Ali-Muhammedin sirleri indd


gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə156/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   152   153   154   155   156   157   158   159   ...   227
AliMuhemmedin sirleri

gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə 
hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! Biz, həqiqətən, 
Rəbbimizə iman gətirdik...”
3
 deyib Musaya (ə) iman gətirdilər, onu təsdiqlədilər 
və ona tabe oldular. O da onlarla və Bəni-İsraildən özünə tabe olanlarla birlikdə 
yola çıxdı. Dənizi yarıb onlara əcaib möcüzələr göstərdi. Onlar da Musanı və 
Tövratı təsdiqləyib, onun dinini qəbul etdilər. Bir dəfə Musa onları bütə ibadət 
edən bir camaatın yanından keçirdi. Dedilər: “Ey Musa! Bizə də onların ilahları 
kimi bir ilah düzəlt”
4
. Sonra Harundan və Əhli-Beytindən başqa hamı buzovu 
ilah seçdilər və ona ibadət elədilər. Samiri onlara dedi: “Bu sizin tanrınızdır. Mu-
sanın da tanrısı budur, lakin unutmuşdur”.
5
«Bu hadisədən sonra (Musa) onla-
ra dedi: “Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs 
torpağa daxil olun”
6
 Onlar da Allahın kitabında buyurduğu bu cavabı verdilər: 
“Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. Onlar oradan çıxmayınca 
biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.
7
 Musa 
dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar 
(sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!”
8
Uca Allah 
belə buyurdu: “O günahkar (və azğın) camaatın halına acıma!”
9
Bu ümmət də eynisini etdi. Ümmətin Peyğəmbərlə (s) birlikdə fəzilətləri, 
üstünlükləri və ona yaxınlıqları vardı. Peyğəmbər (s) onlardan ayrılana qədər 
onun dinini və Quranı təsdiq edirdilər. Amma sonra ixtilaf etdilər, ayrıldılar, 
bir-birlərinə həsəd etdilər, imamlarına və vəlilərinə qarşı çıxdılar. Belə ki, 
Peyğəmbərə (s) nisbəti Harunun Musa nisbəti kimi olan yoldaşımızdan (Əlidən 
(ə)) və din, iman üzərində Allaha qovuşan çox az şəxslərdən başqa ümmət 
Peyğəmbərə (s) verdiyi əhdə vəfa etmədi. Digərləri əvvəlki hallarına (köhnə 
dinlərinə) döndülər. Eynilə Musanın səhabələrinin buzova ibadət etməsi kimi. 
1
“Sad” surəsi, ayə 
2
“Hud” surəsi, ayə 40.
3
“Taha” surəsi, ayə 72-73.
4
“Əraf” surəsinin 138-ci ayəsinə işarə edilir. 
5
“Taha” surəsi, ayə 88.
6
“Maidə” surəsi, ayə 21.
7
«Maidə” surəsi, ayə 22.
8
“Maidə” suərsi, ayə 25.
9
“Maidə” surəsi, ayə 26.


200
Suleym ibn Qeys Hilali
Yalnız Harun, övladları və Əhli-Beytindən az bir dəstədən başqa əksəriyyət 
buzovu Rəbləri zənn etdi.
Peyğəmbərimiz bu ümmət üçün insanların ən üstününü, ən fəzilətlisini və 
ən xeyirlisini Qədir Xumda, eləcə də digər bir çox yerlərdə öz yerinə xəlifə təyin 
etdi. Onunla ümmət üzərinə höccəti tamamladı və ona itaəti əmr etdi. Əlinin 
ona nisbətinin Harunun Musaya nisbəti kimi olduğunu, özündən sonra bütün 
möminlərin vəlisi olduğunu, özü kimin mövlasıdırsa Əlinin də (ə) onu mövlası 
olduğunu, hər kimsə öz canından övla idisə Əlinin ona öz canından övla olduğu-
nu, Əlinin ümmət arasında xəlifəsi və vəsisi olduğunu, ona itaətin Allaha itaət və 
ona üsyanın Allaha üsyan olduğunu, onu sevəni Allahın sevdiyini, ona düşmən 
olana Allahın düşmən olduğunu hamıya bildirdi. Amma (bütün bunlara baxma-
yaraq) onu inkar etdilər, göz yumdular və başqasını özlərinə vəli təyin etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin