Ali-Muhammedin sirleri indd


Əmirəl-mömininin (ə) evindən çıxarılması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə172/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   168   169   170   171   172   173   174   175   ...   227
AliMuhemmedin sirleri

Əmirəl-mömininin (ə) evindən çıxarılması
Sonra Miqdad, Salman, Əbu Zərr, Əmmar və Bureydə Əsləmi Əliyə (ə) 
kömək etmək üçün evə girdilər. Bir fi tnə çaxmasına az qalmışdı. Əlini (ə) çölə 
çıxardılar, camaat da Əlinin (ə) ardınca gedirdi. Salman, Əbu Zərr, Miqdad, 
Əmmar və Bureydə Əsləmi Əlinin (ə) arxasınca gedərək belə deyirdilər: “Nə tez 
Peyğəmbərə (s) xəyanət etdiniz və qəlbinizdəki nifrətinizi ortaya çıxardınız?!”
Bureydə ibn Xəsib Əsləmi dedi: “Ey Səhhakın oğlu! Peyğəmbərin (s) qar-
daşının və vəsisinin üzərinə hücum etdin? Peyğəmbərin (s) qızının üzərinə 
hücum edib onu vurdun?! Sən Qüreyşin içində necə tanındığı məlum kəssən!” 
Xalid ibn Vəlid qılıncını qını ilə birlikdə qaldırıb Bureydəni vurmaq istədi. 
Amma Səhhakın oğlu onun əlindən tutub mane oldu.
2. Beyət necə baş verdi
Beyət zamanı Əmirəl-mömininin (ə) ilk sözləri
Əlini (ə) yaxasından çəkərək yaşlı səhabənin yanına gətirdilər. Əbu Bəkr 
onu gördükdə “Buraxın onu!” deyib qışqırdı. Əli (ə) dedi: “Peyğəmbərinizin 
Əhli-Beytinin üzərinə nə tez atıldınız?! Ey sən! Hansı haqla, hansı vərəsəliklə 
və hansı keçmişlə (və ya üstünlüklə) camaatı beyətə məcbur edirsən? Sən elə 
dünən Peyğəmbərin (s) əmri ilə mənə beyət etmədinmi?!” 
Əliyə (ə) qarşı ilk təhdid
Səhhakın oğlu dedi: “Ey Əli, Bu söhbəti burax! Allaha and olsun, beyət 
eləməsən səni öldürəcəyik”. Əli (ə) dedi: “O zaman qətlə yetirilmiş Allah qulu 
və Peyğəmbər qardaşı olaram”. Səhhakın oğlu dedi: “Allahın qətlə yetirilmiş 
qulu sözün doğrudur, amma Peyğəmbərin qardaşı sözü əsla!” Əli (ə) dedi: “Al-


Ali-Muhəmmədin sirləri
219
laha and olsun ki, əgər öncədən təqdir etdiyi qəzası və dostumun mənimlə bağ-
ladığı əhdi olmasaydı, bunu sənə icazə verməz, hansımızın yardım və say baxı-
mından daha az olduğunu bilərdin”. Yaşlı səhabə sakit dayanıb heç nə demədi.
Bureydə ayağa qalxdı və dedi: “Ey Səhhakın oğlu! Məgər siz Peyğəmbərin 
(s) barənizdə bu sözləri dediyi adamlar deyilsiniz: “Əlinin yanına gedin və 
“Möminlərin əmiri” deyib ona salam verin!” Bu əmrdən sonra siz ikiniz belə de-
diniz: “Bu Allahın və Peyğəmbərinin əmridir?” Peyğəmbər (s) buyurudu: “Bəli”.
Yaşlı səhabə dedi: “Ey Bureydə! Bu dediyin hadisə olub. Sən orada yox idin 
və amma biz buna şahid olmuşuq. Hər işdən sonra bir iş olur!”. Səhhakın oğlu 
dedi: “Ey Bureydə, bu məsələdən sənə nə?! Niyə bu işə qarışırsan?” Bureydə dedi: 
“Allaha and olsun, sizin hakim olduğunuz şəhərdə əsla oturmam”. Bu sözlərdən 
sonra (Bureydə) Səhhakın oğlunun əmrilə döyüldü və şəhərdən çıxarıldı.
Sonra Salman ayağa qalxıb dedi: “Ey Ətiq! Allahdan qorx və oturduğun 
yerdən qalx. Onu əhlinə təhvil ver ki, qiyamət gününə qədər (camaat) gen-bol 
ruzilənsin və ümmət arasında iki qılınc belə bir-birilə əsla ixtilaf eləməsin!” 
Yaşlı səhabə cavab vermədi. Salman yenidən buna oxşar sözlər söylədi. 
Səhhakın oğlu onu kənara itələyib dedi: “Bu məsələdən sənə nə? Niyə baş 
verənlərə qarışırsan?”
Salman dedi: “Yavaş ol, ey Səhhakın oğlu! Ey Ətiq, oturduğun yerdən qalx! 
Onu əhlinə təhvil ver! Allaha and olsun, qiyamət gününə qədər bərəkətdən 
faydalanacaqlar. Əgər bunu qəbul etməsəniz qan çığacaq, tüləqalar, sürgünə 
göndərilənlər və münafi qlər xəlifəliyə tamah salacaqlar. Allaha and olsun əgər 
zülmü dəf edib və ya Allahın dinini şərəfl əndirəcəyimi bilsəm, qılıncımı çiynimə 
salıb, geri dönmədən başımın üstündə yelləyərəm. Peyğəmbərin (s) vəsilərinə 
hücum edirsiniz?! Bəlalarla müjdələnin, rahatlıqdan ümidiniz kəsin!”
Sonra Əbu Zərr, Miqdad və Əmmar ayağa qalxıb Əliyə (ə) dedilər: “Nə 
əmr edirsən? Allaha and olsun, bizə əmr versən, ölənə qədər vuruşarıq”. Əli 
(ə) dedi: “Allah sizə rəhm eləsin! Əl saxlayın! Peyğəmbərin (s) əhdini və sizə 
etdiyi vəsiyyəti xatırlayın”. Onlar sakitləşib dayandılar.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin