İmanın, küfrün və zəlalətin ən aşağı dərəcələri
Kişi dedi: “Ey Möminlərin-əmiri! İnsanı mömin edəcək, yaxud kafi r edəcək
və ya zəlalətə salacaq ən kiçik şey nədir?”
Buyurdu: “Sual verdin, elə isə cavabını dinlə. İnsanın mömin sayılacağı
ən kiçik şey Allahın ona özünü tanıtması və həmin şəxsin də bu mərifətdən
sonra Onun Rəbliyini və birliyinə təsdiq etməsi; Allahın öz elçisini ona tanıt-
ması, onun peyğəmbərliyin iqrar etməsi; Allahın yer üzündəki höccətini və
məxluqları üzərindəki şahidini ona tanıtması, həmin şəxsin də onlara itaət
edəcəyinə qərar verməsidir”.
Kişi dedi: «Ey Möminlərin-əmiri! Bəs, sənin qeyd etdiklərindən başqa
məsələlər barədə məlumatsız olsa?”
İmam Əli (ə) buyurdu: “Bəli, nə vaxt ona əmr edilsə itaət etməli və nə vaxt
qadağan edilsə çəkinməlidir.
İnsanı kafi r edən ən kiçik şey isə: Allahın (qadağan etdiyi halda) ona icra-
sını əmr etdiyini düşünüb həmin məsələni dininə nisbət verməsi; bundan sonra
Allahın əmr etdiyini sanıb həmin əməllə dindarlıq etməsi, o şeyi din qərar edib
nədənsə uzaqlaşıb və ya yaxınlaşmasıdır. Halbuki bütün bu hallarda o, Allaha
qulluq etdiyini zənn edirdi.
İnsanı zəlalətə salan ən kiçik şey isə: Allahın itaətini əmr etdiyi və vilayətini
vacib buyurduğu yer üzündəki höccətini və məxluqları üzərindəki şahidini ta-
nımamasıdır”.
Ali-Muhəmmədin sirləri
49
Peyğəmbərin (s) on iki imam haqqında aydın sözləri
Kişi dedi: “Ey Möminlərin-Əmiri! Onların adlarını mənə de!” İmam Əli
(ə) buyurdu: “Onlar Allahın Özünə və peyğəmbərinə yaxınlaşdırdığı şəxslərdir.
Uca Allah buyurur: “Allaha, rəsuluna və sizdən olan əmr sahiblərinə itaət
edin”.
1
Kişi dedi: “Onları mənə bəyan et!”
İmam Əli (ə) buyurdu: “Onlar Allah Peyğəmbərinin (s) dünyadan köçdüyü
gün söylədiyi xütbəsində barələrində belə buyurduğu kəslərdir: “Sizin aranızda
iki şey qoyuram. Onlara sarıldığınız müddətdə yoldan əsla azmayacaqsınız:
Allahın kitabı və Əhli-Beytim! Lətif və hər şeydən xəbəri olan (Allah) mənə
söz verib ki, bu ikisi Hovuzun başında mənə qovuşanadək əsla bir-birlərindən
ayrılmazlar. İki işarə barmağını yan-yana tutub göstərərək: “Bu ikisi kimi!”
buyurdu. Ardınca orta və işarə barmağını bir-birinə yaxınlaşdırıb “Bu ikisi kimi
demirəm. Çünki bu ikisindən biri digərindən öndədir. Elə isə onlara möhkəm
sarılın ki, yoldan azmayasınız. Onlardan önə keçməyin yoxsa həlak olarsı-
nız, onlardan geridə qalmayın yoxsa bölünüb parçalanarsınız. Onlara bir şey
öyrətməyin, həqiqətən onlar sizdən daha elmlidirlər” söylədi.
Kişi dedi: “Ey Möminlərin-əmiri! Onun adını mənə söylə!”
İmam Əli (ə) buyurdu: “O, Qədir Xumda Peyğəmbərin (s) təyin etdi-
yi şəxsdir. Qədir Xumda camaata “O sizə öz canınızdan daha övladır (ixti-
yar sahibidir)” deyə bəyan etdi. Sonra oradakılara bunları orada olmayanlara
söyləmələrini əmr etdi”.
Kişi dedi: “Ey Möminlərin-əmiri, o şəxs sənsən?”
İmam Əli (ə) buyurdu: “Mən onların birincisi və ən fəzilətlisiyəm. Məndən
sonra oğlum Həsən möminlərə öz canlarından daha övladır. Ondan sonra oğ-
lum Hüseyn möminlərə öz canlarından daha övladır. Ondan sonra Hovuzun
başında Peyğəmbərə qovuşanadək bir-birinin ardınca Peyğəmbər vəsiləridir”.
Kişi ayağa qalxdı, Əliyə yaxınlaşdı və onun başından öpdü. Sonra dedi:
“Məni agah elədin, rahatlatdın və ürəyimdə olan hər şeyi aradan qaldırdın”.
1
“Nisa” surəsi, ayə 59.
|