Ali-Muhammedin sirleri indd


Günəşin Əliyə (ə) verdiyi cavabın izahı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə208/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   204   205   206   207   208   209   210   211   ...   227
AliMuhemmedin sirleri

Günəşin Əliyə (ə) verdiyi cavabın izahı
Peyğəmbər (s) buyurdu: “Siz ondan nə eşitdiniz?” Dedilər: “Salam olsun 
sənə! Ey Əvvəl...”. Peyğəmbər buyurdu: “Günəş düz deyib, o, mənə iman 
gətirənlərin ilkidir”.
Dedilər: “...ey Axır...”
Dedi (s): Düz deyib, mənə insanlar arasında axırıncı vəzifələrini icra 
edəcək, qüsl verib, kəfənləyəcək və dəfn edəcək şəxs odur.
Dedilər: “Eşitdik ki: “ey Zahir” dedi.


274
Suleym ibn Qeys Hilali
Buyurdu: Bəli, doğrudur, elmimin hamısı onda zahir olub.
Dedilər: “Ey Batin...”
Buyurdu: Düz deyib, mənim bütün sirlərimi batinində daşıyan da odur.
Dedilər: “Eşitdik ki, günəş “ey hər bir şeyi bilən!” dedi.
Buyurdu: Yenə də düz deyib. O, halal və haramları, vacib və sünnətləri, 
bunlara uyğun hər bir şeyi biləndir.
Hamısı ayağa qalxıb: “Muhəmməd bizi qaranlığa (çaşqınlığa) saldı” deyib 
məsciddən çıxdılar.


Ali-Muhəmmədin sirləri
275
HƏDİS 73
İmam Əliyə (ə) məhəbbət mənə fayda verərmi?
Kəracəki “Kənzul-fəvaid” kitabında deyir: “Əbul-Mərca Bələdi mənə 
xəbər verdi ki, Əbu Müfəzzəl Muhəmməd ibn Adbullah ibn Müttəlib Şeyba-
ni Kufi dən, o da Həsən ibn Əli ibn Nəim ibn Səhl ibn Aban ibn Muhəmməd 
Bağdadidən, o da Əli ibn Hüseyn ibn Bəşir Kufi dən, Muhəmməd ibn Sinan 
ibn Müfəzzəl ibn Ömər Cofi dən, o da Əbu Xalid Kabilidən, o da Süleym ibn 
Qeys Hilalidən, o da Abdullah ibn Abbasdan nəql edir ki, bir kişi Peyğəmbərin 
(s) yanına gəlib dedi: “Əlini (ə) sevmək mənə fayda verərmi?”. Peyğəmbər (s) 
buyurdu: “Vay sənə, kim Əlini sevsə məni sevmişdir, məni sevən Allahın sev-
mişdir, Allahı sevən şəxsə isə Allah əzab verməz”.
Kişi dedi: “Əlinin (ə) məhəbbətinin fəzilətləri barədə bir az da danış”.
Buyurdu: “Sənin üçün bu barədə Cəbraildən soruşuram”. 
Bu zaman Cəbrail nazil oldu. Peyğəmbər ondan kişinin sualı haqda soruş-
du. Cəbrail “Bu haqda Rəbbimdən soruşacağam” deyib yuxarı qalxdı.
Uca Allah ona vəhy elədi: “Ən xeyirli məxluqum olan Muhəmmədə Məndən 
salam söylə və de: “Sən Məndənsən, bunu Mən belə olmasını istəmişəm, Əli 
isə sənə sənin Mənə olduğun kimidir. Əlinin aşiqləri isə Mənə Əlinin sənə ol-
duğu nisbətindədir”.
Kəracəki deyir: Bu hədisin sonu da var
1
. Orada soruşan kişinin Əbu Zərr 
olduğu qeyd edilir.
1
Təəssüf ki, onun tam mətni bizə çatmayıb.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin