İmam Əli (ə) Quranı toplayıb camaata təqdim edir
Onların vəfasızlıqlarını və ona verdikləri sözlərinə xilaf çıxdıqlarını görən
Əli (ə) evinə qapandı, Quranı yazmağa və (kitab şəklində) toplamağa başladı.
Toplayanadək evindən çölə çıxmadı. Həmin vaxt Quran səhifələri taxtaların,
dərilərin və parçaların üzərində yazılırdı.
Nazil olma ardıcıllığını, təvilini, nasix və mənsuxunu öz əli ilə yazıb bütün
hamısını bir yerə cəm etdiyi vaxt yaşlı səhabə onun yanına adam göndərib çı-
xıb beyət etməsini istədi. Əli (ə) ona bu xəbəri göndərdi: “Mən məşğulam, and
içmişəm ki Quranı bir yerə toplamadıqca yalnız namaz üçün əbamı çiynimə
atacağam”.
Bu cavabdan sonra bir neçə gün susdular. İmam (ə) Quranı bir qilaf
içində toplayıb bitirdi. Sonra camaatın qarşısına çıxdı, onlar Peyğəmbərin (s)
məscidində Yaşlı səhabənin ətrafında toplanmışdılar. Əli (ə) uca səslə səsləndi:
“Ey camaat, Peyğəmbərin (s) vəfatından bəri mən onun qüslu, kəfənlənməsi və
dəfi ni ilə, sonra da Quranın bir kitab şəklində cəm edilməsi ilə məşğul idim. Al-
lahın Peyğəmbərə (s) nazil etdiyi bütün ayələri burada toplamışam. Elə bir ayə
1 “
Səba” suərsi, ayə 20.
26
Suleym ibn Qeys Hilali
yoxdur ki, burada olmasın, elə bir ayə yoxdur ki, Peyğəmbər (s) mənə oxudub
və təvilini öyrətməsin”.
Sonra dedi: “Sabah deməyin ki: “Biz bundan qafi l idik”.
1
Ardınca buyurdu: “Sonra qiyamət günü deməyin ki, mən sizi yardımıma
səsləmədim, haqqımı xatırlatmadım, sizi fatihədən ta sonuncusuna qədər olan
Allahın kitabına dəvət etmədim!”
Yaşli səhabənin yoldaşi dedi: “Bizim yanımızda olan Quran bizə kifayət
edir, sənin əlindəkinə ehtiyacımız yoxdur”.
Əli (ə) qayıdıb evinə getdi.
Yaşlı səhabənin iddia etdiyi ləqəblərə qarşı dəlillərin
göstəriləmsi
Səhhakın oğlu yaşlı səhabəyə dedi: “Əlinin yanına adam göndər ki, beyət
eləsin. O beyət eləmədikcə biz rahat ola bilmərik. Əgər beyət eləsə, amanda
olacağıq.
Yaşlı səhabə adam göndərib dedi: “Peyğəmbər xəlifəsinə beyət et”. Elçi
gəlib bunu Əliyə (ə) dedi. Əli (ə) buyurdu: “Sübhanallah! Peyğəmbərin (s)
adına nə tez yalan uydurdunuz! Həqiqətən də o və onun ətrafındakılar bilirlər
ki, Allah və rəsulu məndən başqasını xəlifə təyin eləməyib”. Elçi qayıdıb
deyilənləri onlara söylədi.
Dedi: “Get və de: “Əmirəl-möminin olan yaşlı səhabəyə beyət et!” Elçi
gəlib onun dediklərini xəbər verdikdə Əli (ə) belə buyurdu: “Sübhanallah!
Əhdinizi nə tez unutdunuz?! Allaha and olsun ki, bu ünvan (Əmirəl-möminin)
yalnız mənim barədə həqiqətdir. Peyğəmbər (s) ona əmr etmişdi ki, mənə
Əmirəl-möminin deyib salam versinlər. O, həmin vaxt yeddi nəfərdən yed-
dincisi idi. O və yeddi nəfərin arasında olan dostu Səhhakın oğlu həmin za-
man Peyğəmbərdən (s) soruşmuşdular: “Bu, Allahdan və rəsulundan gələn bir
həqiqətdir?” Peyğəmbər də (s) onlara belə cavab vermişdi: “Bəli, həqiqətən,
həqiqətən də Allahdan və rəsulundan gələn bir haqdır ki, o (Əli) möminlərin
əmiri, müsəlmanların ağası, üzüağların bayraqdarıdır. Qiyamət günü Allah onu
Siratın üzərində oturtacaq, dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə da-
xil edəcək”.
Elçi qayıdıb onun söylədiklərini xəbər verdi. Cavabı eşidib həmin günü
artıq susdular.
1
“Əraf” surəsi, 172-ci ayəyə işarədir.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |