256
Suleym ibn Qeys Hilali
HƏDİS 64
Əmirəl-mömininin (ə) elmi
Süleym deyir ki, Əlinin (ə) belə dediyini eşitdim: “Peyğəmbər (s) mənə
elmin min qapısını öyrətdi ki, hər bir qapıdan da min qapı açılır”.
Onun doğru danışdığına əsla şübhə etmirəm və bu barədə başqa heç kəsdən
soruşmadım.
Ali-Muhəmmədin sirləri
257
HƏDİS 65
Ümmətin ixtilafı və nicat tapan fi rqə
Süleym deyir ki, mən, Əli (ə) və camaat oturmuşduq. Bu zaman yəhudilərin
və xristianların başçıları gəldi. Yəhudilərin başçısına yaxınlaşıb dedi: “Yəhudilər
neçə fi rqəyə ayrılıblar?” Yəhudi başçısı dedi: “Bu məndə olan bir kitabda ya-
zılıb”. İmam (ə) dedi: “Allah o qövmün başçısını məhv eləsin ki, ondan dini
haqda soruşulur, o isə “Bu məndə olan bir kitabda yazılıb” deyə cavab verir”.
Sonra xristianların başçısına üzünü tutub soruşdu: “Bəs xristianlar neçə
fi rqəyə bölündülər?” Xristianların başçısı “fi lan, fi lan fi rqələrə” deyə cavab
verdi. Amma yanlışa yol verdi. İmam Əli (ə) dedi: “Əgər yoldaşının dediyi
kimi desəydin, söyləyib xəta etməyindən daha yaxşı olardı”.
Sonra Əli (ə) camaatın arasında onlara yaxınlaşdı və dedi: “Allaha and
olsun ki, mən Tövratı Tövrat əhlindən, İncili İncil əhlindən, Quranı isə Qu-
ran əhlindən daha yaxşı bilirəm. Mən sizə neçə fi rqəyə bölündüyünüzü xəbər
verəcəyəm.
Peyğəmbərlərdən (ə) sonra nicat tapan fi rqə
Peyğəmbərin (s) belə dediyini eşitdim: “Yəhudilər yetmiş bir fi rqəyə
bölündülər, onlardan yetmişi odda, biri isə cənnətdədir. Cənnətdə olanlar Musa-
dan (ə) sonra onun vəsisinə tabe olanlardır. Xristianlar İsadan (ə) sonra yetmiş
iki fi rqəyə ayrıldılar, yetmiş biri odda, biri isə cənnətdədir. Bu bir fi rqə İsanın
(ə) vəsisinə tabe olanlardır. Mənim ümmətim isə yetmiş üç fi rqəyə ayrılacaq ki,
onlardan yetmiş ikisi odda, biri isə cənnətdə olacaq. Cənnətə düşəcənlər mənim
vəsimə tabe olanlardır”.
Sonra əlini Əlinin (ə) çiyninə vurub dedi: “Bu yetmiş üç fi rqədən on üçü
mənə sevgilərini və məhəbbətlərini iddia edəcəklər, onlardan da biri cənnətdə,
on ikisi oddadır”.
|