216
Suleym ibn Qeys Hilali
HƏDİS 48
İbn Abbasın dilindən Səqifə hadisələri
Aban ibn Əbu Əyyaş Selüym ibn Qeysdən nəql edir: “Abdullah ibn Abba-
sın evində idim və orada bir dəstə şiə də vardı. Bizim üçün bəzi söhbətlər elədi
ki, onlardan:
«Ey qardaşlarım! Peyğəmbər (s) vəfat etdi. Vəfat
etdiyi gün hələ qəbirə
qoyulmamışdı ki, camaat əhdlərini pozdular, dindən döndülər və birləşib mənə
qarşı çıxdılar. Həmin vaxtlarda Əli ibn Əbu Talib Peyğəmbərin (s) qüslü,
kəfənlənməsi və hənutlanması ilə məşğul idi. Peyğəmbəri (s)
dəfn edənə qədər
başı bu işlərə qarışmışdı. Sonra Quranı cəm etməyə başladı və Peyğəmbərin (s)
vəsiyyətinə əməl etdi. Əlinin hədəfi hakimiyyət deyildi. Çünki Peyğəmbər (s)
camaatın ona qarşı edəcəklərini qabaqcadan xəbər vermişdi.
1. İmam Əlidən (ə) beyət alınması
Camaat o iki nəfərin fi tnəsinə düşdükləri zaman Əlidən (ə), Bəni-Haşimdən,
Əbu Zərrdən, Miqdaddan, Salmandan və onlarla birlikdə olan
bir dəstə adam-
dan başqa heç kim bu fi tnədən amanda qalmadı. Səhhakın oğlu yaşlı səhabəyə
dedi: “Bundan, Əhli-Beytindən və bir neçə nəfərdən başqa hamı sənə beyət
etdi. İndi onun yanına elçi göndər”. Yaşlı səhabə Səhhakın oğlunun Qunfuz
adlı əmisi oğlunu göndərib dedi: “Ey Qunfuz! Əlinin yanına get və ona de:
“Peyğəmbərin xəlifəsinin dəvətinə cavab ver”. Qunfuz gedib deyilənləri çatdır-
dı. Əli (ə) dedi: “Peyğəmbərin (s) adından nə tez yalan danışdınız, əhdinizi poz-
dunuz və dindən döndünüz?! Allaha
and olsun, Peyğəmbər (s) məndən başqası-
nı xəlifə təyin etmədi. Qayıt, ey Qunfuz! Sən ancaq bir elçisən. Ona de: “Allaha
and olsun, Peyğəmbər (s) səni xəlifə təyin etmədi, sən kimin Peyğəmbərin (s)
xəlifəsi olduğunu həqiqətən yaxşı bilirsən”.
Qunfuz yaşlı səhabənin yanına gəlib bu sözləri ona çatdırdı. Yaşlı səhabə
dedi: “Əli doğru deyir. Peyğəmbər (s) məni xəlifə təyin etmədi”. Səhhakın oğlu
isə qəzəblənərək ayağa qalxdı. Yaşlı səhabə ona “otur” oturmasını söylədi və
sonra üzünü Qunfuza tutub dedi: “Onun yanına gedib de: “Möminlərin əmiri
yaşlı səhabənin dəvətinə cavab ver!”
Qunfuz Əlinin yanına gəlib xəbəri ona çatdırdı. Əli (ə) dedi: “Allaha and
olsun ki, yalan danışır. Onun yanına get və de: “Allaha and olsun,
özünü
Ali-Muhəmmədin sirləri
217
sənə aid olmayan bir adla çağırırsan. Möminlərin əmirinin başqası olduğunu
bilirsən”.
Qunfuz qayıdıb deyilənləri onlara çatdırdı. Səhhakın oğlu qəzəblənib aya-
ğa qalxdı və dedi: “Allaha and olsun, mən onun ağlının
və rəyinin zəif olduğu-
nu bilirəm. Onu öldürmədən bizim işimiz düzəlməyəcək. İzin ver, onun başını
bura gətirim”. Əbu Bəkr “Otur!” dedi. Səhhakın oğlu bu sözə qulaq asmadı.
Yaşlı səhabə ona oturması üçün and verib dedi: “Ey Qunfuz! Onun yanına get
və de: “Yaşlı səhabə dəvətinə cavab ver!”
Qunfuz gəlib dedi: “Ey Əli! Yaşlı səhabənin dəvətinə cavab ver”. Əli (ə)
dedi: “Mən məşğulam. Dostumun və qardaşımın vəsiyyətini tərk etməyəcəyəm.
Yaşlı səhabənin və üzərində icma etdiyiniz zülmün yanına qayıt!”
Dostları ilə paylaş: