Ali-Muhəmmədin sirləri
241
Dedim: “Əgər bu iş (xəlifəlik) Allah və Peyğəmbəri (s) tərəfi ndən yalnız
Əliyə məxsus idisə, o zaman o ikisinin dinə gətirdiyi yeniliklərin Osman, Təlhə
və Zübeyrin dinə gətirdikləri bidətlər kimi olduğunu qəbul edirsənmi?”
Dedi: “Ey səfeh, Əgər ona məxsus idisə demə! Allaha and olsun ki,
(xəlifəlik) onların deyil, elə Əlinin idi. O dörd xüsusiyyət sahib olduğu hal-
da, onlara məxsus olması necə düşünülə bilər?! Bir çox səhabə mənə bunları
Peyğəmbərdən (s) nəql edib”.
Dedim: “Bu dörd xüsusiyyət hansılardır?”
Dedi: “Peyğəmbərin (s) Qədir Xumda Əlini öz yerinə xəlifə təyin etməsi və
söylədiyi sözlər. Yenə də, Peyğəmbərin (s) Təbuk savaşında söylədiyi bu söz:
“(Ya Əli), sənin mənə nisbətin – peyğəmbərlik istisna olmaqla - Harunun Musaya
nisbətidir”. Əgər peyğəmbərlikdən başqa bir şey olsaydı, Peyğəmbər (s)
mütləq
onu da istisna edərdi. Biz də bilirik ki, peyğəmbərliklə xəlifəlik ayrı-ayrı şeylərdir.
Eləcə də, Peyğəmbərin (s) söylədikdən sonra evinə girib vəfat edənə qədər
bir daha çölə çıxmadığı bu xütbəsi: “Ey insanlar! Aranızda iki əmanət qoyu-
ram. Onlardan yapışdığınız müddətdə əsla yoldan azmayacaqsınız. Bunlar Al-
lahın kitabı və Əhli-Beytimdir. Lətif və hər şeydən xəbərdar olan (Allah) mənə
bu ikisinin hovuzun başında mənimlə görüşənə qədər bir-birlərindən ayrılma-
yacaqlarını vəd verib. Onlar bu ikisi kimidir (işarə barmaqlarını birləşdirdi), bu
ikisi kimi deyillər (orta və işarə barmağını birləşdirdi). Çünki bu ikisindən biri
digərindən öndədir. Bu ikisinə yapışın ki, yoldan azmayasınız və dönməyəsiniz.
Onlardan
önə keçməyin, həlak olarsınız və onlara bir şey öyrətməyə çalışma-
yın, çünki onlar sizdən daha elmlidirlər”.
Həmçinin Peyğəmbər (s) Əbu Bəkr və Ömərə Əliyə (ə) “Möminlərin əmiri”
deyib salam vermələrini əmr etmişdir.
Ey Əbdul-Qeysin qardaşı,
1
ömrümə and olsun ki, əgər dinə gətirdikləri
yenilikləri bizlərə aşkar olacaq həddə çatmış olan Osman, Təlhə və Zübeyr
üçün Allahdan bağışlanma diləmək bizə caizdirsə
2
, bu zaman o ikisi
3
üçün də
bağışlanma diləməyimiz caizdir.
Təlhə və Zübeyrə gəlincə, o ikisi öz istəklərilə və məcbur
edilmədən Əliyə
(ə) beyət etdilər və mən buna şahid idim. Sonra beyətlərini pozub dünya sev-
gisi və səltənət ehtirasına görə Allahın tökülməsini haram etdiyi qanı axıtdılar.
Allahın nəzərində şirkdən sonra heç bir günah Allahın haram etdiyi qanın axı-
dılmasından daha böyük deyil.
1
Xitab Aban ibn Əbu Əyyaşadır.
2
Caiz – icazəli.
3
Əbu Bəkr və Ömər üçün.
242
Suleym ibn Qeys Hilali
Osmana gəlincə, axmaqları özünə yaxınlaşdırdı, Allaha təqvalıları uzaq-
laşdırdı, Peyğəmbərin (s) qovduğu kəslərə pənah verdi, Əbu Zərr və bir dəstə
xeyirxah insanları sürgün elədi, Beytul-malı zənginlərin arasında bölüşdürdü
və Allahın nazil etdiyindən başqa hər şeylə hökm verdi.
Onun dinə gətirdiyi
yeniliklər sayıla bilməyəcək qədər çox və böyükdür. Onların ən böyüyü Allahın
kitablarını yandırmasıdır. Ən dözülməzi və iyrənci isə Minada Peyğəmbərin (s)
sünnəsinin əksinə olaraq qıldığı dörd rükətli namazdır”.
Dedim: “Allah sənə xeyir bəxş eləsin! Bəs bun Osmana rəhmət oxumağın
və onu üstün bilməyin nədir?”
Dedi: “Mən bunu onun tağut, zorba və zalım dostları – Həccac və ondan
əvvəl İbn Ziyad ilə atasının eşitməsi üçün edirəm. Məgər bilmirsən ki, onlar
Osmana nifrət etməkdə, Əliyə (ə) və Əhli-Beytinə məhəbbət
bəsləməkdə itti-
ham etdikləri hər kəsi sürgün edir, kəsir və öldürürlər?!” Peyğəmbər (s) buyu-
rub: “Mömin özünü alçaltmaz”. Dedim: “Özünü alçaltmaq necə olur?” Dedi:
“(İnsanın) özünü gücünün çatmadığı və dözə bilməyəcəyi bir bəlaya mübtəla
edər. Osman öldürüldüyü gün Əlinin (ə) Peyğəmbərdən (s) belə nəql etdiyi-
ni eşitdim: “Təqiyyə Allahın dinindəndir. Təqiyyəsi olmayanın dini də yox-
dur. Allaha and olsun, təqiyyə olmasaydı İblis dövlətində Allaha ibadət
etmək
mümkün olmazdı”. Bir nəfər soruşdu: “İblis dövləti nədir?” Əli (s) buyurdu:
“Nə vaxt zəlalət imamı insanlara rəhbər olsa, o İblisin Adəm övladı üzərində
qurduğu dövlətdir. Nə vaxt hidayət imamı camaata rəhbər olsa, bu da Adəm
övladının İblis üzərinə qurduğu dövlətdir”.
Sonra yavaş səslə Əmmara və Məhəmməd ibn Əbu Bəkrə bunları söylədi
və mən də eşitdim: “Peyğəmbəriniz (s) vəfat etdiyi gündən bəri məni tərk et-
diyiniz və məndən başqasına tabe olduğunuz üçün iblisin dövlətində idiniz”.
Dostları ilə paylaş: