226
Suleym ibn Qeys Hilali
HƏDİS 49
Peyğəmbərin (s) kağızda yazdıqları
Süleym ibn Qeys Salmanın belə dediyini eşitdiyini söyləyir: “Həmin
kəsin (Səhhakın oğlu) söylədiklərinə görə Peyğəmbərin (s)
qəzəblənib yazmaq
fi krindən daşınmasından sonra Əlinin (ə) belə dediyini eşitdim: “Peyğəmbərdən
(s) kağıza nə yazmaq istədiyini soruşaqmı? Belə ki, həmin şey yazılsa heç kəs
yoldan azmaz və iki nəfər belə bir-birilə əsla ixtilafa düşməz”.
Peyğəmbərin (s) dedikləri
Evdə olanlar qalxıb gedənə qədər mən susdum. Evdə yalnız Əli, Fatimə,
Həsən və Hüseyn qaldılar. Mən və yoldaşım Əbu
Zərr və Miqdad da getmək
üçün ayağa qalxdıq, lakin Əli (ə) bizə oturmamızı söylədi.
Əli Peyğəmbərdən (s) soruşmaq istəyirdi və bizdə onu dinləyirdik.
Amma Peyğəmbər (s) ondan əvvəl sözə başlayıb dedi: “Ey qardaşım! Allah
düşməninin nə dediyini eşitdin? Cəbrayıl bir az əvvəl yanıma gəlmişdi. Onun
bu ümmətin Samirisi və dostunun isə ümmətin buzovu olduğunu bildirdi. Uca
Allah məndən sonra ümmətimdə bölünməyi və ixtilafı təqdir edib. Mənə kağıza
yazmaq istədiklərimi sənin üçün yazmamı və bu üç nəfəri də şahid tutmamı
əmr etdi. Mənə bir kağız gətir”.
On iki imamın (ə) adları kağızda yazılmışdı
Kağızı gətirdi. Peyğəmbər (s) bir-bir özündən sonrakı hidayət imamlarının
adlarını söyləyirdi və Əli də (ə) yazırdı. Sonra buyurdu: “Mən
sizi şahid tu-
turam ki, qardaşım, vəzirim, varisim, ümmətim arasında xəlifəm Əli ibn Əbu
Talibdir.
Ondan sonra Həsən, ondan sonra Hüseyn və ondan sonra da Hüseynin
övladlarından doqquz nəfərdir”.
Onlardan yalnız ikisinin adı - Əli və Muhəmməd yadımda qaldı.
Digər
imamların (ə) adlarını qarışdırdım
1
. Amma Mehdinin xüsusiyyətləri, ədaləti və
1
Bu yanlışlıq Salmandan, Süleymdən və ya Abandan qaynaqlanmır. Çünki kitabdakı hədislərin
bir çoxunda İmamların (ə) adları aydın və aşkar qeyd edilir.
Ola bilsin ki, bu cümlələr hədisi
Abandan sonra nəql edən şəxsə aiddir.
Ali-Muhəmmədin sirləri
227
edəcəkləri haqqında eşitdiklərimi unutmadım. Allah onun vasitəsilə haqsızlıq
və zülmlə dolmuş yer üzünü haqq və ədalətlə dolduracaq.
Sonra Peyğəmbər (s) buyurdu: “Mən bunları yazmağı,
məscidə getməyi,
hər kəsi çağırmağı, onlara oxumağı və onları buna şahid tutmağı istəyirdim.
Amma Uca Allah istəmədi və təqdir etdiyi şeyin olmasına hökm verdi.
Süleym deyir: “Osmanın xəlifəliyi zamanında Əbu Zərr və Miqdadla gö-
rüşdüm. İkisi də bunu mənə danışdılar. Sonra Kufə şəhərində Əli (ə), Həsən (ə)
və Hüseyn (ə) ilə görüşdüm. Onlar da gizlicə bunları mənə söylədilər. Sanki bir
ağızdan danışırmışlar
kimi nə bir hərfi əskik, nə də artıq söylədilər...”
Həmçinin onların adlarının burada aşkar çəkilməməsi hədis ravisinin İmamların (ə) adlarını
söyləməkdə təqiyyə edib, onları zalımlardan qoruması da səbəb ola bilər.