Ali-Muhammedin sirleri indd


HƏDİS 77 İmam Hüseyn (ə) imam oğlu imam, imamın qardaşı və



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə211/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   207   208   209   210   211   212   213   214   ...   227
AliMuhemmedin sirleri

279
HƏDİS 77
İmam Hüseyn (ə) imam oğlu imam, imamın qardaşı və 
imamların atasıdır
İbn Şazan “Miətu mənqibə” kitabında Əbu Muhəmməd Həsən ibn Əli ibn 
Abdullah Ələvi Təbəri rəvayət edir ki, Əhməd ibn Muhəmməd ibn Abdullah-
dan, o da babası Əhməd ibn Muhəmməddən, o da atasından, o da Həmmad ibn 
İsadan, o da Ömər ibn Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym 
ibn Qeys Hilalidən, o da Salmanın belə dediyini bildirir: “Bir gün Peyğəmbərin 
(s) yanına gəldim, Hüseyn ibn Əli (ə) onun dizində oturmuşdu. Onun üzünə 
nəzər salır, gözlərinin arasından öpürdü. Buyurdu: “Sən ağa oğlu ağa, imam 
oğlu imam, imamın qardaşı və imamların atasısan. Sən Allahın höccətinin oğlu 
olan Allah höccətisən, sülbündən olan doqquz höccətin atasısan ki, onlardan 
doqquzuncusu Qaimləridir”.


280
Suleym ibn Qeys Hilali
HƏDİS 78
Cənnət səhabələrdən dördünə müştaqdır
Fırat öz “Təfsir”ində Əli ibn Muhəmməd ibn Ömər Zəhridən, o da Qasim 
ibn İsmail Ənbaridən, o da Həfs ibn Asim, Nəsr ibn Məzahim və Abdullah 
ibn Müğeyrədən, o da Muhəmməd ibn Harun Sindidən, o da Aban ibn Əbu 
Əyyaşdan, o da Süleym ibn Qeysdən belə nəql edir:
Uca Allah Peyğəmbərinə (s) dörd səhabəni sevməyi əmr 
etmişdir
Biz məsciddə oturmuşkən Əli ibn Əbu Talib (ə) evindən çıxdı. Bu hadisə 
Siffi ndən sonra, Nəhrivandan əvvəl idi. Əli (ə) oturdu, biz də onun ətrafında 
əyləşdik. Bir kişi ona dedi: “Ey Əmirəl-möminin, səhabələrin barədə bizə 
xəbər ver”.
Peyğəmbərdən (ə) uzun bir hekayəni nəql etdikdən sonra dedi: “Mən, 
Peyğəmbərin (s) uzun bir söhbəti əsnasında belə dediyini eşitdim: “Allah-Təala 
mənə səhabələrimdən dördünü sevməyi əmr edib, onları sevdiyini və cənnətin 
onlara müştaq olduğunu bildirib. Peyğəmbərdən (s) həmin şəxslərin kimliyi 
barədə soruşulduqda: “Əli ibn Əbu Talib” deyib sükut etdi. Sonra onların kim-
liyi barədə bir daha soruşuldu. Yenə “Əli” deyib sükut etdi. Səhabələr “Onlar 
kimdir, ya Peyğəmbər?” deyə sual verdikdə “Əli və onunla birgə üç nəfər. Əli 
onların imamı, dəlili və hidayətçisidir. Onlar dönməzlər, azmazlar, geri addım 
atmazlar, zamanın keçməsi qəlblərini sərtləşdirməz – bunlar Salman, Əbu Zərr 
və Miqdadır”. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin