Ali-Muhammedin sirleri indd


Fatimənin (s.ə.) evi və o hadisələr



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə171/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   167   168   169   170   171   172   173   174   ...   227
AliMuhemmedin sirleri

Fatimənin (s.ə.) evi və o hadisələr 
Qunfuz yaşlı səhabənin yanına qayıdıb deyilənləri ona xəbər verdi. Səhha-
kın oğlu yenə də qəzəblənib yerindən qalxdı. Xalid ibn Vəlidlə Qunfuzu çağır-
dı. Onlara odun və atəş gətirməyi əmr elədi. Sonra Əlinin (ə) qapısının qarşısı-
na gəldi. Həmin vaxt Fatimə (ə) qapının arxasında oturmuşdu. Başını bağlamış, 
Peyğəmbərin (s) vəfatına görə bədəni zəifl əmişdi. Səhhakın oğlu irəli keçib 
qapını döydü və yüksək səslə dedi: “Ey Əbu Talibin oğlu, qapını aç!”
Fatimə (s.ə.) dedi: “Ey Səhhakın oğlu! Bizim səninlə nə işimiz var, bizi öz 
halımıza burax!”
Səhhakın oğlu dedi: “Qapını aç! Yoxsa siz içəridə ikən qapıya od vuraram”.
Fatimə (s.ə.) dedi: “Ey Ömər! İzzət və Cəlal sahibi olan Allahdan qorxmur-
san?! Evimə girib hücum edirsən?” Səhhakın oğlu geri çəkilmədi. Od istədi, 
onu qapının yanına qoydu və qapını yandırdı. Sonra qapını itələdi.
Siddiqeyi-Tahirənin (s.ə.) vurulması
Fatimə (s.ə.) onunla üz-üzə gəldi və uca səslə nida etdi: “Ey atacan! Ya 
Peyğəmbər!” Səhhakın oğlu qılıncını qını ilə birlikdə qaldırdı və böyüründən 
vurdu. Fatimə qışqırdı. Səhhakın oğlu qamçısını qaldırdı və qoluna vurdu. 
Fatimə “Ey atacan!” deyib fəryad etdi.
* * *
Əli Əbu Talib (ə) irəli atılıb Səhhakın oğlunun yaxasından tutdu, onu 
silkələyib və yerə çırpdı. Burnunu və boyunu əzdi, öldürmək istəsi. Bu vaxt səbr 
və itaət barədə Peyğəmbərin (s) ona etdiyi vəsiyyəti xatırladı. Buyurdu: “Ey 


218
Suleym ibn Qeys Hilali
Səhhakın oğlu! Muhəmmədi nübuvvətlə kəramətləndirənə and olsun ki, əgər 
Allahın əvvəldən nə təqdir etdiyini bilməsəydim, sən evimə girə bilməzdin”.
Zəhranı (s.ə.) qılıncla öldürmək istədilər
Səhhakın oğlu yardım üçün adam göndərdi. Bir dəstə adam gəlib evə so-
xuldular. Xalid ibn Vəlid Fatiməni (s.ə.) öldürmək üçün qılıncını qınından çı-
xardı. Əli (ə) qılıncı ilə Xalidə həmlə etdi. Xalid and verərək ona yalvardı və 
fi krindən əl çəkdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin