Ali-Muhammedin sirleri indd


Vilayət və təbərridə ümumi qayda



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə203/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   199   200   201   202   203   204   205   206   ...   227
AliMuhemmedin sirleri

Vilayət və təbərridə ümumi qayda
Ey Əmmar! Özü bilməsə belə, hər kim Musa və Harunu sevsə və 
düşmənlərindən təbərri etsə, bununla buzov və Samiridən təbərri etmişdir. Hər 
kim buzov və Samirini sevsə və düşmənlərindən təbərri etsə Musa və Harundan 
təbərri etmişdir. Ey Əmmar! Özü bunu bilməsə belə, hər kim Peyğəmbəri və 
Əhli-Beytini sevsə, məni sevmiş və düşmənimdən təbərri etsə də o ikisindən 
uzaqlaşmışdır. Hər kim tanımadığı halda belə o ikisinin düşmənlərindən təbərri 
etsə, Allahın Peyğəmbərindən (s) təbərri etmişdir”.
Əbu Bəkrin oğlu Muhəmməd tayfasının nəcib şəxsidir
Muhəmməd ibn Əbu Bəkr dedi: “Ey Möminlərin əmiri! Sən adlarını 
söyləmədin, amma mən onları tanıdım. Allahı şahid tuturuq ki, səni sevirik 
və uzaq, yaxın, əvvəlki, sonrakı, yaşayan, ölən, burada olan və olmayan bütün 
düşmənlərindən təbərri edirik”.
Möminlərin əmiri (ə) buyurdu: “Allah sənə rəhm eləsin, ey Muhəmməd! 
Hər tayfanın bir nəcib, onlara şahid olan və yaxşılarına şəfaət edən bir üzvü 
var. Nəciblərin ən yaxşısı pis bir ailədən çıxmış nəcibdir. Ey Muhəmməd, sən 
öz ailənin nəcibisən!”
Peyğəmbərin (s) xilafətdən çəkindirməsi
Amma mən sənə bunu xəbər verim: “Peyğəmbər (s) məni çağırdı. Həmin 
vaxt yanında Salman, Əbu Zərr və Miqdad vardı. Sonra Peyğəmbər (s) Aişəni 
öz atasının, Həfsəni öz atasının və qızını da həyat yoldaşı Osmanı çağırmaq 
üçün göndərdi. Onlar Peyğəmbərin (s) yanına gəldilər.
Peyğəmbər (s) Allaha həmd-səna deyib sonra buyurdu: “Ey Ətiq! Ey 
Səhhakın oğlu! Ey Əffanın oğlu! Mən bu gecə minbərimin üzərində oturub 
və ümmətimi köhnə cahiliyyə vaxtlarına qaytaracaq on iki nəfəri gördüm. Al-
lahdan qorxun və əmri (xəlifəliyi) məndən sonra Əliyə təslim edin. Xəlifəlik 


Ali-Muhəmmədin sirləri
265
barədə onunla mübahisə etməyin, ona zülm eləməyin və heç kimlə ona qarşı 
birləşməyin”. Dedilər: “Ey Allahın Peyğəmbəri! Bundan Allaha sığınırıq. Allah 
bu işdən əvvəl bizi öldürsün!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin