206 Suleym ibn Qeys Hilali Mömin və camaat Ona nifrət edənə qarşı ədalətsiz olmaz, sevdiyi şeydə günah işləməz, haqqı
olmayan şeyi iddia etməz və boynunda olanı inkar eləməz. Onunla əleyhinə
şahid qalxmadan haqqı etiraf edər.
Qorumaq üçün verilən əmanəti zay etməz, başqalarını pis ləqəblərlə ça-
ğırmaz, heç kimə haqsızlıq etməz, həsədlə hərəkət etməz, qonşusuna zərər
yetirməz və (başqalarının) müsibətinə lağ eləməz.
Əmanətləri sahibinə qaytarar, namaza tələsər, pis işlərə marağı olmaz,
yaxşılığı tövsiyə edər və pislikdən çəkindirər. Bilmədiyi işlərə girişməz və
acizliyində belə haqdan çıxmaz.
Sussa susmasından üzülməz, danışsa yanlış söz söyləməz, gülsə səsini
qaldırmaz. Özü üçün təqdir edilənə qanedir, qəzəb onu özündən çıxartmaz,
istəkləri ona qalib gəlməz, xəsislik onu məğlub etməz və özünün olmayan şeyə
tamah salmaz.
Elm öyrənmək üçün camaata qarışar, salamat qalmaq üçün susar, anlamaq
üçün soruşar, qazanmaq üçün ticarət edər və öyrənmək üçün araşdırar. Yaxşı
sözü başqaları qarşısında öyünmək üçün dinləməz, başqalarına üstün olmaq
üçün danışmaz.
Nəfsi onun əlindən narahat, amma insanlar ondan rahatdırlar. Nəfsini axirəti
üçün yorar, amma insanları onun sayəsində rahatlığa çıxarar. Ona zülm edilsə,
Allah intiqamını alana qədər səbr edər. Birindən uzaqlaşsa, bu, həmin şəxsdən
çəkinməsi və özünü qorumasından, birinə yaxınlaşsa da bu, yaxınlaşdığı şəxsə
şəfqət və mərhəmətidir. Uzaqlaşması qürur və təkəbbürdən, yaxınlaşması da
hiylə və aldatmaq üçün deyil. Əksinə, özündən əvvəlki xeyir əhlindən nümunə
götürmüşdür. Bunula da o, özündən sonra gələn xeyir əhli üçün bir öndərdir”.
İmam Əlinin (ə) xütbəsinin Həmmama təsiri Süleym deyir: “Həmmam fəryad etdi və huşunu itirib yerə yıxıldı. İmam
Əli (ə) dedi: “Allaha and olsun, mən də bundan qorxurdum. Nəsihət öz əhlinə
belə təsir edir”. Orada olan bir nəfər dedi: “Bəs, sənin vəziyyətin necədir, ey
Möminlərin-əmiri?” Əli (ə) buyurdu: “Hər kəs üçün bir əcəl vardır, ondan qaça
bilməz, (hər şey üçün) bir səbəb vardır, onu tərk edə bilməz. Sakit ol və sözünü
təkrar etmə! Bu sözü Şeytan sənin dilinə gətirmişdir”.
Sonra Həmmam başını qaldırdı, fəryad etdi və dünyadan köçdü. Allah ona
rəhmət eləsin.