Ali-Muhammedin sirleri indd


İmam Cəfər Sadiqin (ə) kitabı təsdiq edən sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə3/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   2   3   4   5   6   7   8   9   ...   227
AliMuhemmedin sirleri

İmam Cəfər Sadiqin (ə) kitabı təsdiq edən sözləri
İmam Cəfər Sadiq (ə) buyurur: “Bizim şiələrimizdən və bizi sevənlərdən 
kimin yanında Süleymin kitabı yoxdursa, həqiqətdə bizim vilayətimizdən onun 
yanında heç bir şey yoxdur və bizimlə bağlı məsələlər haqqında heç bir şey 
bilmir. Bu kitab şiənin əlifbası və Muhəmməd ailəsinin sirlərindən bir sirdir”.
İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə) və 
İmam Baqirin (ə) Süleymin kitabını təsdiqləyən sözləri
Süleymin kitabının onuncu hədisinin sonunda İmam Həsən (ə), İmam 
Hüseyn (ə), İmam Zeynəlabidin (ə) və İmam Muhəmməd Baqirdən (ə) kitabı 
təsdiq edən sözləri qeyd edilir. Xülasə olaraq onların sözləri belədir: “Birinci-
si, Süleymin nəql etdiyi bu sözlər həqiqətdir. İkincisi, biz onları atalarımızdan 
eynilə eşitmişik. Üçüncüsü, Süleym bu hədisləri dəqiqliklə, azaltmadan və ar-
tırmadan nəql etmişdir”.
İmam Səccadın (ə) və İmam Muhəmməd Baqirin (ə) 
Süleymin kitabını təsdiqləyən sözləri
Süleymin İmam Əlinin (ə) vəsiyyətini İmam Muhəmməd Baqirdən (ə) nəql 
etdiyi hədisin sonunda deyilir: “Bu Möminlərin əmirinin vəsiyyətidir və bu Sü-
leym ibn Qeys əl-Hilalinin Abana oxuduğu və əmanət etdiyi kitabıdır”. Aban 
dedi: “Mən kitabı İmam Səccadın (ə) hüzurunda oxudum və o buyurdu: “Sü-
leym doğru söyləmişdir. Allah ona rəhmət eləsin” 
Məsumlardan (ə) nəql etdiyimiz bu sözlər Süleymin kitabının dəyərini və 
əhəmiyyətini bəyan etməyə kifayət edir. Həmçinin bu kitabda qeyd edilən möv-
zular bir çox başqa kitablarda da qısa və ya geniş nəql edilmişdir. Amma ən 
əhəmiyyətli olanı, İmamların (ə) bu kitabı təsdiqləməsi və tövsiyə etməsidir.
Müxtəlif əsrlərdə kitabın məşhur olması
Hicrətin birinci əsrindən bu günədək kitabın şöhrəti davam edir. Çox vaxt 
bu kitab qısaca olaraq “Kitabu Süleym” (“Süleymin kitabı”) kimi tanınıb. 
Bu kitabın adını ilk dəfə İmam Sadiq (ə) çəkib. Sonradan İmamdan (ə) 
eşidilən bu ad Numani, Şeyx Müfi d, Nəcaşi, Şeyx Tusi və İbn Şəhr Aşub 


Ali-Muhəmmədin sirləri
7
kimi qədim alimlərin də sözlərində istifadə edilmişdir. Eləcə də Əllamə Hil-
li, Şəhidus-Sani, Mir Damad, Qazi Tustəri, Şeyx Hürr Amili, Əllamə Məclisi, 
Şeyx Bəhrani və Əllamə Tehrani kimi sonrakı əsr alimlərinin də kitablarında 
zikr edildi. 
Kitabın xüsusiyyətlərindən biri də budur ki, istər şiə, istər sünni alimlərinin 
nəzərində bu kitabın varlığı məşhur olub. Həmçinin şiənin nəzərində onun 
mötəbər olduğu da hər kəs tərəfi ndən qəbul edilib. On dörd əsrdir ki, bu kitaba 
istinad edilərək hədislər kitablarda nəql edilməsi də kitabın məşhurluğuna baş-
qa bir dəlildir. 
Burada kitab haqqında deyilmiş bəzi fi kirləri sizə təqdim edirik. İlk olaraq 
qeyri-şiə alimlərinin fi kirlərindən başlayaq:
1. İbn Nədim (h.385ci ildə vəfat edib): “Bu məşhur kitab “Kitabu Süleym 
ibn Qeys”dir.
1
2. İbn Əbu Hədid (h.656): “Süleymin məzhəbi mərufdur. Onun kitabı öz 
aralarında “Kitabu Suleym” kimi tanınır”.
2
3. Qazi Bədrəddin Səbki (h.769) deyir: “Şiənin ilk qələmə alınmış kitabı 
“Kitabu Suleym ibn Qeys əl-Hilali”dir.
3
4. Məhəmməd ibn Abdullah əd-Dəməşqi (h.796): “Şiələrin ortaya çıxan ilk 
kitabı “Kitabu Suleym ibn Qeys əl-Hilali”dir. Bu məşhur kitabdır”.
4
Şiələrdən:
Numani, İbn Ğəzair, Şeyx Hürr Amili, Seyid Haşim Bəhrani, Əllamə 
Məclisi, Muhəddis Nuri, Muhəddis Qumi, Əllamə Tehrani, Seyid Əmin Amuli, 
Əllamə Əmini və Əllamə Mərəşi Nəcəfi nin sözlərinə əsasən bu kitab şiələr ara-
sında məşhur, qədim əsrlərdən əlimizə çatmış və mühəddislərin ondan hədislər 
nəql etdiyi bir kitabdır.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin