Ali-Muhəmmədin sirləri
31
söylədiyini eşitmişik: “Ya Əli, onlar öz aralarında nə edəcəkləri barədə əhd
bağlayıblar, bir yazı ilə bunu imzalayıblar ki, əgər (Muhəmməd (s)) ölsə və ya
öldürülsə sənə qarşı çıxacaq və bu işdən kənarda tutacaqlar”.
Sən də demişdin: “Atam və anam sənə fəda olsun, ey Rəsulallah! Bu baş verdikdə
mən nə edim?” Peyğəmbər (s) cavabında sənə buyurmuşdu: “Əgər yardımın olsa on-
lara qarşı mübarizə apar, əgər yardımın olmazsa, beyət et və qanını qoru”.
İmam Əli (ə) dedi: “Allaha and olsun ki, əgər mənə beyət edən qırx nəfər
mənə vəfa göstərsəydilər, Allah yolunda sizinlə mübarizə aparardım. Lakin,
Allaha and olsun, qiyamətə qədər ikinizin ardınca sizdən heç kim onu əldə edə
bilməyəcək.
Uydurulmuş hədisin Allahın kitabına əsasən rədd
edilməsi
Sizin Peyğəmbərə atdığınız iftiranı Allahın kitabındakı bu sözü inkar edir:
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd
aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və
Dostları ilə paylaş: