Ali-Muhammedin sirleri indd


Möminin zahiri əlamətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə162/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   158   159   160   161   162   163   164   165   ...   227
AliMuhemmedin sirleri

Möminin zahiri əlamətləri
Onlar öz nəfslərini ittiham edər, əməllərinə görə narahat olarlar. Onlardan 
birini tərifl əsələr deyilənlərə görə qorxar və (öz-özünə) deyər: “Mən özümü 


Ali-Muhəmmədin sirləri
205
başqalarından yaxşı tanıyaram, Rəbbim də məni özümdən daha yaxşı tanıyır. 
İlahi, onların söylədikləri sözlərə görə məni günahlandırma, məni onların zənn 
etdiklərindən daha yaxşı et! Onların bilmədiyi günahlarımı bağışla. Həqiqətən 
sən qeybi bilən və eyibləri örtənsən!” 
Onların əlamətlərindəndir ki, sən onu dində güclü, mülayimlikdə ehtiyat-
lı, imanda yəqinlikdə, elmdə həris, fi qhdə anlayan, həlimlikdə elmli, xərclikdə 
şəfqətli, zənginlikdə qənaətcil, ibadətdə mütəvazi, yoxsulluqda dözümlü, 
çətinlikdə səbirli görərsən. Onlar itaətkar şəxsə qarşı mərhəmətli, yerinə mü-
vafi q əta edən, qazancda mötədil, halalda pak, hidayətdə fəal, tamahdan uzaq, 
tutduğu yolda xeyirxah və şəhvət zamanı özünü qoruyandırlar. 
Möminin batini əlamətləri
Onu tanımayan şəxsin onu tərifl əməsindən qürurlanmaz və əməllərini he-
saba çəkməyi tərk etməz. Əməllərini yetərsiz görər və yaxşı işlər edər.
O elə bir şəxsdir ki, axşama şükürlə qarşılayar, səhərləri zikrlə açar keçər. 
Gecəni qayğılı keçirər və səhərlər isə sevinclə oyanar. Qayğısı çəkinməsi la-
zım olan şeylərdən, sevinci isə əldə etdiyi fəzilət və rəhmətə görədir. Əgər 
nəfsi onu xoşlanmadığı şeylərə məcbur etsə, sevincinə səbəb olan istəklərini 
nəfsinə verməz. Sevinci yalnız əbədi və davamlı, gözünün nuru isə zail olma-
yan şeylərdə, arzusu baqilərdə və zöhdü fanilərdəndir.
O helmini elmlə, elmini ağılla qarışdırar. Sən onu tənbəllikdən uzaq
daim fəal, arzuları yaxın, səhvləri az, əcəlini gözləyən, qəlbi qorxuda, nəfsi 
tox, cəhaləti gizli, işi asan, dinini qoruyan, şəhvəti ölmüş, qəzəbini boğmuş, 
əxlaqı təmiz, qonşusu əlindən etibarda, qüruru zəif, özü üçün təqdir edilənlə 
kifayətlənən, səbri möhkəm, işi hikmətli və çox zikr edən görərsən.
Dostlarının ona etibar etdiklərini (sirlərini) danışmaz, düşmənindən şahid-
liyi əsirgəməz, haqq olan bir şeyi riya üçün etməz və utandığı üçün onu tərk 
etməz. Ondan ancaq yaxşılıq umular, şərindən isə amandadırlar. 
Ona zülm edəni bağışlayar, onu məhrum edənə əta edər, onunla əlaqəni 
kəsənlərlə əlaqə yaradar, helmi tərk etməz, şübhələndikdə tələsməz, ona ay-
dın olan şeydə yenə diqqətli olar, cahillikdən uzaq, sözü yumşaq, hiyləsiz, 
yaxşı əməlləri çox, sözü doğru, hərəkəti gözəl, yaxşılığı toxunan və pislik 
etməyəndir.
Sarsıntılı zamanlarda vüqarlı, çətinlikdə səbirli və bolluqda şükür edəndir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin