5 KİTABIN ELMİ DƏYƏRİ İmamların (ə) Süleym və kitabı barədə sözləri Bu kitabın üstünlüklərindən biri də altı Məsum İmama (ə) təqdim edilməsi,
onların da kitabı və müəllifi ni təsdiq edib müəllifi nin inanılan (siqə) şəxs olma-
sını bildirmələridir.
Süleym şəxsən özü bu kitabını Əmirəl-möminin Əliyə (ə), İmam Hə-
sənə (ə), İmam Hüseynə (ə) və İmam Zeynəlabidinə (ə) təqdim edib.
Həmçinin Aban ibn Əbu Əyyaş bu kitabı İmam Zeynəlabidinə (ə) və İmam
Baqirə (ə), Kitabın dördüncü ravisi Həmmad ibn İsa isə İmam Sadiqə (ə) təqdim
edib.
Möminlərin Əmirinin (ə) Süleymin kitabını təsdiqləyən sözləri Süleymin öz kitabında nəql etdiyi onuncu hədis kitabın təsdiqi ilə bağlıdır.
Süleym İmam Əlidən (ə) soruşur: “Mən səndən, Salmandan, Əbu Zərdən
və Miqdaddan hədislər eşidirəm. Amma camaatın əlində də bəzi hədislər var ki,
sizin dediklərinizə ziddir. Bunun səbəbi nədir?
İmam (ə) buyurur: “Camaatın əlində olan hədislər haqq və batil, doğru və
yalan var. Camaat Peyğəmbərə (s) yalan isnad edirlər və bununla zəlalət imam-
larına yaxınlaşırlar. Bu səbəbdən onların söylədikləri hədislər Əhli-Beytin
hədisləri ilə uyğun gəlmir. Bunun qarşılığında isə bizdən sənə çatan hər şey
dinin həqiqətləridir və ona heç bir batil qarışmamışdır”.
Bu hədisin Möminlərin əmiri (ə) tərəfi ndən Süleymin kitabda olan mövzu-
ların doğruluğunun təsdiqi və iqrarıdır.
İmam Səccadın (ə) Süleymin kitabını təsdiq edən sözləri Aban deyir ki, Süleymin bu kitabını yanında Peyğəmbər (s) səhabələrindən
Əbu Tufeyl və Ömər ibn Əbu Sələmə olduğu halda İmam Zeynəlabidinə (ə)
təqdim etdim. İmam (ə) onlara kitabı oxumalarını buyurdu. Əbu Tufeyl və
Ömər ibn Əbu Sələmə
1
üç gün boyunca səhərdən axşama qədər İmamın (ə)
hüzurunda kitabı ona oxudular. İmam Zeynəlabidin kitabı dinlədikdən sonra
onun haqqında belə buyurdu: “Süleym doğru söyləmişdir. Allah ona rəhmət eləsin. Bunların hamısı bizim hədislərimizdir və bizim yanımızda mərufdur”. 1
Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmənin oğludur.
6 Suleym ibn Qeys Hilali Peyğəmbərin (s) orada olan səhabələri Əbu Tufeyl və Ömər ibn Əbu
Sələmə də dedilər: “Bu kitabdakı hədislərin hamısını Möminlərin əmirindən
(ə), Salmandan, Əbu Zərdən və Miqdaddan eşitmişik”.