220
Suleym ibn Qeys Hilali
“Ağlamayın! Allaha and olsun, atanızı öldürməyə qüdrətləri çatmaz. Bu ikisi
bunu etməkdən daha aşağı, daha zəlil və daha rəzildirlər”.
Peyğəmbərin qulluqçusu və süd anası Ümmü Əymən ilə Ümmü Sələmə
irəli keçib dedilər: “Ey Ətiq! Nə tez Muhəmmədin Əhli-Beytinə olan həsədinizi
zahir etdiniz!” Səhhakın oğlu ikisinin də məsciddən çıxarılmasını əmr elədi və
dedi: “Bizim qadınlarla nə işimiz var!”
İmam Əliyə (ə) qarşı üçüncü təhdid
Sonra dedi: “Ey Əli! Qalx, beyət et!” Əli (ə) dedi: “Əgər beyət etməzsəm
nə olacaq?” Səhhakın oğlu dedi: “Allaha and olsun, boynunu vuraram”. Əli
(ə) dedi: “Allaha and olsun, yalan danışırsan, ey Səhhak oğlu! Bunu etməyə
qüdrətin çatmaz. Sən bundan daha şərəfsiz və zəifsən!”
İmam Əliyə (ə) qarşı dördüncü təhdid
Xalid ibn Vəlid yerindən sıçrayıb qılıncını çəkdi və dedi: “Allaha and ol-
sun, beyət etməsən səni mütləq öldürəcəyəm”. Əli ayağa qalxıb onun üstünə
yeridi və paltarının yaxasından tutub itələdi. Xalid başının arxası üstə yerə yı-
xıldı və qılıncı əlindən düşdü.
İmam Əliyə (ə) qarşı beşinci təhdid
Səhhakın oğlu dedi: “Ey Əli ibn Əbu Talib, qalx və beyət elə!” Əli (ə) dedi:
“Əgər etməsəm?” Səhhakın oğlu dedi: “Allaha and olsun, səni öldürərik!” Əli
(ə) yenə onlara höccətini tamamladı. Sonra ovcunu açmadan əlini uzatdı. Yaşlı
səhabə də onun əlinə toxunub buna da razı oldu. Sonra Əli (ə) evinə üz tutdu,
camaat da onun arxasınca getdilər.
Dostları ilə paylaş: