Ali-Muhammedin sirleri indd


Ənsarın üzərinə höccətin tamamlanması və verdikləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə17/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   13   14   15   16   17   18   19   20   ...   227
AliMuhemmedin sirleri

27
Ənsarın üzərinə höccətin tamamlanması və verdikləri 
əhdə vəfa göstərmələri tələbi
Gecə olduqda Əli (ə) Fatiməni (ə) ulağın üzərində oturdub, övladları Həsən 
(ə) və Hüseynin (ə) əllərindən tutaraq evdən çıxdılar. Peyğəmbər səhabələrindən 
elə bir şəxs qalmadı ki, onun evinə getməsinlər. Onlara Allahın haqqını xatır-
latdı, yardım etməyə dəvət etdi. Onun bu dəvətinə yalnız bizim dördümüzdən 
savayı heç kim müsbət cavab vermədi. Biz saçımızı qırxıb onun yardımında 
hazır idik. Zübeyr bizim aramızda ona ən çox yardım edən şəxs idi.
3. Fatimeyi-Zəhranın (ə) şəhadəti
Qüreyş qəbilələrinin vəhy evinə hücumu və onu 
yandırması
İmam Əli (ə) insanların ona qarşı rəzilliyini və yardımı tərk etmələrini, 
sözlərini yaşlı səhabə üçün cəm edib onun itaətində olduqlarını, ona təzim 
etdiklərini görüb evinə qapandı.
Səhhakın oğlu yaşlı səhabəyə dedi: “Bir adam göndərib onun beyətini al-
maqdan səni çəkindirən nədir? Ondan və onunla olan dörd nəfərdən savayı 
artıq hamı sənə beyət eləyib”. Yaşlı səhabə qəlbinin dərinliklərində bar az yum-
şaq, mərhəmətli və düşüncəli adam idi. O biri isə daha çox səbirsiz, amansız və 
müstəbid idi. 
Yaşlı səhabə dedi: “Onun yanına kimi göndərək?” Səhhakın oğlu dedi: 
“Qun fuzu göndər, o sərt, amansız və zalım biridir. Bəni-Üdey ibn Kəb qəbi lə-
sin dən olan Tüləqadır”
1
.
Onu bir neçə nəfər yardımçı ilə Əlinin (ə) yanına göndərdilər. Əlidən (ə) 
izin istədilər, imam Əli (ə) isə izin vermədi. Qunfuz yanındakılarla o iki nəfərin 
yanına qayıtdılar. O ikisi məsciddə əyləşmiş, ətrafl arına isə camaat toplaşmış-
dı. Dedilər: “Bizə izin vermədi”. Səhhakın oğlu dedi: “Gedin, izin istəyin, izin 
verməsə iznsiz içəri daxil olun!!”
Onlar gəlib qapının qarşısında dayanıb izin istədilər. Fatimə (ə) dedi: “İzin 
verilmədən içəri daxil olmanız qadağandır”. Gələnlər geri qayıtdılar, yalnız 
lənətlənmiş Qunfuzdan başqa. Dedilər: “Fatimə fi lan, fi lan sözləri dedi və izni 
olmadan evinə girməyimizi qadağa elədi”. Səhhakın oğlu qəzəbləndi və dedi: 
“Bizim qadınla nə işimiz var?!”
1
Tüləqa – Məkkə Peyğəmbər (s) tərəfi ndən fəth edilərkən (əsir götürülüb sonra) azad edilənlərə 
deyilir.


28
Suleym ibn Qeys Hilali
Sonra ətrafındakı camaata səslənərək odun gətirmələrini tələb elədi. O 
özü də odun daşıyırdı. Odunları Əlinin (ə) Fatimənin (ə) və iki övladının evi-
nin ətrafına yığdılar. Sonra yaşlı səhabənin yoldaşı Əli (ə) və Fatimənin (ə) 
eşidəcəyi səviyyədə uca səslə dedi: “Ey Əli, Allaha and olsun ki, əgər çıxıb 
Peyğəmbərin (s) xəlifəsinə beyət eləməsən bu evi yandıracağam!”
Fatimə (ə) dedi: “Ey Səhhakın oğlu, bizim səninlə nə işimiz!” Yaşlı 
səhabənin yoldaşı dedi: “Qapını aç, yoxsa evinizi yandıracağam”. Fatimə (ə) 
dedi: “Ey Səhhakın oğlu, evimə daxil olmaqda Allahdan qorxmursanmı?!” O, 
buradan getməyəcəyini bildirdi.
Yaşlı səhabənin yoldaşı od gətirib qapını yandırdı, qapı yanmağa başla-
dıqda onu sındırıb içəri daxil oldu. Fatimə (ə) onu qarşılayıb qışqırdı: “Ey 
atacan, ey Rəsulullah!” Yaşlı səhabənin yoldaşı qınında olan qılıncını qaldırıb 
ona böyründən zərbə endirdi. Fatimə (ə) “Ey atacan!” deyə fəryad etdi. Yaşlı 
səhabənin yoldaşı qamçını qaldırıb onun qoluna vurdu. Xanım “Ey Rəsulallah! 
Səndən sonra o iki nəfər necə pisliklər edirlər!”. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin