Ancaq Allahın əzabı çox şiddətlidir!”
2
ayəsini isə bir dəfə yazmaq lazımdır.
Bu bir vərəqə yazılır, kətandan sapla tikilir və sol budunun üzərində sıxılır.
Uşaq dünyaya gəldikdə hər ikisi də dərhal açılmalıdır.
Yazılır:
3
“Diri doğdu Məryəm, Məryəm diri doğdu, ey diri, Allahın izni ilə
bu saat yerə en!”
1
“İnşirah” surəsi, ayə 5-6.
2
“Həcc” surəsi, ayə 1-2.
3
Bu dua ya hər iki ayə ilə birgə yazılır, ya da müstəqil olaraq bir duadır. İkincisi daha doğru
görünür.
294
Suleym ibn Qeys Hilali
HƏDİS 89
Allah cənnəti açıq-aşkar günah edən kəsə haram edib
Hüseyn ibn Səid “Zöhd” kitabında, Əyyaşi təfsirində, Kuleyni “Kafi ”də
bir neçə əshabımızdan, onlar da Əhməd ibn Muhəmməd ibn Xaliddən, o da
Osman ibn İsadan, o da Ömər ibn Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan,
o da Süleym ibn Qeysdən Əmirəl-möminin Əlinin (ə) belə buyurduğunu nəql
edir: Peyğəmbər buyurdu: “Həqiqətən də Allah cənnəti açıq-aşkar günah edən,
həyası az, nə dediyinə və barəsində nə deyildiyinə əhəmiyyət verməyən kəsə
haram edib. Əgər diqqətlə nəzər salsan onun boşboğaz və ya Şeytanın şəriki
olduğunu görərsən”.
Deyildi: “Ya Peyğəmbər, insanların arasında Şeytanın şərikləri var?”. Bu-
yurdu: “Məgər Allahın bu ayələrini oxumursunuz: “...mallarına və övladlarına
ortaq ol,..”
1
.
Deyildi: “İnsanlar arasında nə dediyinə və barəsində nə deyildiyinə
əhəmiyyət verməyən ola bilər?”
Buyurdu: “Bəli, insanların yanına gəlir, başqa şəxslər haqqında danışır və
bilir ki, həmin şəxslər bu sözlərinə görə onu bağışlamayacaqlar (boş burax-
mayacaqlar). Belə şəxs nə dediyinə və özünə nə deyildiyinə məhəl qoymayan
kəsdir”.
1
“İsra” surəsi, ayə 64.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |