Ali-Muhammedin sirleri indd


Həsən Bəsrinin nifaqına haqq qazandırması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə29/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   25   26   27   28   29   30   31   32   ...   227
AliMuhemmedin sirleri

41
Həsən Bəsrinin nifaqına haqq qazandırması
Dedim: “Ey Əbu Səid! Bəs sən Əli barədə bunları niyə heç danışmırsan və 
səndən bunları eşitmirəm?”
Dedi: “Ey qardaşım, Bu, Allahın lənətinə gəlmiş zalımların əlindən öz ca-
nımı qoruyuram. Əgər belə etməsəydim çoxdan taxtadan sallanmışdım! La-
kin mən eşitdiklərini danışıram ki, bəlkə bu sözlər onların qulaqlarına çatanda 
mənim Əliyə qarşı söylədiyim bəzi sözlər onların mənə qarşı tədbirlərinin qar-
şısını alsın. Onlar mənim dostları olduğumu hesab etsin. Uca Allah buyurur: 
“Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri sifətləri daha yaxşı bilirik!”
1
Yəni təqiyyə ilə dəf et.
1
“Muminun” surəsi, ayə 96.


42
Suleym ibn Qeys Hilali
HƏDİS 7
Ümmətin ixtilafı və bölünməsi
Ümmətin yetmiş üç fi rqəyə bölünməsi
Aban Süleymdən nəql edir: “Əli ibn Əbu Talibin belə dediyini eşitdim: 
“Bu ümmət yetmiş üç fi rqəyə bölünəcək. Bunlardan yetmiş ikisi odda, biri 
isə cənnətdədir. Yetmiş üç fi rqədən on üçü biz Əhli-Beyti sevdiklərini iddia 
edəcəklər. Bunlardan da on ikisi odda, biri isə cənnətdədir.
Nicat tapacaq fi rqənin müəyyən olunması
Nicat tapacaq fi rqə doğru yolu göstərər, cənnəti arzulayarlar, mömindirlər, 
(Allaha) təslim olmuşlar, uğurlu və doğru yol göstərənlərdir. Onlar mənə iman 
bəsləyir, əmrimə təslim olmuş və mənə itaət edənlərdir. Düşmənlərimdən uzaq-
laşmış, məni sevənlər və düşmənlərimə nifrət bəsləyərlər. Onlar mənim haqqı-
mı, imam olduğumu və mənə itaətin vacib buyurulduğunu Allahın kitabından 
və Peyğəmbərin sünnəsinə əsasən bilirlər. Onlar əqidələrindən əsla dönməz və 
şübhəyə düşməzlər. Allah onların ürəklərini bizim haqqımızı tanımaqla nur-
landırmış, fəzilətimizi onlara bildirmiş və ilham etmiş, alınlarından yapışıb 
şiələrimizin arasına qatmışdır. Qəlbləri aramlıq tapmış və yəqinə çatmışdır. 
Onların imanlarına şəkk qarışmaz.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin