236 Suleym ibn Qeys Hilali Sədin dilindən Xeybər savaşı Xeybər savaşında Əbu Bəkr və Ömər düşmənə məğlub olduqdan son-
ra Peyğəmbər (s) qəzəblənib dedi: “Bu camaata nə olub ki, müşriklərlə üz-
üzə gəldikdə qaçırlar?! Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, Allahı və
rəsulunu sevir, Allah və rəsulu da onu sevir. Qorxaq deyil və əsla geri qaçmaz.
Allah onun əlilə Xeybəri fəth edənə qədər o, geriyə qayıtmayacaq”.
Səhər açıldıqda Peyğəmbərin (s) hüzurunda toplandıq və mən özümü ona
göstərməyə çalışdım.
1
Peyğəmbər (s) buyurdu: “Qardaşım haradadır? Əlini ça-
ğırın!” Onu Peyğəmbərin (s) yanına gətirdilər. Gözləri ağrıyırdı və ağrısından
2
ona yol göstərirdilər. Üzərində bir örtük vardı və ailəsi üçün un üyütdüyünə
görə üzəri tozla örtülmüşdü. Peyğəmbər (s) ona başını qucağına qoymasını əmr
etdi və ağzının suyunu Əlinin gözlərinə sürtdü. Sonra onu orduya rəhbər təyin
edib və dua elədi. Allah fəthi nəsib edənədək Əli geri dönmədi və Hüyeyyə ibn
Əxtabın qızı Səfi yyəni Peyğəmbərə (s) gətirdi. Peyğəmbər (s) onu azad etdi.
Sonra onunla evləndi və azadlığını onun mehriyyəsi qərar verdi.
Sədin dilindən Qədir Xum hadisəsi Ey Bəni-Hilalın qardaşı! Bundan daha əzəmətlisi Qədir Xumdur. Peyğəmbər
(s) Əlinin əlindən tutub iki qolunu da yuxarı qaldırdı. Mən də ona baxırdım.
Sonra buyurdu: “Məgər mən sizə öz canınızdan övla deyiləmmi?” Dedilər:
“Bəli, (övlasan)!” Bunun ardınca Peyğəmbər (s) buyurdu: “Mən kimə canın-
dan övlayamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən
olana düşmən ol. Burada olanlar bunu burada olmayanlara çatdırsınlar”.
Süleym deyir: “Sonra Sad mənə yaxınlaşıb dedi: “Mən şübhə etdim, amma
özümü buna görə öldürəcək deyiləm. Əli fəzilətdə məndən öndə olsa da, mən
səhv və günah etdiyimi güman etmirəm. Hərçənd o, haqq üzərindədir”.
1
Bayrağı mənə verməsini arzulayırdım.
2
Yolu yaxşı görə bilmədiyi üçün.