303 HƏDİS 97
Peyğəmbərin (s) ümmətin gələcəyi ilə bağlı xəbərləri Muhəmməd ibn Süleyman Sənani “Şərhul-ixbar”da deyir: “Əbu Əhməd
Ubeyddən, o da Muhəmməd ibn Ömər ibn Əbu Müslimdən, o da Ədbülqüd-
düs ibn İbrahim ibn Mirdasdan, o da Muhəmməd ibn Əbdürrəhman ibn
Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən
Salman Farisinin belə dediyini nəql edir
1
:“Peyğəmbərin (s) vəziyyəti ağırlaş-
dıqda onun yanına daxil olduq. Üzünü camaata tutub dedi: “Məni Əhli-Beytlə
yalnız qoyun”. Camaat qalxdı, mən də onlarla birgə otaqdan çıxmaq üçün
ayağa qalxdım. Mübarək üzünü mənə tərəf tutub “Sən otur, sən biz Əhli-
Beytdənsən” – dedi.
Bəni-Üməyyə, Bəni-Abbas və Əhli-Beyt (ə) dövləti haqqında xəbər Allaha həmd və səna söylədi, sonra dedi: “Ey Əbdu-Manaf övladları!
Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın, Əgər O mənə başqası-
na səcdəyə izn versəydi, sizdən başqasına səcdə etməzdim. Mən minbərimin
üzərində on iki nəfərin hamısını görmüşəm. Onların hamısı Qüreyşdəndir.
İkisi
2
Hərb ibn Üməyyənin, on nəfəri isə As ibn Üməyyənin övladlarındandır.
Onların hamısı doğru yoldan azmış və azdıranlardır. Ümmətimi doğru yoldan
çıxaracaqlar”.
Sonra Abbasa dedi: “Onların məhv sənin övladlarının əlilə olacaq”.
Sonra sözünə davam etdi: “İtrətim olan Əhli-Beytin haqqında Allahdan
qorxun! Həqiqətən də dünya bizdən əvvəl heç kimin olmadı, bizə də qalmır və
bizdən sonra da heç kimin olmayacaq”.
Sonra Əliyə (ə) dedi: “Haqq dövləti dövlətlərin ən xeyirlisidir. Siz onlardan
sonra onların bir gününün müqabilində iki gün, bir ayının müqabilində iki ay,
bir ilinin müqabilində isə iki il hakimlik edəcəksiniz.
1
Buna oxşar hədisi Süleym Cabirdən və İbn Abbasdan da nəql edib. 61-ci hədisə müraciət et.
2
Zahir budur ki, məqsəd Müaviyə və Yeziddir (lənətullah əleyhim)..