə) birgə Müaviyənin 
yanında idik. Onun yanında Abdullah ibn Abbas və Fəzl ibn Abbas da vardı.
Müaviyə mənə tərəf baxıb dedi: “Abdullah ibn Cəfər! Həsən və Hüseynə 
nə çox təzim edirsən. Allaha and olsun, onlar səndən və ataları da sənin atan-
dan daha yaxşı deyillər. Əgər anaları Peyğəmbərin qızı Fatimə olmasaydı anan 
Əsmə binti Umeys ondan fəzilətdə heç də aşağı deyil deyərdim!”
Onun bu sözlərinə qəzəbləndim və özümə hakim ola bilməyib dedim: “Alla-
ha and olsun, sən o ikisini, atalarını və analarını çox az tanıyırsan. Əksinə, o iki-
si məndən daha fəzilətli, ataları atamdan, anaları da anamdan daha üstündürlər. 
Ey Müaviyə! Sən mənim Peyğəmbərdən (s) o ikisi, ataları və anaları haqqında 
eşidib əzbərlədiyim, qəlbimə yerləşdirdiyim və rəvayət etdiyim sözlərlərdən 
qafi lsən”.
Müaviyə dedi: “Eşitdiklərini söylə! Allaha and olsun ki, sən nə yalançı-
san, nə də indiyədək (hər hansı bir günahda) ittiham edilməmisən”. Bu vaxt 
Həsən, Hüseyn, Abdullah ibn Abbas, Fəzl ibn Abbas və Əbu Ləhəbin oğlu da 
orada idilər. Mən dedim: “Məsələ sənin düşündüyündən daha böyükdür”. Dedi: 
“Ühüd və Hira dağlarının ikisindən daha böyük olsa belə! Burada bir şamlı 
biri olmadığı müddətcə qorxum yoxdur. Onsuz da Allah sənin yoldaşını öl-
dürdü, dəstəniz dağıldı, xilafət də əhlinə və mədəninə çatdı. Sən söylə. Sizin 
söyləyəcəklərinizdən və iddialarınızdan qorxmuram”.
Bəni-Üməyyə Quranda lənətlənmiş şəcərədir (ağacdır)
Mən dedim: “Sənə göstərdiyimizi və Quranda lənətlənmiş ağacı insanlar 
üçün yalnız bir imtahan etdik”
1
ayəsi haqqında Peyğəmbərdən (s) soruşul-
duqda belə dediyini eşitdim: “Azğınlıq imamlarından on iki nəfərdir, onların 
minbərimə çıxdıqlarını və endiklərini gördüm. Ümmətimi keçmişə (köhnə 
dinlərinə) qaytararlar. Onlardan ikisi Qüreyşin iki fərqli tayfasından - Teym 
və Udey qəbiləsindəndir. Üçü Bəni-Üməyyədən və yeddi nəfəri də Həkəm ibn 
1
“İsra” surəsi, ayə 60.


196
Suleym ibn Qeys Hilali
Əbul-Asın övladlarındandır”. Yenə belə dediyini eşitdim: “Nə vaxt Əbul-As öv-
ladları otuz nəfərə çatsa, Allahın kitabını camaatı aldatmaq vəsiləsi, bəndələrini 
özlərinə kölə və nökər edər, Allahın sərvətini öz aralarında bölüşdürərlər”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin